Samuxda gənc analar üçün təlim keçirilib Azərbaycan » Regionlar 29 Ağustos “Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda gənc analar üçün ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırma və təlimlər” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində Samux rayon Karayeri qəsəbə 1 saylı orta məktəbdə təlim keçirilib. Təlimdə Karayeri qəsəbə 1 saylı orta məktəbin direktoru Bəsti Mahmudova, təlimçi-ekspert Samirə Ələkbərova və Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə iştirak ediblər.Təlimçi gənc analara körpələrin travma alması zamanı ilkin tibbi yardım göstərilməsi və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib, gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.Qeyd edək ki, layihə 3 ay müddətində icra olunacaq. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.