GÖZLƏRƏ NUR VERƏN HƏKİM Regionlar, Səhiyyə 17 Nisan Şairləri söz sərrafı, həkimləri isə sağlamlıq pərisi adlandırırlar. (İbn. Sina) Mehparə həkimin dediyinə görə hələ uşaqlıq və yeniyetməlik dövründən həkim peşəsinə böyük marağı olub. Sinif rəhbəri rəhmətlik Cavanşir Bağırov onu sinifdə təmizlik nümayəndəsi təyin edəndə çox sevinib. Əyninə ağ xalat geyib sinfin təmizliyinə nəzarət etməyi özünə şərəf hesab edirdi. 1960-cı il iyul ayının 18-də Hacıqabul şəhərində tanınmış neftçi Sədyar Muradovun ailəsində dünyaya göz açan Mehparə Sədyar qızı Muradova Hacıqabul şəhər keçmiş 9 nömrəli Dəmiryol, indiki Hacıqabul şəhər Vidadı Quliyev adına 6 nömrəli tam orta məktəbi 1977-ci ildə bitirib və həkim peşəsinə yiyələnmək haqqında qəti qərarını verdi. Orta məktəbi yaxşı və əla qiymətlərlə oxusa da 2 il istehsalatda işləməyi, daha yaxşı hazırlaşıb ali məktəbə sənəd verməyi qarşısına məqsəd qoyan Mehparə xanım 2 il Hacıqabul Xalça Fabrikində toxucu işlədi. 1979-cu ildə o, sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə Müalicə İşi fakultəsinə verdi. Qəbul imtahanlarında uğur qazanan Mehparə xanım, Tibb Universitetinə qəbul oldu.Dediyinə görə tələbəlik illəri onun həyatində silinməz izlər buraxmışdı. 1985-ci ildə ali təhsilini uğurla başa vuranda özünü dünyanın ən xoşbəxt insanı etdiyini söyləyən M.Muradova 1985-ci ilin avqust ayında 1986-cı ilin iyul ayınadək Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnistitutunda internatura keçdikdən sonra,daha dəqiq,1986-cı ilin avqust ayında təyinatla Şirvan Tibbi Santariya hissəsinə göndərildi və Həkim-oftomotoloq təyin olundu.Ali məktəbi bitirəndə keçirdiyi sevinci bir qatda artdı. Səbəb isə artıq uzun illər həsrətində olduğu həkim kimi fəaliyyət göstərəcəkdi.Mehparə həkim 2 il Şirvan Tibbi Santar hissəsində işlədi.1989-ci ilin sentiyabr ayından isə o, Şirvan şəhər Mərkəzi Polinklikasında həkim Oftomotoloq işləyir. Mehparə həkim çalışır ki,ona müraciət edən xəstələr heç zaman narazı qalmasın. O, işlədiyi müddətdə yaxşı işi ilə şəhər sakinlərinin rəğbətini qazanıb. Poliklinika rəhbərliyidə onun işindən razılıq edir. Mehparə həkim baxmayaraq ki, xeyli vaxtdır səhiyyə sahəsində çalışır, bu gün də əlavə ədəbiyyatlar oxuyur. Tibb sahəsində baş verən yeniliklərlə maraqlanır və həmkarları ilə fikir mübadiləsi aparılır. Mehparə həkim mənimlə söhbət zamanı sevib-seçdiyi peşəyə yiyələnməsində zəhməti olan valideynlərinə, orta və ali məktəb müəllimlərinə minnətdarlığını bildirdi və orta məktəb müəllimlərindən Sərdar Muradovun (kimya-biologiya), Cavanşir Bağırovun (Azərbaycan-dili və Ədəbiyyat), İbrahim Şirinov (fizika), ali məktəb müəllimlərindən professorlar Zəhra Quliyeva və Münəvvər Qasımovanın, Əziz Məmmədovun, Sara Abramova Milmanın adlarını çəkdi, onların şagird və tələbələri üçün çəkdiyi zəhməti yüksək qiymətləndirdi. M.Muradova Yeni Azərbaycan Partiyasının üzvüdür. Mehparə həkim həm də övladlarını bütün varlığı ilə sevən anadır. 2015-ci ildə dünyasını dəyişən ömür-gün yoldaşı rəhmətlik Nazim Abasov Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetini bitirmişdir. Uzun illər Şirvan şəhərinin 2 nömrəli Tikinti-Quraşdırma idarəsində sahə rəisi işləyib. Muradovlar ailəsində iki övlad böyüyüb tərbiyə alıb: Bayram, Səkinə. Bayram Türkiyə Respublikasında İktisad Universitetini bitirib. Hazırda Kapital Bankın Şirvan filialında işləyir. Səkinə isə Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsində təhsil alır. Alik Rzayev, Nahidə MəmmədovaZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.