Gədəbəy yurdundan şeir dolu Banu Kəsəmənli Regionlar, Müsabiqə 28 Ocak Gəzib dolaşanda binələrini, Əzmə çiyələyin dənələrini. Dərənin dərini, suyun sərini, Dağların qocası Gədəbəydədir!İlyas Tapdıq.Deyirlər, insanın xarakteri boya-başa çatdığı yurdun təbiətindən gəlir. Gədəbəy kimi səfah bir yurdda, gözəl söz-saz diyarında yetişən, Azərbaycan oxucusunun rəğbətini qazanmış əsərləri ilə tanınıb sevilən İlyas Tapdıq,Miskin Abdal, Nahid Hacızadə, Dəmir Gədəbəyli, Gülayə Şınıxlı, Həqiqət Xəlilxanlı və s.kimi şair və şairələrimiz, yazıçılarımz və söz ustadlarımız az olmayıbdır. Haqqında danışacağımız Banu xanım da Gədəbəy torpağında boya başa çatmış, sözə, şerə həssas bir xanımdı.Qarayeva (Kəsəmənli) Banu Müzəffər qızı - 1961-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində dünyaya göz açıb. Orta təhsilini Qaraməmmədli kənd orta məktəbində bitirdikdən sonra 1981-ci ildə Bakı şəhəri Ç.İldırım adına politexnik institutuna daxil olub, 1986-cı ildə ali təhsilini başa vurub. Həmin ili təyinatla Gəncə şəhəri Əlvan metalların emalı zavoduna mühəndis vəzifəsinə göndərilib.B.Kəsəmənli ixtisasca mühəndis olsa da poeziya onun həyatının ayrılmaz bir parçasıdır və ürəyi hər zaman poeziya və şerlə döyünür, həmişə ürəyindən gələni, qəlbindən keçəni qələmə alır.B.Kəsəmənli ədəbiyyata və həvəsi lap uşaq yaşlarından başlayıb. İlk şerini 10 yaşında olarkən yazıb. Onun gördüklərini hamı görsədə, onun duyduqlarını hər insan duya bilmir. Ən xırda şerlərində belə vətən gözəlliyindən, ülvi məhəbbətdən, cəmiyyətimizdə baş verən irili-xırdalı hadisələrdən, insanların keçdiyi sevincli-kədərli, enişli-yoxuşlu yollardan yazır. Banu xanım şair təxəyyülünün, iradəsinin və istedadının gücüylə öz arzusuna çatır. Bu zərif duyğulu, gülümsər çöhrəli xanımın şerlərində, onun poeziyasında yurda, torpağa, vətənə bağlılıq, millətə, ata-anaya, ailəyə olan sevgi təcəssüm olunur və doğma Gədəbəyin abu-havası, çiçəklərinin ətri, gözəllikləri, sinəsi çeşməli qocaman dağları bu xanımın şerlərində bütün təravəti ilə yaşayır. B.Kəsəmənli Gəncə Yazarlar Birliyinin üzvüdür. Artıq neçə ildir ki, ayrı-ayrı qəzet və jurnallarda şerləri və publisistik yazıları çıxır. Bu günəcən 3 kitabı işıq üzü görüb, 2002-ci ildə “Ömrümün naxışı” və 2007-ci ildə “Ay işığında”, 2002-ci ildə “Mənim arzularım” kitabları oxucularının görüşünə gəlib.Hazırda ailəsiylə birgə Gəncə şəhərində yaşayır. Ailəlidir. 2 qız, 1 oğul anasıdır.Biz də Banu xanıma şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun ber neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına ərmağan edirik.GÜNEL MƏMMƏDOVA,ZiM.Az***Uca dağ başında qıy vuran qartal,Söylədi ay Banu, getmə burda qal!Min dərdə dərman, bal da, burda var.Qatıq, nəhrə yağı, yeyibdə sağal!Qalıb bu dağlarda, yaşayıb, zövq al!Hər şeydən qitmətli, torpağın varı.Ona dəyər verən, öz övladları.Söyləyir ay Banu, getmə, burda qal!Doğma torpağını yazıb yada sal!Tarixdə heç yerdə yanmayan işıq,Bu dağlar başında, yanıb ilk dəfə.Bütün fəsil gözəl olur, bu dağların cəh calalı.***Qan tökülüb torpaqlaraQovuşmarıq doğmalaraÖlən geri dönmür hələBiz gedirik deyin haraAlınmayan torpaqlara?Dərin olsun, dərin yaraGecikməyib gedən oraDuz basaq ki, yaralaraBarı çataq bizdən küsənDoğma olan o ruhlaraBata-bata qalın qaraGedək bu il oralaraNecə düşdük biz bu toraDaha bəsdir bu ayrılıqÜrəyimə vurdu yaraQocalırıq, azalırıqYata-yata, dura-duraÇatanmarıq XocalıyaGözləyirik qalanlarıAllah qıra...Sağalmaya bəlkə yaraBu bir dağmı?QaçqınlaraBizdən sonra qalanlara***(Anam Könülə həsr edirəm)Başımı əyəcəmMən ona sarıÖmrünü o veribMənə tən yarıPərvanə dolanırÇıraq başınaYandırır istisiBaxmır yaşınaAna da dolanırÖvlad başınaYandırır özünüBaxmır yaşınaAnadır o, deyə söylədiyim kəsDünyada yeganə bir səs var ki, səsO səslə yatırıq, o səslə yalqızOnun sahibisə yalnız anamız!Mən sevirəm,Səni ana!Ar olsun bu sözüDeyib dananaUşaqkən sevəninAnansa səninNiyə böyüyəndəOlur düşmənin!Qadınlar TanrınnƏmanətisə...Onları incitməkDüşərmi bizə?Başımı əyəcəmMən ona sarıÖvladdır ananınQisməti, varıMən anamın canıyamsaDamarında qan olacam!Mən anamın qızıyamsaÖlüncə hiyan olacam!. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.