Milli Qəhrəman Çingiz Qurbanovun şücaətindən bəhs edən kitabın təqdimat mərasimi keçirilib

Milli Qəhrəman Çingiz Qurbanovun şücaətindən bəhs edən kitabın təqdimat mərasimi keçirilibMilli Qəhrəman Çingiz Qurbanovun şücaətindən bəhs edən kitabın təqdimat mərasimi keçirilib Milli Qəhrəman Çingiz Qurbanovun şücaətindən bəhs edən kitabın təqdimat mərasimi keçirilib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbaninin Milli Qəhrəman Çingiz Qurbanovdan bəhs edən “Çingiz dastanı” kitabının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və doğulduğu Qusar rayonunda təqdimatı keçirilib.

Təntənəli şəkildə keçirilən təqdimat mərasimi Çingizin ölümünün 40-cı günü ilə eyni vaxta təsadüf edib.

Milli Qəhrəmanımızın
torpağa tapşırılmasının 40-cı gündönümü ilə bağlı mərasimdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov bütün rəhbər heyəti ilə, Çingizin oxuduğu Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, Qusar icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, hərbçilər, sadə qusarlılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Müdafiə naziri Zakir Həsənov və onu müşaət edən heyət Qusarda torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan bütün qusarlıların xatirəsinə salınmış Şəhidlər xiyabanını və Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edib, əklillər qoyublar.

Daha sonra Qusar şəhərindəki mərkəzi kitabxananın qarşısında Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbaninin Çingiz Qurbanovun qısa, lakin şərəfli ömür yolundan bəhs edən "Çingiz dastanı" kitabının təqdimatı keçirilib.

Zakir Həsənov kitabın ilk nüsxəsini Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanova təqdim edib.
Bu kitabın ilkin olaraq rayonun 90 təhsil müəssisəsinin və kitabxanalarının hamısına paylanılması nəzərdə tutulub. Müdafiə nazirinin göstərişinə uyğun olaraq gənclərin bu kitabdan faydalanması üçün gələcəkdə ölkənin bütün məktəb və kitabxanalarına "Çingiz dastanı"nın hədiyyə edilməsi planlaşdırılır.

“Çingiz dastanı”nın təqdimat mərasimində çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov Çingizin 2016- cı ildə optik texnika ixtisası üzrə bitirdiyi “Xüsusi texnika və texnologiya” fakültəsinin 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yaradıldığını, bu ixtisaslı kadrların Müdafiə Sənayesi Nazirliyi üçün hazırlandığını qeyd edib. Prorektor bildirib ki, Çingiz Qurbanovun adı da universitetin həyətində Qarabağda şəhid olmuş tələbələrimizin xatirəsinə ucaldılmış abidədə həkk olunub.

Təntənəli mərasimdən sonra Çingiz Qurbanovun 40 mərasiminə hazırlanmış süfrə açılıb, ruhuna dualar oxunub.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: