YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!.. "Borçalı" Cəmiyyəti 18 Şubat TƏBRİK EDİRİK!.. Fevralın 20-si xalqımızın dəyərli ziyalısı, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü, istedadlı qələm sahibi, tanınmış şair-jurnalist-müəllim-pedaqoq, təcrübəli təhsil işçisi, səmimi, mehriban, xeyirxah, vətənpərvər və yurdsevər insan,çox hörmətli Ziyadxan Budağın Ad günüdür!..Daha doğrusu, anadan olmasının 60 illik Yubileyidir.Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyəti adından çox hörmətli Ziyadxan müəllimi Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.."Borçalı" İctimai Birliyinin İdarə Heyəti. "Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ". Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.