ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ İdman, Turan 4 Nisan Vasif Namazov,Beynəlxalq dərəcəli idman ustası, türk savaş sənəti üzrə araşdırmaçı, Alpaqut Turan döyüş sənətinin müəllifiİnsan övladının yaranışından bu günə qədər əldə etdiyi mədəni nailiyyətlərdən biri də döyüş sənətidir.Əgər ibtidai insan döyüşmək bacarığına yalnız özünü müdafiə və qida əldə etmək üçün yiyələnirdisə, artıq sivilizasiya mərhələsində döyüş sənəti fəlsəfi və etik dünya görüşünü özündə əks etdirən mədəni dəyərlərdən birinə çevrilmişdir. Təbiidir ki, döyüş sənətini hər hansısa bir millətə aid etmək doğru olmazdı. Çünki aydın məsələdir ki, insan övladı özünü müdafiə etmək məcburiyyətindən döyüş mədəniyyəti formalaşıb. Bundan sonra isə tayfa, qəbilə müharibələri və imperiya müharibələri olmuşdur ki, bu da savaş mədəniyyətinin formalaşmasına zəmin yaratmışdır. Məhz bunun nəticəsində XVIII əsrdən başlayaraq müxtəlif xalqların hərb döyüş sənəti sahəsindən özlərinin özünümüdafiə döyüş və idman proqramı əsasında, müxtəlif adlarda (karate, uşu, muaytay, pankration, savate, sambo, takevando, və s) döyüş sənəti konsepsiyasının formalaşmasını görə bilərik. Əlbəttə ki, bu istiqamətdə şərq ölkələri, xüsusilə Mərkəzi Asiyada (tarixi “Turan” adlanan coğrafi arealda) və regiona qonşu ərazilərdə yaşayanxalqlar daha çox irəli getmişdir. Ancaq indiki zamanda isə demək olar ki, hər bir millətin öz mədəniyyətindən qaynaqlanan döyüş sənəti vardır. Sözsüz ki, bu, hər bir millətin təbii və mədəni haqqıdır və hər bir insan övladı bu mədəniyyətə hörmətlə yanaşmalıdır.Mövzüya bu sual üzərində giriş edək: Necə ola bilərdi ki, tarix səhnəsində ən çox dövlət quran, ən çox savaşlar keçirən, ən böyük imperiyaları diz çökdürən, krallara əl öpdürən, məhs savaş sənətinin ən yüksək pilləsində olduğunu sübut edərək, özündən 10 dəfə böyük və əzəmətli olan Çin imperiyasına “Çin səddi” kimi günümüzdə böyük bir möcüzəli əsər yaratmağavadar edən, tarixin yaddaşında “məğlubedilməz türklər” adını qazanan, Avroasiya qitəsinin dördbir yanında savaş tarixi yazan türk etnosunun əlbəyaxa döyüş sənəti mövcud olmasın ?İlk öncə Türk sözündən və Türklərin hansı coğrafiyadan dünyaya çıxışına nəzər salsaq, buetnosun indiki, Avrasiya çoğrafiyasında necə böyük bir zəngin döyüş mədəniyyəti yaratdığını vəqonşu xalqların da bundan necə faydalandığını görə bilərik.Türk sözü insanlıq tarixi qədər qədim olduğundan, zaman-zaman tarixçilər özaraşdırmalarında bu sözün açılımına fərqli fikirlər irəli sürmüşlər. Araşdırmalara görə Türk adıilk dəfə e.ə. XIV əsrdə “Tik” və ya “Tiklər” adıyla tanınmağa başlamışdır. Hətda başqa bir fikrəgörə isə Türk adı e.ə. XIV əsrdən əvvəl də var olmuşdur. Çin qaynaqlarında isə bu söz "Tu-küe(Türk)" olaraq miğfer" başı qorumak" anlamında işlədilmişdir. Macar türkoloq ArminVamberiyə görə Türk sözü "törəmək" deməkdir. Ziya Gökalpa görə isə "TÜRELİ" yəni qanun vənizam sahibi olmaq deməkdir. Alman türkoloq Albert von Le Coq görə, Türk sözü "güc-qüvvət"mənası bildirir. 420 -ci ildə bir fars mətnində Türk kəlməsi Altaylı (ceyhun kənarı,turanlı)qövmlərini təyin etmək üçün göstərilmişdir. İran mənbələrində Türk sözü “Gözəl İnsan”mənasında işlədilir. X əsrə aid Uyğur mətnlərində Türk sözü "güc, qüvvət" (Türklük = "güclü,qüvvətli") mənasında istifadə edilmişdir. Ön Türk mədəniyyəti və dili üzərinə araşdırmalar edənKazım Mirşan və Haluk Tarcan isə “tür-ök” sözünü tanrısal tür> göklere bağlı> Tanrıya bağlı>millət, “kainata/tanrıya ait insan topluluğu (türü/növü)” anlamına gəldiyini bildirilər. Qeyd edəkki, Türk sözü ilk dəfə rəsmi olaraq Göytürk imperiyası adında ortaya çıxmışdır.Türkoloqiyanın banisi hesab olunan, Dünya ədəbiyyatında türkdilli xalqların ilkensiklopediyası sayılan, Divanu Luğati-t-Türk əsərinin müəllifi kimi şöhrət qazanmış MahmudKaşğarlının fikirləri, bu mövzüda bütün fikirlərinin ən önəmlisidir desək yanılmarıq. O, “Türkadının türklərə Tanrı tərəfindən verildiyini” qeyd edərək, bu sözün “Gənclik, qüvvət, qüdrət vəyetkinlik çağı” mənasını verdiyini bir daha sübut etmişdir. Məhs bunun nəticəsidr ki, ən ünlüTarixçilər Türk kəlməsinin “Güclü-Qüvvətli” mənasını verdiyini qəbul ediblər.Türklərin hansı coğrafiyadan dünyaya çıxışı haqda bu günə qədər çox fərqli fikirlər vənəzəriyyələr mövcuddur. Ancaq hal hazırda bu günə qədər bütün nəzəriyyələri alt üst edən yenibir nəzəriyyə olan Urmu nəzəriyyəsinin müəllifi, Tarixçi, Türkoloq Firudin Ağası oğlununfikirləri daha çox diqqət mərkəzindədir.“Əlbətdə ki, bütün xalqlar yarandığı coğrafiyadan zaman-zaman kənara çıxmışdır. Buməsələyə toxunan araşdırmaçıların (tarixçilər, dilçilər, mifoloqlar, etnoloqlar) baxış bucağımüxtəlif olduğundan araşdırmalarda müəyyən qüsurlar vardır. Qlottogenez elmini bilməyənlərdillərin bir-biri ilə qohumlaşdırılmasında səhvlər etmişdir. Bütün dünya dillərinin XIX əsrdənəzəriyyəsi quruldu (Hind-Avropa, Ural, Sami, Qafqaz və s.) Bu nəzəriyyələrin hamısı düzquruldu. Buna görə də 100-150 ildir bu sahədə, bu dillər üzərində aparılan tədqiqatlar həmindillərin keçmişi haqqında dəqiq informasiyalar verir, onun keçdiyi yolları, onun qrammatikquruluşundakı inkişafı çox aydın izah edə bilir. Yeganə Türkologiya elmi oldu ki, səhv nəzəriyyəüzərində quruldu: “Ural-Altay” və sonradan “Altay” nəzəriyyəsi.Ural-Altay nəzəriyyısi: Guya Ural xalqları finuqorlarla, Altay xalqları isə türk və tunqusmancurlareyni kökdən gələn xalqlardır və sonradan parçalanıblar. Sonrakı ciddi tədqiqatlargöstərdi ki, bu nəzəriyyə özünü doğrultmur, çünki türk dili ilə finuqor dilinin genetik bağıyoxdur. Sadəcə, sonrakı çağlarda olan əlaqələr nəticəsində alınmalar var, bizim dildən onlarındilinə, onların dilindən bizim dilə bəzi sözlər keçib. Ona görə də, Ural-Altay nəzəriyyəsi iflasauğradı, Uralı atdılar, qaldı Altay nəzəriyyəsi.Altay nəzəriyyəsi: Bu nəzəriyyəyə görə isə, guya türklər, monqollar 1, tunqus-mancurlar ənqədim dövrdə bir xalq olub, 2200-2400 il öncə hun çağında Monqolustanın Ordos bölgəsindətürklər onlardan ayrılıb. Güya Türklərin bir hissəsi Altayda qalıb, bir hissəsi isə Orta Asiyaya,başqa bir hissəsi Quzey Qafqaza, guya bir hissəsi də Azərbaycana gəlib və min il əvvəl Səlcuqlardönəmində də böyük bir kütlə ilə türklər Anadoluya yerləşiblər. Buradan o nəticəni çıxardırlarki, bugün türklər harada yaşayırsa oranın yerli xalqı deyil, ora gəlmə xalqdır, üstəlik də bu gələntürklərin hamısı köçəri türk xalqlarıdır. Adətən ”Qohum dillər” qədimə getdikcə birləşir, lakinbu hər iki nəzəriyyədə qədimə getdikcə şaxələnmə yaranır. Yaranan yüzlərlə suala cavab verəbilmir. Buna səbəb də Türk xalqlarının yaranma yerinin səhv göstərilməsidir. Odur ki, bunəzəriyyə inkişaf etmir ki, etmir.Urmu Nəzəriyyəsi (yeni nəzəriyyə): Necə ola bilər ki, Türklər Mərkəzi Asiyada yaranır,lakin böyük məsafə olan, Ön Asiyada yaşayan Sumerlərin dilində yüzlərlə Türk sözü var?Diqqət edək, Ön asiyada 4 böyük çay var ki, onların qədim adları Türkcədir. İti-gəl(Dəclə), Börüçay (Qurd çayı, Burat, Fırat, Fərat), Kür və Araz. Dağların isə demək olar ki,hamısı türk dilindədir. Dənizlərə baxsaq-Qara dəniz, Göy Xəzər, Ağ Dəniz, Qırmızı dəniz.Sual olunur, hansı xalq bu adları verib və bu hansı dildədir? Bunun üçün mifologiyaya,folklora nəzər salmaq kifayətdir. Türk xalqlarında rənglər həm də cəhət bildirir : Qara - Quzey,Qırmızı - Güney, Göy - Doğu, Ağ - Batı (Xızıda qərbdən əsən yelə Ağ yel deyirlər.) Buölçülərlə baxsaq, bu dənizlər arasında olan bölgə Türklərin yarandığı ərazidir.Yeni Urmu nəzəriyyəsinin müxtəlif köməkçi qolları var - antropologiya, etnoqrafiya.Bunlara nəzər salsaq görərik ki, Ön asiyada hal hazırda yaşayan türk xalqlarının antropolojiquruluşu avropeoid irqinin Aralıq dənizi qolunun Kaspi çalarıdır. Bu xalq burda 7000 ildir varvə bu antropoloji quruluş da dəyişməyib.Bəli əlbətdə ki, Türklər Mərkəzi Asiyada böyük tarix yaratmışdır. Lakin Türklər MərkəziAsiyada deyil, Ön Asiyada dünya meydanına çıxmışdır. Sumerlər isə bu əraziyə 6 min il öncəgəlmişlər. O vaxt Bağdaddan yuxarı həmin ərazidə Subarlar (Türk boyu: Su, Çay arası adamlardeməkdir) yaşayırdı. Ərmən boyu (Türk boyu: İgid mən deməkdir), Kut boyu ( Türk boyu:müqəddəslik mənası kəsb edən türk sözü), Kəngər boyu və s. boylar var idi. Sumerlər isə 100 ilKut imperiyasının tərkibində yaşamışdırlar. Bu gün ən qədim Daş abidələr Türk xalqlarının Önasiyada meydana çıxdığını və burdan yayıldığını isbat etməkdədir.”SAVAŞ SƏNƏTİÖn Asiyadan başlayan və daha sonra bir qismi bozqır yaşamına keçən qədim türklər“Böyük Çöldə”, tarixi Turan ərazisində döyüşçü həyat tərzi yaşayırdı. Məhz bu səbəbdən də bəzitarixçilər belə qənaətə gəlmişdir ki, qədim türklərin döyüş mədəniyyəti bozqır həyat tərzi iləbaşlayır və bununlada bitir. Ancaq bu tamamilə yalnışdır.Əlbəttə ki, qədim türklərin döyüş sənətinin ən sürətli formalaşma dövrü bozqır həyattərzinə keçdikdən sonra baş vermişdir. Ancaq bu o demək deyildir ki, Türklər Ön Asiyada döyüşmədəniyyətinə sahib olmamışdır. Türk döyüş sənəti hələ, qədim türklər Ön Asiyada olarkənmövcud olmuşdur. Məsələn, Herodot Subar boylarını “Dünyanın Ən savaşçı xalqı” (Türk boyu:Su, Çay arası adamlar deməkdir) adlandırmışdır.Bundan əlavə Çin mənbələrindən bir fakta nəzər salaq. “Eradan əvvəl II əsrə aid mənbədədeyilir: İnsanı heyrətə salan bir cəldliklə yalçın dağlara dırmaşır və aşağı enirlər. Selləri və əndərin çayları paltarlı üzüb keçirlər. Küləklərə, yağışlara, aclıq və susuzluğa dözürlər.” Çin naziri bu keyfiyyəti də Hunların (Hun Türk imperiyası) “çox uzun vaxtlardan bəri davam edənqədim qabiliyyətlər” indən hesab edir.3Bu faktlar onu sübut edir ki, savaş mədəniyyəti bu etnosun həyat tərzinə daha qədimdənsüzülüb gəlir, sadəcə bozqır çöllərində məcburiyyətdən bu savaş mədəniyyəti daha çox inkişafdövrünü yaşamışdır. Orhun abidəsindəki Bilgə Tonyukukun yazısı, bu məcburiyyəti təsdiq edir:“Çuğay Kuzda, Qara qumda, məskən salmışdıq. Maral yeyərək, dövşan yeyərək otururduq.Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimi idik.” 4Çin hərbçi alimləri müharibələrin gedişində çoxsaylı hərbi traktatlarda köçərilərlə (Huntürkləri və Göy türklər) müharibə metodları ümumiləşdirirdilər. Hərbi və döyüş sənəti məktəbləripeyda olurdu.” 5 Məlum olur ki, saylarına görə “Çinin əhali sayının yüzdə biri ilə müqayisəedilə bilməyən Türklər” 6 öz mükəmməl yüksək döyüş sənəti qabiliyyəti nəticəsində Çinlilərəhərbi texnologiyanı və döyüş sənətlərini formalaşdırması məcburiyyəti qarşısında qoymuşdur.Ancaq nəzərə alsaq ki, qədim türklərin sayı çinlilərdən çox az idi və onlar bu böyük imperiyanınhərb sənətinin formalaşdırmasına rəgmən türklərin qarşısında duruş gətirə bilmirdi, demək ki, bufakt özü sübüt edir ki, qədim türklərin savaş sənəti, döyüş mədəniyyətinin ən yüksək pilləsindəidi. “Sülh dövründə sıravi türkün həyatı köçlərdən (ildə 2-4 dəfə), hərbi döyüş təlimlərindən vəyaz və bahar aylarındakı sərbəstlik zamanı istirahətdən ibarət idi. Yorucu əməyin olmaması,daima ovla məşğul olma, at belində çapmalar və ox atmalar fiziki inkişafa və döyüş sənətinintəkmilləşməsinə xidmət edirdi.” 7Bəzi yabancı tarixçilər qədim türklərin Suvarilik sənətinin daha yüksək səviyyədə olduğuüçün, onları piyada, xüsusilə əlbəyaxa döyüşdə təsəvvür etmək istəmirlər. Düşünürəm ki, indikihalda onlar bunu ağıllı formada qəsdən məqsədli şəkildə edir ki, kapitalizm dəyərlərinin mövcudolduğu müasir dünyada türk xalqları əlbəyaxa döyüş sənəti formalaşdırmaq üçün heç bir qədimmənbəyə əsaslanmasın. Axı hamıya məlumdur ki, müxtəlif xalqlar XX əsrdən başlayaraq bugünə qədər döyüş sənəti formalaşdırmaq üçün bir yarışa girib. Bunun həm siyasi, həm iqtisadi,həmdə mədəni tərəfləri olduğu üçün bu sahəyə diqqət böyükdür. Məgər XX əsrdə döyüş sənətiformalaşmasında ən çox irəli gedən Yapon, Çin, Koreya, Avropa və s. xalqların qədim tarixindəAt, Qılınc, Ox, Zireh mövcud olmamışdır ? Axı necə düşünmək olar ki, məhz bu amillərə görəqədim türklərin əlbəyaxa döyüşə ehtiyacı yox idi? Türkün dastan ədəbiyyatı Kitabi-DədəQorqud, KOROĞLU, MANAS və s. başdan ayağa əlbəyaxa döyüş mədəniyyətindən ibarətdir. Yox əgər dastan ədəbiyyatını mif sayırlarsa, bəs o zaman niyə Damonun (Badhidharma)Hindistandan Çinə gələrək döyüş sənəti yaratması mif sayılmır? Əslində isə dərindənaraşdırdıqda, elə əsl əlbəyaxa döyüş sənəti mədəniyyətinin də bünövrəsini qədim türklərdəngəlməsini görmək çətin deyil.Əgər belə olmasaydı, XX əsrin ən böyük imperiyası olan (SSRİ-də) Sovetlər birliyindədöyüş sənəti sahəsində yenilik edilərkən əsas türk xalqlarının döyüş mədəniyyəti araşdırılmaz vəqaynaq götürülməzdi. Bütün idman xadimlərinə məlumdur ki, SSRİ-nin (sovetlər birliyinin)tanınmış idman xadimi, Sambonun qurucusu V.Xarlampiyev, bu döyüş sənətini formalaşdırarkənAzərbaycanlıların, Başqırdların, Kazakların, Türkmənlərin, Özbəklərin güləş, küreş, kuraş,yakalaşma və Kulsanat, Qolsənət kimi müxtəlif türk ləhçələrində bilinən adlarda olan döyüşmədəniyyətindən istifadə edərək SAMBO (Samozaşita Bez Orujiya) adlı döyüş sənətiqurmuşdur. Əlbətdə ki, Sovetlər Birliyinin dövlət dili rus dili olduğu üçün məhz döyüş sənətinəqoyulan ad rus dilində idi.Sual olunur: Bəs bu Döyüş sənəti mədəniyyəti haradan qaynaqlanırdı və necəformalaşırdı? Qeyd edək ki, qədim türklərin həyat tərzi haqqında informasiya əldə etmədən,türk idman mədəniyyətini və xüsusilə də döyüş sənətininin sirlərini görmək mümkün deyil.Çünki türk savaş sənəti məhs türk həyat tərzindən doğurdu. Beləliklə, qədim türklərin əlbəyaxadöyüş sənətinə verdikləri töhfələr üzərində dayanaq.ƏLBƏYAXA DÖYÜŞ SƏNƏTİTarixin inkişaf dinamikasında bəzi əlbəyaxa döyüş sənət növləri sırf mərasim (oyun vərəqslər) və ya idman (yarışmalar) xarakteri almışdır. Əlbəyaxa döyüş özü tarixin dinamikasındabir neçə şaxələrə ayrılır:1) Yalnız fiziki gücə və hazırlığa əsaslanan əlbəyaxa döyüş (əl və ayaqların vasitəsilərəqibdən müdafiə, hücum və güləş);2) Müxtəlif alət və vasitələrdən (ip, ərkan, dəyənək, şüvül, tir və d.) istifadə edilən döyüşsənəti;3) Müxtəlif təyinatlı silahların (bıçaq, qılınc, cida, nizə, ox və d.) istifadəsini ehtiva edəndöyüş sənətləri.Ancaq bu bölünmələrə baxmayaraq, günümüzdə yaradılan əksər döyüş sənəti növlərininbazasında hər üç forma yaşayır. Məsələn, bir çox döyüş sənətlərində özünü müdafiəproqramlarında müxtəlif soyuq silahlardan istifadə və müdafiə texnikalarının mövcüdlugu hərkəsə bəllidir. Biz bu ənənəni döyüş idman yarışlarının açılış mərasimlərində nümunəvi çıxışformasında da açıq aşkar görə bilərik. Hətta Samuraylara qarşı formalaşan TOTE nin (dahasonra Okinava Te və son olaraq Karate) yarışlarının açılış mərasimində belə, bir birinə ziddolmasına baxmayaraq Samuray dəbilqələrində qılınclarla nümunəvi çıxışları görürük.Bütün bunlar sübut edir ki, qədim dövrdə hərb savaş sənətinin təlim prosesində fiziki gücəhesablanmış texniko fənlər olmuş, bu təlim prosesi ordu daxilində müxtəlif sınaqlarla(yarışmalarla) müşahidə olunmuş, daha sonrakı dövrlərdə isə bu sınaqlar və ya döyüş sənətimetodikaları müxtəlif adlarla konsepsiya olunmuşdur. Hal hazırda fəaliyyətdə olan köklü döyüşsənətlərinin qədim dövrlərdə hərb savaş sənətinin tərkib hissəsi olması heç kimə sirr deyil.Bu prizmadan baxdıqda, Qədim türklərin həyat tərzində bahadır olmadan yaşamaq mümkünolmadığı üçün uşaqların körpəlikdən ən sərt qanunlarla və hərbi döyüşçü məşqləri ilə tərbiyəolunması məhs bahadır olmağa hesablanmışdı. Hərblə əlaqədar olaraq bütün əsgəri təlimlər, eynizamanda əlbəyaxa döyüş sənəti qədim türklərdə uşaq yaşlarından başlanılırdı. “Hunlar doğulanuşağı qışda qarın üstünə atır, bir müddət keçdikdən sonra isə dəriyə bükürdülər. Yeniyetməni ənqorxulu səfərlərə göndərirdilər. Çin mənbələrinin yazdığına görə, hunlarda “döyüşçülərin güc vəbacarığı ilə ölçülər, kişilər savaş təlimi keçir, qəfil basqın və hücumlar edirdilər. Bu onlarınanadangəlmə fitrətindəndir. 8 Bu başqa cür ola da bilməzdi, çünki “Bozqır türklərinin ayrıca birordu yaratmasına ehtiyacı yox idi, hər bir elatın özü bütövlükdə bir ordu idi.” 9 Məhz busəbəbdən də istənilən əsgəri təlim forması tayfanı bütövləşdirən ailədən başlanırdı. Məsələn, Yakut mənbələrində necə bir sərt əsgəri təlim haqqında məlumat bildirilir: “Təlim3 yaşından başlayırdı. Öncə onun üzərinə qızarmış kömür atırdılar ki, onda zərbədən yayınmaqbacarığı yaransın. Bundan sonra silahla rəftar təlimi keçirilirdi. Dəyənəklə döyürdülər və ondanyayınma bacarığı aşılayırdılar. Gənclər 18 yaşında hərbi hazırlığı bitirməli idilər. Öyrədilmişgənci son sınaqdanda keçirirdilər. O, evdə oturarkən, mahir bir əsgər siyirmə qılınc iləgözlənilmədən onun üzərinə hücum edərək haradan gəldi vurur. Sonra Gəncin paltarınısoyundurub, onun bədənini yoxlayırdılar. Əgər bədəndə qılıncdan dəymiş bir kəsik görünsəydi,təlim bitməmiş hesab olunurdu. Sınaqdan keçənə bacadan bir tikə ət atırdılar. Gənc əti bıçağınucu ilə tutmalı idi. Bundan sonra onun üzünə eninə (yanı bədən hissələrinə) tikiş qoyurdular.Tikiş onun ən yaxşı əsgər olmasının işarəsi idi.” 10Qədim türklərdə təkbətək döyüş, bahadırların bir-birinə özünü və soyunu təqdim etməsi vəsavaş tanrısının şərəfinə dua oxuması ilə başlayırdı. Yakutlar babalarının savaş qaydasını beləxatırlayırlar: “Adətən hər bir döyüş qarşısında qana həris olan ruhun (müharibə tanrısının İbliskaanın) şərəfinə mahnı oxuyurdular. Bu zaman onlar öz babalarının adlarını sadalayardılar. ...Biz Batas Myondükenin nəvələriyik. Onun Ortancıl oğlu Yurunq bas-Boltonqonun övladlarıyıq.İlbis-Kıısı (Müharibə tanrısı –Ə.Ə., M.Q.) çağırırıq.” Eyni mötiv Dədə Qorqud dastanındasavaşdan öncə oğuz igidlərinin islam örtüyünə bürünmüş Tanrıya dua etməsi faktı da bəllidirr.Bu ritual ənənələr bu günə qədər müxtəlif türk xalqlarının savaş mədəniyyətindəyaşamaqdadır. Bahadırlar bir birləri ilə əlbəyaxa döyüşdən öncə rəqs oynaması bu günə qədərtürk nağıl və dastanlarında öz əksini tapmışdır. İstər-istəməz Azərbaycan milli ənənəsindəgüləşçilərin güləşdən öncə rəqs etmələri yada düşür. Bu fakt sözgedən savaş ənənənəsinin çoxqədim tarixə malik olduğunu göstərməkdədir. Bu fikrin gerçəkliyi maddi mədəniyyət nümunələriilə türk dastanlarının, eləcədə türk mədəniyyətinin müqayisəsi təsdiq edir.” 11Qədim türklərin adət ənənələrində əlbəyaxa döyüş sənətinin varlığı bu aşağıda qeydedəcəyimiz arxeoloji faktlardan da açıq-aşkar görünür. Döyüşün son mərhələsində, əlbəyaxasavaşı təsvir edən gümüş kuzənin (Tümen vilayətinin Koçq kəndində tapılıb ) tarixi bizim eranınI minilliyinin ortalarına aid edilir. (şəkil.1) Şəkildə təsvir olunan (və M.P.Qryaznovunnəzərindən qaçan) bir çəhət bu təsvirin müəəyyən bir qəhrəmanlıq dastanı ilə bağlı olduğunutəsdiq edir. Savaşan bahadırlar öz silahlarına doğru can atır. Solda dayanan at bahadırın silahınıayağı ilə ona doğru itələyir. Türk xalqlarının dastanlarında bahadırın atının bahadıra yardımçıolması motivini nəzərə alsaq, onda bu təsvirin müəyyən dastanla əlaqəsi bir daha təsdiq olur.12 Şəkil.1 Gümüş küzəBu təsvir isə Ordosdan (Altayın Çinə düşən hissəsi) tapılmış e.ə. III əsrə aid toqqadır.Toqqanın üzərindəki təsvirdə əyani şalvarlı iki bahadır cəng edir, toqqada onların atları, ağac vəquş təsvir olunmuşdur (Şəkil.2). Güləşmək üçün qurşağadək soyunmaq türk xalqlarının ənənəsikimi yaşamaqdadır. 13 Şəkil 2. Ordosdan tapılan Qızıl toqqaYuxarıda qeyd etdiyimiz kimi, qədim türklərin Suvarilik sənəti yüksək dərəcədə olduğuüçün, onları piyada da, yəni yerdə döyüşdə təsəvvür etmək istəmirlər. Ancaq bu faktdır ki,"Səlcuqlu ordusunun təməlini təşkil edən suvarilər lazım olduqda atlardan enib yerdə döyüşəbilirdilər, həmçinin, piyada birlikləri də vardı. Məsələn, Toğrul Bəyin ölüm xəbəri üzərinəXorasandan hərəkətə keçən Alparslanın ordusu 20.000 atlı və 10.000 piyada döyüşçüyə malikidi. Kirman Səlcuklularında isə, piyada birliklərinin sayı süvarilərinkindən daha çox idi. Məlik IIArslanşah cəmi 16.000 döyüşçüyə sahib idi və bunların 6000-i süvari, 10.000-i isə piyada qoşunidi”. 14 Əlbətdə ki, bu piyada birliklərdəki savaşçılar qılınc, ox, nizə qalxan və sairə soyuqsilahlarla döyüşürdülər. Ancaq, nəzərə alsaq ki, oxun yayı qurtara bilər, nizə və qılınc qırıla bilər,mütləqdir ki, əlbəyaxa döyüşə şərait yaransın. Rus arxeoloqu M.P.Qryaznovun bu mövzüda araşdırması tam yerinə düşür. O, Uralda tapılmış qabın (şəkil.3 ) üzərindəki təsviri türk xalqlarının dastanlarında əks olunan döyüş səhnəsi ilə müqayisə etmiş və türk xalqlarının dastanlarında təsvir olunan döyüş səhnəsinin əksi olması fikrinə gəlmişdir:“Bahadırlar bir neçə neçə növ silahları sınaqdan çıxarıblar. Onların ayağının altınaqırılmış qılınclar, qalxanlar, savaş baltaları, toppuzlar düşüb. Bu sujet türk xalqlarının çoxununqəhrəmanlıq dastanlarında yer alır. Belə ki, dastanlarda bahadırlar bir neçə silah növü ilə(nizə, ox, qılınc, toppuz) mübarizə aparır ancaq sonda mübarizə əlbəyaxa ilə nəticələnir.Bahadırların mübarizəsi monqol-oyrat eposu (Bum-Erdeni, Erqil-Türgül və s) Kazax eposu(Şura-Batur), Altay eposu (Kan-Sulutay) və Buryat (Alamji Mergen) eposunda eyni ilə təsvirolunmuşdur. Bu süjet o qədər səciyyəvidir ki, bütün bu qəhrəmanlıq poemalarındakı mərkəziepizodlardan biri olan, masir qəhrəmanlıq dastanındakı bahadurların tək--bə-tək döyüşününKulaqışdan olan qabın üzərindəki təsvir ilə eyniləşdirilməsinin doğruluğuna heç bir şübhə olabilməz.” Qeyd edək ki, gümüş qab bizim eranın birinciminilliyinin ortalarına aid edilir. Müəllif qılıncların,baltaların, əmudların qırılıb yerə tökülməsinin türkxalqlarının dastanlarında bahadırların döyüş zamanımüxtəlif silah növlərindən istifadə etməsi və məqsədənail olmayanda bahadırların əlbəyaxa döyüşlə qələbəçalmaları motivi ilə müqayisə etmişdir. Onun fikriinkarolunmaz həqiqətdir. Gördüyünüz kimi, qədimdövrdə savaşların qol gücünə əsaslandığı bir dövrdə, orduformalaşmasında əlbəyaxa döyüşün olmamasınıdüşünmək məntiqsizdir. Şəkil 3. Kulaqışdan olan gümüş qabBu mövzüda dastan ədəbiyatında da əlbəyaxa döyüş izlərini görməmək mümkün deyil. Beləki, Dədə Qorqud dastanında Əmranla Təkurun savaşı belə təsvir edilir: Kafər Təkur dedi: “hələbir döz, əblah oğlu, mən sənə gəlim çatım” Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzərinəsürdü. Oğlan qalxanını gürzün qabağına tutdu. Kafər yuxarıdan aşağıya oğlanı bərk vurdu:qalxanını ovdu, dəbilqəsini əzdi, üz-gözünü sıyırdı, ancaq oğlanı məğlub edə bilmədi. Gürzlədöyüşdülər: böyük iti polad qılıncla vuruşdular, atıla-atıla meydanda qılınclaşdılar: çiyinləridoğrandı, qılıncları ovulub töküldü, bir-birinə üstün gələ bilmədilər. Qarğı budağından olansünğülərlə çarpışdılar, meydanda buynuzlarını bir birinə sançmaq istəyən buğalar kimi döş-döşəgəldilər. Əlbəyaxa savaşda Əmran təkura qalib gəlir.Oxşar motiv Koroğlu dastanında daha geniş yayılmışdır. Koroğlu ilə Ərəb Reyhanın döyüşüdastanda belə təsvir olunur: “ Dava başlandı, yetmiş yeddi fəndin hamısını işlətdilər. Amma heçbiri o birinə döv ( qalib) gələ bilmədi. Nə qılıncdan kar aşdı, nə nizədən iş çıxdı, nə əmuddanmurad hasil oldu. Axırda Koroğlu qəzəblənib atdan düşdü. Paltarının ətəklərini belinı sancdı.Qollarını çırmadı. Meydanda gərdiş eləməyə başladı. Ərəb Reyhan da atdan düşdü. Küştübaşlandı.” Xalq yaradıcılığı olan dastanlarda sübüt edir ki, qədim türklərin əlbəyaxa savaşsənəti mövcud olmuşdur.Göründüyü kimi, qədim türlərin həyat tərzi olan savaş mədəniyyətində, türkü əlbəyaxadöyüşsüz təsəvvür etmək mümkün deyil. Barmaqları ilə saf daşdan kəsik qoparan, güləş zamanıbarmaqlarını qəniminin ətinə yedirdib onu diz çökdürən, öküzü başı üstünə qaldıran və ya birzərbə ilə öküzü yerə sərən şir biləkli bahadırlar haqqında söhbətlər xalq arasında genişyayılmışdır. Həmin söhbətlərin arxasında türk savaş ənənələrinin müəyyən əlamətlərigizlənmişdir.15 Fiziki dözümlüyü olmayan və eyni zamanda silahla rəftar etməyi bacarmayantürk döyüşçüsü bahadır sayılmırdı, məhz bu səbəbdən də artıq 12-14 yaşına yetişmiş oğlanuşaqları həm fiziki cəhətdən formalaşırdı, eyni zamanda silahlardan mükəmməl səviyyədəistifadə etməyi bacarırdı. Ən əsası isə, bu formalaşmada psixoloji cəhətdən də hazırlıq metodlarıtətbiq olunurdu. Qədim türklər öz uşaqlarına döyüşdə ölümdən qorxmamağı öyrədirdilər və sondərəcədə sərt əsgəri qanunlarla yaşayırdılar. Dörd bir tərəfin amansız düşmənlə əhatə olunduğuTuranda yaşamağın başqa bir yolu da yox idi. Bilgə Tonyukukun Orhun abidəsindəki yazısınıtəkrar birdə qeyd edək: “Çuğay Kuzda, Qara qumda, məskən salmışdıq. Maral yeyərək, dövşanyeyərək otururduq. Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimiidik.” 16Əlbətdə ki, biz bu kimi faktların sayını artıra bilərik. İstər Orta Asiya məzar abidələrində,istərsə də digər yazılı nümunələrdə. Qədim türklərin adət ənənələrində əlbəyaxa təkbətək döyüşsənətinin varlığı türk hərb üsulunun tərkib hissəsidir. Böyük çöldə, Turan adlanan coğrafiyadayaşanan bu döyüş sənəti mədəniyyətinin öz tarixi əsası, fəlsəfəsi, qədim türk dünya görüşləri və adət vəənənələrinə, Tanrıçılığa söykənən dərin mənəviyyatı, öz taktika və tərzi vardır. Məhs bu səbəbdəndir ki,qədim türklərin tarixinə, mədəniyyətinə və döyüş sənətlərinə, müraciət edilərək yeni bir döyüş sənəti,idman növü olan “ALPAQUT-TURAN DÖYÜŞ SƏNƏTİ” formalaşdırılıb.ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİAlpaqut Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. Döyüş sənətinin adının anlamı "Alpaqut" (Alp: döyüşçü, Qut: qutsal (kutsal) - Müqəddəs Döyüşçü mənasındadır. Bu döyüş sənəti Türk xalqlarının döyüş sənətlərindən qaynaqlandığı üçün, Turan sözü (Turan: türksoylu xalqların yaşadığı coğrafiya) marka kimi əlavə olunmuşdur.Alpaqut döyüş sənəti Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təblig edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirərək, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq, dərin fəlsəfi ideoloji mənası olan və kökləri sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edir. Milli özünə məxsusluq hissini inkişaf etdirən və super etnomədəni fəlsəfəni milli düşüncə əsasında konsepsiyalaşdıran ALPAQUT idman növü, uşaqlarda milli iftixar hissini, Vətənə və Dövlətə hörmət və məhəbbət hissini formalaşdırır. Alpaqut döyüş sənətinin əsasını təşkil edir:1. VIII BAZA YÖNDƏMLƏRİNDƏN İBARƏT TƏLİM PROGRAMI Yumruk yöndəmləri Tepik yöndəmləri Ayça yöndəmləri Atış yöndəmləri Badalaq Yöndəmləri Bağdamak yöndəmləri Boğuçan yöndəmləri Koruy yöndəmləri 2. IV ÜSTÜNGÜDƏN İBARƏT İMTAHAN PROGRAMIHər bir ÜSTÜNGÜ-də (mərhələ) verilən dərəcələr, kəmərlərlə müəyyən olunur və kəmər rəngləri qədim türk xalqlarının tarixində olan yönlərin rənglərinə uyğun olaraq tətbiq olunmuşdur. Şəkildə göstərildiyi kimi:BATI (qərb)- ağ rəngDOĞU (şərq)- göy rəngGÜNEY (cənub) – qırmızı rəngKÜZEY (şimal) – qara rəng3. III FƏRQLİ DÖYÜŞ SİSTEMİNDƏN İBARƏT YARIŞMA QAYDALARI Bu sistemlər belə adlanır: 1-ci sistem: AYPARA, 2-ci sistem: BATUR, 3-cü sistem: CAYMAZQeyd: Qısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C də adlandırmaq olar.4. QURD VƏ BERKUT ÇEVRƏSİNDƏN İBARƏT HAKİMLƏR PROQRAMIHakimlər proqramı hər üç döyüş sistemi üzrə, Qurd çevrəsi və Berkut çevrəsindən ibarətdir.Qiymətləndirmə, Sarqut>Acar>Utku balları ilə, Cərimələnmə isə Qınaq balı ilə tətbiq olunur.Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da ancaq o bütün hüquqi haqlarlaAzərbaycanda qeydiyyatdan keçmişdir. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycanxalqının tarixi və mədəni irsinə aid olan “ALPAQUT” adı, Azərbaycan RespublikasıMədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli 37 saylı sənədi əsasında bu döyüşsənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustasıNamazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmişdir. Eyni zamanda AzərbaycanRespublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-ci il tarixli iddia sənədinin201400542 saylı Patent Şəhadətnaməsi də verilmişdir. Əlavə olaraq, ALPAQUT idmannövünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramlarıAzərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 16.10.2015 tarixli 04/C-8157-15 saylıŞəhadətnaməsi ilə təsdiq olunmuşdur. Bu idman növünün beynəlxalq arenada inkişafı məqsədiləDünya Alpaqut Federasiyası adında qurum 12.02.2014-cü il tarixində B14003831 saylı sənədinəəsasən beynəlxalq təşkilat kimi qeydiyyata alınmışdır. Dünya Alpaqut Federasiyasınınprezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Millət Vəkili Nizami Cəfərovdur. Bubeynəlxalq Federasiya 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbirlər (3 beynəlxalqturnir, 1 Avrasiya kuboku, 4 beynəlxalq seminar) həyata keçirmişdir. Federasiyanın Azərbaycanbaşda olmaqla Almaniya, Birləşmiş Krallıq/İngiltərə, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan,Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyası (Yekaterinburq, Moskvavilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.Dünya Alpaqut Federasiyasının həyata keçirdiyi Beynəlxalq tədbirlərin cədvəli aşağıdakı kimidir.İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:1.Monqol – türk dilində Əbədi El kimi istifadə olunan siyasi termin olan bir sözlük.2.Firudin Ağasıoğlu Cəlilov – Doqquz Bitik Əsəri3. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 374. Tonyukuk 7-85. Türk Döyüş Sənəti 1995. Rəfael Bezertinov “İdel” jurnalı, № 4, , Kazan şəh.6. Tonyukuk7 .Türk Döyüş Sənəti 1995. Rəfael Bezertinov “İdel” jurnalı, № 4, , Kazan şəh.8.Türk Savaş Sənəti 1996. Səh 119. Doqquz Bitik 2014. Firudin Ağasıoğlu10. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 1211. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 13,1412 Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 16.1713. M.İ. Artamonov Sakların xəzinəsi14. M.A Köymen “Alparslan və Zamanı”, s 263,15. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 1816 .Tonyukuk .7-8ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.