YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına baş sağlığı veriblər YAP, Nekroloqlar, Turan 2 Temmuz Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müaviniləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına baş sağlığı veriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Yeni Azərbaycan Partiyasının məsul işçisi Samirə xanım Quliyeva ZiM.Az-a bildirib ki, Yeni Azərbaycan Partiyasının adından Türkiyənin Azərbaycandakı səfirliyində terror qurbanlarının xatirəsinə əklil qoyulub. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.