Zamin TƏHMƏZOV: Sevdalı ömür yaşadım... Qarabağ, Poeziya 20 Nisan TƏBRİK EDİRİK!..Bu günlərdə istedadlı qələm dostumuz, təcrübəli pedaqoq, tanınmış şair Zamin Təhməzovun anadan olmasının 50 illik Yubileyi tamam olacaq. TANIŞ OLUN: Zamin Təhməzov 1968-ci il aprelin 29-da (sənədlərdə avqustun 1-də yazılıb)Vətənimizin ən dilbər guşələrindən olan və 1992-ci ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonunun Bozlu kəndində anadan olub.1992-ci ildə ADPU-nun filologiya fakültəsini bitirib.Bakıdakı 295 N:-li orta məktəbdə müəllim işləyir.Zamin Təhməzov hələ gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur.Şeirləri "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərində,"Zirvə" Poeziya antologiyasında dərc olunuub.Biz də çox hörmətli Zamin müəllimi qarşıdan gələn Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bədii yaradıcılığında, eləcə də şərəfli pedaqoji və ictimai fəaliyyətindəyeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik. Müşfiq BORÇALI. Vətən daşı olmayandan,Olmaz ölkə vətəndaşı.M.Araz.Düz deyirsən, Məmməd Araz,Hanı sən dediyin, o daş?Əlimizə götürmədik,Başımıza düşeydi kaş!Daha heç nə istəmirəm dünyadan...(M.Arazın dünya haqqındakı şeirlerindən duyğulanaraq yazılmışdır)Neçə qəlbi yaraladı xoş səsi,Muradına çatdırmadı heç kəsi.Özü kimi vəfasızdı sevgisi,Daha heç nə istəmirəm dünyadan.Haqq- edalet sorağıyla dolaşdım,Hardan bilim, öz başıma iş açdım.Ömür boyu xeyanetle savaşdım,Daha heç ne istemirem dünyadan.Açsın qulağını sirrimi bilsin,Meni ele salsın, halıma gülsün.Onun verdikleri başına deysin,Daha heç ne istemirem dünyadan.Teqsiri yox, günahkar öz nəfsimdi,Haqq harayım, haqq niyyətim, səsimdi.Tanrım özü verdikləri bəsimdi,Daha heç nə istəmirəm dünyadan. Mən sevgidən doymamışam...Sevdalı ömür yaşadım,Nələr çəkmedi ki, başım.Həsrət olsa da sirdaşım, Men sevgiden doymamışam.Xəyanətə tuş olsam da, Qismətimlə barıšsam da,Lap quruyub daş olsam da,Mən sevgidən doymamışam.Əlim çatmır, zirvədədi,Gözümdədi, könlümdədi.O, həmişə mənimledi,Mən sevgidən doymamışam.Üz çevirdi tənha qaldım,Çox düşündüm, fikrə daldım.Suçu varsa, bağışladım,Mən sevgidən doymamışam,Mən sevgidən doymamışam.Ağlama, atam balası...(İnternatda yanıqlı-yanıqlı ağlayan bir uşağa)Qədərimiz bir yazılıb,Sən anasız, mən talesiz.Yazımız belə yazılıb,Ağlama, atam balası.Dünya əjdaha, biz yemik,Bəzən "nə"- yik, bəzən "kim"- ik.Vallah, hamımız yetimik,Ağlama, atam balası.Dalınca bir gələn yoxdur,Əzabını bilən yoxdur, Göz yaşını silən yoxdur,Ağlama, atam balası.Dünya bir ümmandı, üzək,Nə usanaq, nə de bezək,Çarə yoxdu, daha dözək,Ağlama, atam balası. * * *Gözümdə lillənən yaş,YanağımdaSusuz səhra yorğunluğu.Qəlbimdədənsiz dəyirmanınçaxçağının boş uğultusu.Daha yükümü qavğarım,Təngənəfəs içəndə,Mədəyə getməyib,Burundan tökülən suyam,İnciməyin dostlar,Bircə rəngim var,O da boz.Vallah, ele mən buyam... Nə olacaqdı?Sığışmadı yaş gözümə,Yazığım gəldi özümə.Tale kəm baxdın üzümə, Gülsəydin nə olacaqdı?Eşq cücərtdim, o da barsız,Mənasızdı həyat yarsız.Qelb sevdamı vefasız qız,Bilsəydin, nə olacaqdı?Üreyim keder herisi,Əriyirəm, göz görəsi.Dar gündə ilham pərisi Gəlsəydin nə olacaqdı?!!Zamin, qəlbin sirr daşıdı,Dərd apardı, qəm daşıdı.Gərəksiz ömür yaşadın,Ölsəydin nə olacaqdı?* * *Tapa bilmirəm izimi,Daha neynirəm özümü.Tanrı eşitsin sözümüSənə gələn mənə gəlsin.Ay könlümü çalan gülüm,Əhdim çıxdı yalan gülüm.Ay vədəsiz solan gülüm,Sənə gələn mənə gəlsin.Öləndə sözlə öləcəm...Hələ dinmirəm, səssizəm,Qəlbimdə neçə söz yatır.Demə, fağıram, dilsizəm,Gücüm hamıya çatır.Bir qığılcıma möhtacdı,Alovlanar, parçalanar.Deyiləni hələ azdı, Çoxu ürəyimde qalar.Yükü derddi, daşıyıram,Qabağında eyilecem.Mən sözlə yaşayıram,Öləndə sözlə öləcəm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.