Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır "Borçalı" Cəmiyyəti 1 Ağustos Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır."İyulun 26-da Gürcüstanın Dmanisi rayonunda Borçalı türklərinin ənənəvi Elat bayramı keçirilib”. Bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev mətbuata acıqlama verib. O bildirib ki, bayram rayon rəhbərliyinin dəstəyi ilə yüksək səviyyədə baş tutub. "Bayramda bir sıra xarici ölkələrdən gələn türklər iştirak edib. Həmçinin Türkiyənin "Qarapapaqlılar” cəmiyyətinin nümayəndələri də bayrama qatılıb”Zəlimxan Məmmədli Elat bayramının qeyri müəyyən müddətə təxirə salındığını və bu gün Dmanisi rəhbərliyinin təşkil etdiyi tədbirin Elat bayramına aid olmadığını bəyan edib.Elat bayramı keçirilməməsi hansı real zərurətdən keçirilmədi? Bu və digər suallara aydınlıq gətirmək məqsədilə Borçalı İC sədr müavini Firuddin İsmayılovla əlaqə saxladıq. "Yeni Sözçü” qəzetinin əməkdaşı ilə düşüncələrini bölüşən müsahibimizin fikirlərini olduğu kimi dərc edirik.-2010-cu ildən 2016-cı ilədək Borçalı İC-nin İH-nin üzvü, 2014-cü ildən 2016-cı ilədək Borçalı İC-nin təşkilat işləri üzrə sabiq sədr Zelimxan Məmmədlinin müavini olmuşam. 2016-cı ildə 7-ci Elat bayramı tədbirində baş verənlərdən sonra cəmiyyətdəki özbaşnalığın son həddə çatdığını sədrə və İH-nin üzvlərinə xırdalıqları ilə izah edərək İC düzgün siyasi yolda olmadığını elan edərək istefa verdim. Nələrin baş verdiyini izah etməklə, Elatın bugünkü vəziyyətə düşməsinin səbəblərini açıqlamaqla bildirmək istərdim ki, Z.Məmmədlinin tərəfdarlarının baş verənlərin səbəblərini kənarda axtarmalarına ehtiyac yoxdur. Keçmişə boylanmaq bəs edər.Haqsızlıq və ədalətsizlik edənlərə, başqasının səxsiyyətini təhqir edənlərə qarşı barışmaz mövqedəyəm.2015-ci il iyulun 26-da tarixində keçirilən və əvvəlki Elat bayramlarının iştirakçısı olmuşam. Heç nədən, nə baş verəcəyindən çəkinmədən maddi və mənəvi dəstəyimizi əsirgəmədən ən yüksək səviyyədə baş tutan 7-ci Elat bayramı tədbirinin keçirilməsində İH-nin qərarı ilə cəmiyyətin səlahiyyətli nümayəndəsi olmuşam. Hansı ki, bu tədbirin keçirilməsinə Gürcüstan hakimiyyəti orqanları öz razılığını verməmişdir. Bundan bütün cəmiyyət üzvləri narahat idilər. Bu tədbirin keçirilməsinə razılıq alan, həyata keçirilməsində əziyyət çəkən Gürcüstanda yaşayan insanlarımızın və orada yaradılmış Təşkilat Komitəsinin üzvlərinə başda İsrafil Bayramov olmaqla ancaq təşəkkür etmək olar. Razılıq almanın məsuliyyətini dərk etmək istəməyən Z.Məmmədli və R.Muradlı cütlüyü o tədbirdən ancaq öz şəxsi məqsədləri üçün istifadə etməyi düşünmüşlər. Düşündükləri kimi də hərəkət etmişlər.Səlahiyyətli nümayəndə kimi orada gedən işlər, təkliflər və Quberniya rəhbərinin tələbləri haqqında sabiq sədr Z. Məmmədlini məlumatlandırırdım. Gürcüstan Respublikasına Z.Məmmədlinin girişinə qadağanın qoyulmasını əsas gətirərək rəhbərlik onun çıxışına icazə vermirdi. Bizim xahişimizi nəzərə alan Quberniya rəhbərinə söz verdik ki, çıxış xoş sözlərlə, təbriklərdən ibarət olacaqdır. TK-nin üzvləri, orada iştirak edən İH-nin üzvləri və şəxsən öz adımdan Z.Məmmədlidən xahiş etdim ki, ” fleş” karta yazılmış çıxışında ancaq tədbir iştirakçılarına pozitiv sözlər və bayram əhval-ruhiyyəli təbriklər yazdırsın. Razılıq da verdi. Bu tarixdən Elat mədəniyyəti bayramında Quberniya və bölgə rəhbərlərinin birinci şəxslərinin iştirakı bu səviyyədə olmamışdır. Quberniya rəhbəri Paata Xizanişvilinin «Mən şəxsən iştirak edib bunun mədəniyyətlərarası əlaqə bayramı tədbiri olmasını görmək istəyirəm»- deməsi bizdə məsuliyyəti ikiqat artırdı. Tədbir iştirakçılarına hörmət əlaməti olaraq Qubernator 26.07.2015-ci tarixində saat 18:00-da Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçiriləcək Beynəlxalq İdman Yarışması tədbirinə 60 ədəd dəvətnamə hədiyyə etdi.Bu açıqlamanı xırdalığı ilə verməyimin səbəbi çox böyük əziyyətlərlə yaratdığımız Elat bayramı tədbirinin bugünkü vəziyyətə düşməsinin cəmiyyət rəhbərliyi tərəfindən başa düşərəkdən qarşısını alınmamasının səbəbini anlatmaqdır. Tədbirin ssenarisinə uyğun olaraq cıdır, güləş yarışının keçirilməsindən sonra tədbirin yüksək səviyədə açılışını TK-nin sədri edərək sözü Quberniya və rayon rəhbərlərinə, Azərbaycan Respublikasının millət vəkili Fazil Mustafaya, Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyevə, Türkiyədən gəlmiş qonaqlar – Məhərrəm Yıldıza, Seyfulla Türksoya və başqa qonaqlara təqdim etdilər.Tədbirin yüksək əhval-ruhiyyəli anında başqa siyasi partiya funksioneri olan Rüfət Muradlı artistizm nümayiş etdirərək Z.Məmmədlinin fleş karta yazılmış ambisiyalı, öz əqidəsinə uyğun çıxışını səsləndirdi. Gürcüstan dövlət və hakimiyyət orqanlarını təhdid edən ifadələr üzərində bəyanat şıxışının istiqamətini dəyişdi.Əl-qolunun hərəkətləri ilə qışqıra-qışqıra ittihamedici fikirlər səsləndirdi.Guya soydaşlarmızın qayğısını çəkir və onların toplaşmaq, sərbəst fikir ifadə etmək hüquqlarının əlindən alınması qaygısına qalır. Vəziyyətin xoşagəlməz hal aldığını müşahidə edən quberniya və rayon rəhbərləri əsəbi halda onlar üçün düzəldilmiş günlük yerini tərk etdilər. Z.Məmmədilin siyasi çıxışı Gürcüstanın yazılı və elektron KİV-lərdə bir ay Qubernatora baş ağrısı yaratdı. Mən orada olan İH-nin üzvlərinə Elat mədəniyyət tədbirinin səhnəsinin siyasi çıxışlar səhnəsi olmadığını və bunun acı nəticəsini çəkəcəyimizi bildirərək onlara öz fikirlərini bildirmələrini təklif etdim. İH-nin üzvləri, hansı ki, indi də onun ətrafında toplaşıblar sabiq sədrin nahaq sözünə haqq qazandıraraq bu çıxışın onun öz haqqı olduğunu elan etdilər. Mədəni tədbirdə öz şəxsi mənafeyi üçün edilmiş siyasi çıxış (bu günü fikirləşmədən) Elat bayramı tədbirinin sonu olmasının təminatçısı oldu. Bütün bu hadisələr Kanal 13 tərəfindən əvvəlindən sonunadək lentə alınırdı.Demək olar ki, Z.Məmmədli və R.Muradlı cütlüyünün düşünülmüş pozuçuluğu öz uğursuz nəticəsini verdi.Unutmaq lazım deyil ki, Gürcüstan Respublikası müstəqil, demokratik bir dövlətdir və onun da təhlükəsizliyini qayğısına qalan,qoruyan güc qurumları, hüquq mühafizə orqanları var.Adı çəkilən tədbirdə hörmətli millət vəkilimiz Fazil Mustafa, yaxşı münasibəti olan deputat Mahir Dərziyev, türkiyəli qonaqlar – M.Yıldız, S.Türksoy da bütün bu hadisələrin canlı şahidləri oldular. Çıxışı da dinləyib, Quberniya rəhbərinin oranı necə tərk etməsini də ağrı ilə müşahidə etdilər. İnanmıram ki, baş verənlər barədə fikirlərini cəmiyyət sədrinə deməsinlər. Sabiq sədr isə çıxışa maneçilik törətmək istəyən «düşməni» axtarmaq və «Qarapapaqlar» jurnalının təsisçisi Akif Xansultanovun çıxışına icazə verməmək göstərişləri ilə məşğul idi. Bu da onların mili mübarizədəki qələbələri.Maraqlıdır ki, İH-nin üzvü kimi 8-ci konfransdakı çıxışımda mədəni tədbir olan Elatda siyasi çıxışı ilə Gürcüstan hakimiyyət rəhbərlərinin açıq şəkildə aşağılanmasının xoşagəlməz nəticələr verəcəyini konfrans (bele demək olarsa) iştirakçılarına çatdırdıqda bəzi qonaqlar, hətta bir nəfər jurnalist "çəsarətli” çıxışına görə sabiq sədrlə fəxr etdiyini bildirdi. Həmin KİV nümayəndəsi hər hansı bir ehtiyatsız deyilən sözün siyasi çəkisinə varmadan bilavasitə hansı nəticələr verə biləcəyinin fərqinə varmadı.Düşünürəm ki, emosional çıxışlar və yerli hakimiyyət rəhbərlərinin təhdid olunması qəhrəmanlıq deyil.Siyasi məcradan çıxan, qeyri-etik davranışları ilə cəmiyyətə zərər vura biləcəyi ehtimal olan şəxsi ambisiyaların sahibləri çıxısları ilə Nizamnamənin təsnifatını açır. Yeni, bu düzənlənən tədbir mədəniyyətmizin sırasını zənginləşdirən, elitarlığı ilə rəhbərlərin diqqətini çəkən, özəlliyi ilə ictimaiyyətin yaddaşında iz qoyan tədbir olmalıdır.Hər bir Elat bayramı tədbiri öncəsi İH-i, ssenarini və sədrin çıxışının məzmununu müzakirə edərək qərar qəbul edirdi. Ancaq Armudluda idarəçiliyi sabiq sədr özü etdiyi üçün bütün kənardan gəlmiş qonaqlara (çıxışlarına nəzarət edilmədən) söz verirdi. Elatın bir tədbirində iranlı qonaqlar, birində türkiyəli qonaqları və 7-ci Elatda da özü mədəni bayram tədbiri olmasını fikirləşmədən çıxışlarını siyasiləşdirdilər. Mənim fikrimcə, Gürcüstan Respublikasına girişinə qadağanın əsas səbəbi kimi bu siyasi çıxışları götürmək olar.6-cı və 7-ci Elat bayramı tədbirində aparıcılıq edən R.Muradlının Gürcüstandakı soydaşlarımıza qarşı qeyri-etik davranışları barədə, hər tədbirdən sonra olan İH-nin iclaslarında bu narazılıqlarımı bildirsəm də, heç bir ölçü görülmürdü. Əksinə, sədr tərəfindən onun İH-də layiqli üzvü olduğunu mənə bildirmək istəyirdi. R.Muradlının işləri, sözləri ilə əməlləri heç vaxt uyğun gəlmirdi. O, başqa bir siyasi partiyanın siyasət xəttini yerinə yetirməklə məşğul olurdu.Elat bayramı tədbirinin bugünkü vəziyyətə düşməsinin ən birinci səbəbkarları Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində planlı şəkildə həyata keçirdikləri fleş-karta yazılaraq səsləndirən siyasi çıxışının olduğunu deyə bilərəm. İkincisi isə, bu gün də ətrafında toplaşanların hadisələr, baş verənlər haqqında düzgün informasiya, açıqlama verməmələri ilə yanaşı sabiq sədrlərinin səhvi, düzgün olmayan fikrinə, hərəkətinə qarşı, yeri və məkanı nəzərə alınmadan, nəticəsi barədə düşünmədən haqq qazandırmalarındadır. Nahaqqa haq donu geyindirməyin özü də bir haqsızlıqdır. Şəxsən mənim üçün.Elat tədbiri bayramının bugünkü vəziyyətə düşməsi çox ürəkağrıdıcıdır. Onun ilk ildən inkişaf etməsi, planlı olması məndə bir qürur hissi doğururdu. Çox heyif ki, kənar şəxslərin cəmiyyət üzvlüyünə «Borçalı sevərliyini» süni görüntü verməsiZ.Məmmədlinin tək başına (R.Muradlı ilə heç kəsin sözünü, xahişinin dinləmədən, qulaqardına vurmaqla qərar qəbul etməsi cəmiyyəti bu duruma gətirdi. Şəxsi fikirim olaraq bildirirəm ki, insan öz səhvini boynuna almırsa, etiraf etmirsə və üzr istəməyi bacarmırsa, o insandan xeyirli, yaxşı heç nə gözləmək olmaz. Çox-çox heyfislənirəm ki, çəkdiyimiz riskli əziyyətlərimiz hesabına yaratıdığımız Elat mədəniyyəti tədbiri kimlərinsə geri zəkalığının, kimlərinsə münafiqliyinin ucbatından nəticəsiz olaraq sona çatdı.Arzuman Loğmanoğlu. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.