Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan » Rəsmi Xəbərlər 6 Aralık Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram: 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 6 dekabr 2015-ci il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.