DAĞLAR OĞLU AŞIQ SÖYÜN QOŞQARLINI YADA SALAQ!.. Regionlar, Folklor 23 Ocak Bu günlərdə Daşkəsəndə ezamiyyətdə olarkən ZiM.Az-ın baş redaktoru Müşfiq Borçalının tapşırığı ilə Xaşbulaq kəndində oldum, Aşıq Söyün Qoşqarlıya baş çəkdim, qocaman sənətkarın qonağı oldum, onun sazına-sözünə hakim kəsildim. İndi dəyərli oxucularımızı da Aşıq Söyünlə tanış etmək istəyirəm.Aşıq Söyün Qoşqarlı - Söyün (Hüseyin) Hümbət oğlu İsmayılov Daşkəsən elinin saz-söz ustadı, el aşığı, el şairidır. Dağlarda göz açan, ömrünü dağlara həsr edən dağlar oğludur. O, 5 aprel 1937-ci ildə Daşkəsən rayonunun Xoşbulaq (Xaçbulaq) kəndində dünyaya göz açıb. 13 yaşından saza-sözə başlayıb, ustad şair Cavaddan və digər ustad aşıqlardan dərs alıb, sazın-sözün sirrlərinə yiyələnib. Aşıq Söyün saz-söz ustadı kimi ad qazanıb, onlarla şagird yetişdirib. Hazırda Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşayır. Aşıq Söyünün üç min altı yüz qatar müxtəlif janrlarda şerləri, qoşmaları, təcnisləri, divaniləri, poemaları və dastanları var. Səkkiz kitabın müəllifidir. Oxucularla 8-ci görüşü - “Ünvanımı sazdan soruş” adlı kitabı bu yaxınlarda işıqüzü görüb.Aşıq şerlərini Vətənə, millətinə, xalqına, yaşadığı el-obasına həsr edib və şerlərində vətən, xalq, sevgi-məhəbbət kimi ülvi duyğular tərənnüm edilir. Mənəvi dəyərləri ilə yanaşı otuz illik əmək fəaliyyətinə görə əmək veteranıdır. Rayonunun tədbirlərində çıxışlar edir, nitq söyləyir. Bir neçə döş nişanlarına, fəxri fərmanlara, mükafatlara layiq görülüb. Hazırda 80 yaşındadır. Rayonun qocaman aşıqlardandır. Ancaq son illər fəaliyyəti rayon rəhbərliyi kifayət qədər nəzərə almamış, öz dili ilə desək, "diqqətdən kənarda" qalıb."Bu qoca yaşımda niyə diqqətdən kənarda qalmışam?" - deyən aşıq üzünü dağlara tutub deyir:Mən sizdən ilham almışam,Canım ay dağlar, ay dağlar.Düşüb qürbət ellər gəzib,Yanım ay dağlar, ay dağlar.Arzu-istək diləyimsən,Hər an mənim gərəyimsən, Həm canımsan, ürəyimsən,Qanım ay dağlar, ay dağlar.Aşıq Söynün ürək sözü,Şad oluram buna düzü.Hanı obada hər an sizi,Anım ay dağlar, ay dağlar.Aşığın dərdi öz millətinin vətəninin dərdidir. Bu baxımdan vətənimizə, torpağımıza göz dikən, düşmənçilik iddiasını araya salan xain erməni millətçiləri öz şeirləri ilə cavab verən aşığın, ötən əsrin sonlarında müstəqilliyimizin ilk illərində ölkəmizdə sabitlik yaradan Ulu öndərimiz Heydər Əliyevin zəhmətinin bəhrəsinə görə yazdığı şeirlər xüsusilə diqqəti cəlb edir.Yaratdığın müstəqillik,Gəldi başa Heydər baba.Doğma vətən gözəlləşdi,Başdan başa, Heydər baba.Ağlın dərin, zəkan dərin, Nur səpdi kamallı sərin,Hər istəyin, əməllərin, Gəldi xoşa, Heydər baba.Qəhrin çəkdin doğma yurdun,Haqqın keşiyində durdun.El üçün yaratdın, qurdun,Coşa-coşa, Heydər baba.Hamı sənə əhsən deyir,Sınaqlıdır getdiyin pir,Müqəddəssən indi hər bir,Vətəndaşa, Heydər baba.Söyünün var bir niyyəti,Əbədidir sözün qəti,Yaşatdın yazıq milləti, Eldə yaşa, Heydər baba."Aşıq, haralısan?" - deyə soruşanlarasənətkar şerlə belə cavab verir:Xəbər aldın haralısan,Ünvanımı sazdan soruş. Ellər gəzib məclis qurdum,Ünvanımı sazdan soruş!Sənətimdən usanmadım,Sazdan ayrı yatammadım,Üzüm ağdı utanmadım,Ünvanımı sazdan soruş!Aşıq Söyünəm var həvəsimDüz anlasın hər bir kəsimSaza köklənibdi səsimÜnvanımı sazdan soruş!***Böyümüşəm boy atmışam,Xoşbulağın yaylağında.Coşa gəlib söz yazmışamXoşbulağın yaylağında,Bu dağların qucağında. Nə gözəldi bu xoş aləm, Kövsər suyu nur piyaləm,Düşünürəm əldə qələm,Xoşbulağın yaylağında,Bu dağların qucağında,Göz önümdə uca QocqarZirvəsində xarramış qarSöyün yaşa, şən, bəxtiyar,Xoşbulağın yaylağında,Bu dağların qucağında.Bu ürək sözlərini aşıq belə başa vurur:Quranımız birdir, Allahımız bir,İnanmışam sirli möcüzgaha mən.Yaradan yar olsun əməli paka,Yalnız sığınmışam bir Allaha mən!..Var ol, Aşıq Söyün!.. Biz də sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!...Allah həmişə yardımçınız olsun!..GÜNEL MƏMMƏDOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.