BİLİK BAŞA TAC, VAR-DÖVLƏT BOYUNA BOYUNBAĞIDIR... Regionlar, Köşə yazılar 1 Temmuz Övlad həmişə valideyninin fəxridir. Hər bir valideyn istər ki, övladı ilə fəxr etsin. Lakin bu övlada olan sevgi ilə alınmaz. Övlada verilən düzgün tərbiyə və istiqamətdən alınar. Elm, savad tərəfdarı olduğum üçün onu kiçik yaşlarımdan buna istiqamətləndirdim. MİRANƏnin üç yaşınadək evdə, üç yaşından sonra isə çalışdığım 12 nömrəli uşaq bağçasında tərbiyəçisi oldum. Üç yaşında bağça daxili tədbirlərdə fəal iştirak etdi. Sonrakı yaşlarda isə bağçamız rayon tədbirlərinə dəvət alanda artıq bu tədbirlərdə öz fəallığı ilə alqışlandı.Ürəyi məktəb eşqi ilə döyünən bu gözəl – göyçək, toppuş qızı məzunu olduğum doğma məktəbimə - M.Bağırov adına Lənkəran 1 nömrəli tam orta məktəbinə qoyduq. On bir nümunəvi davranışı, yüksək biliyi ilə müəllimləri tərəfindən mənə təşəkkürlər ünvanlandırdı MİRANƏ!2016-cı ildə məktəbi müvəffəqiyyətlə başa vurdu. Valideynlik zəhmətimin mükafatını Lənkəran Dövlət Universitetinə daxil olmaqla verdi mənə. Hal-hazırda Lənkəran Dövlət Universitetinin III kurs tələbəsi olan İsmayılzadə Miranə “Zərbəçi tələbə“ təqaüdü alaraq, qrupun birincisi olaraq biliyi ilə fərqlənir.Valideynlik və tərbiyəçilik təcrübəmə əsaslanaraq qeyd etmək istəyirəm ki, elmin bənməyi evimizdən, bağçadan və məktəbdən başlayır. J.J.Russo demişdir ki, “Döyüşdə silah lazım olduğu kimi elmdə də bilik lazımdlr.”Təhsil və bilik insan həyatında aparıcı rol oynayan ən vacib amillərdəndir. Elm və bilik insan həyatını mənalandıran , onu zənginləşdirən işıqlı bir yoldur.Bilikli insan hərtərəfli olduğu üçün hər hansı bir çətin vəziyyətdən çox asanlıqla çıxa bilir. Bilikdən güclü bir qüvvə yoxdur. Biliklə silahnanan insan məğlubedilməzdir. Bilik bir gücdür. Odaş üzərinə həkk edirən yazıdır. Elm, bilik o qədər həzz mənbəyidir ki, o insana bütün dərdlərini, hətta qocalığı unutdura bilər.Atalar demişdir ki, “Bilik başa tac, var-dövlət boyuna boyunbağıdır.”Gənclərimizə, övladlarımıza boyunbağı yox, tac arzulaylram. Yəni bilik olarsa var dövlət də olacaq. SƏBAHƏT LƏNKƏRANLI, "Elm və təhsil" qəzetində Baş redaktorun I müaviniZiM.AZ . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.