Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!.. "Borçalı" Cəmiyyəti, Turan 19 Aralık "Bu gün Rusiya Federasiyasının Türkiyədəki Büyük Elçisi Andrey Karpova Ankarada “Rusiya – Kalininqraddan Kamçatkaya qədər, Türklərin gözü ilə” rəsm sərgisində sui-qəsd təşkil edilmişdir." -"Borçalı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov özünün Fecebook səhifəsində Türkiyədə baş vermiş bu günkü məlum terrorla bağlı öz münasibətini bildirərkən belə yazmışdır:"Bu xain sui-qəsd bu yay Türkiyədə baş tutmayan darbeden sonra polis sıralarından qovulmuş Mövlud Mert Altınbaş yapmıştır. Üç ölkənin – Rusiya,Türkiyə və İranın Xarici İşlər Nazirlərinin Suriya probleminin həlli üçün Moskvada baş tutacaq görüşləri ərəfəsində bu xain sui-qəsdin baş verməsi ancaq Rusiya ilə Türkiyə arasında son dövrlərdə əlaqələrin artmasından əndişə duyanların işidir.Türkiyə-Rusiya yaxınlaşmasından əndişə duyanlar ancaq aşağıdakı qüvvələrdir :1. Yayda Türkiyədə baş tutmayan darbeden “təəssüfflənənlər”2. Suriyadakı münaqişənin daha da qızışdırılmasında maraqlı olan qüvvələr3. Erməni diasporasıKİV-in yazdığına görə bu xain saldırını yapan şexs “Allahü Əkbər” deyə səslənmişdir. Ancaq İslam və İslamın Dayağı olan Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!.."ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.