“Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsinin icrasına yekun vurulub Digər » QHT 26 Ekim Azərbaycan Milli İnkişaf Layihəsi İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına maliyyə yardımı ilə “Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsinin icrasına yekun vurub. 01 avqust 01 noyabr 2016-cı il tarixlərində həyata kecirilən layihə məişət zorakılığının bütün formalarına qarşı mübarizəni özündə ehtiva edir. İcra dövründə problemə daha çox məişət zorakılığı ilə bağlı cinayət əməllərinin Azərbaycan xalqının milli mənəviyyatına, əxlaqına yad olduğu göstərilməsi proritet vəzifə kimi götürülüb. Layihənin əsas məqsədi məişət zorakılığının bütün formalarının aradan qaldırılması istiqamətində tədbirlərin təşkili, o cümlədən ölkəmizin tərəfdar çıxdığı ana və uşaq haqqında beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrasının öyrənilməsi və müxtəlif video-roliklər vasitəsi ilə cəmiyyətə çatdırılması idi. Bu çərçivədə ictimai birlik tərəfindən məişət zorakılığı qurbanlarının statistikası öyrənilərək sənədli film hazırlanıb və mətbuatla iş üçün məqalələr və yazılar dərc edilib. Təşkilat tərəfindən hazırlanmış yarım saatlıq sənədli film insanlara bu problemlərin qarşısını almaqda kömək olacaqdır. Həmçinin bu problemdən əziyyət çəkən insanları maarifləndirmək, QHT olaraq müvafiq icra hakimiyyəti orqanlarının təşəbbüslərini dəstəkləmək əsas hədəflərdən bir olub. İmişli, Şabran rayonlarinda və Bakı şəhərində təqdimatı kecirilən film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 25 oktyabr tarixində Bakı şəhərində kecirilən tədbirdə çıxış edən Layihə üzrə koordinator Həsən İsgəndər çıxış edərək bildirdi ki, məişət zorakılığının bir çox formaları və səbəbləri müəyyən olunmuşdur. Qız övladların təhsildən yayındırılması, ailədə onlara qeyri-rasional münasibət, erkən nikaha cəlb olunma, psixoloji təzyiqlər, fiziki zorakılığın müxtəlif formaları, cinsi istismar və bu kimi digər amillər hər biri xüsusi araşdırma və mübarizə tədbirlərinin həyata keçirilməsini tələb edir. Layihə koordinatoru daha sonra qızların təhsildən yayındırılmasının ən önəmli problemlərdən olduğunu bildiririək qeyd etdi ki, əksəriyyəti bölgələrdə olmaqla, bir çox valideynlər qız övladlarını ibtidai təhsildən və ya natamam orta təhsil müddətindən sonra məktəbə göndərməkdən imtina edirlər. Bəzi hallarda onların məktəblərdə sadəcə adları getsə də özləri gündəlik məşğələlərdə iştirak etmirlər. Bu tip hallara əsasən respublikamızın şimal və cənub bölgələrində rast gəlinir. Təhsildən yayındırma eyni zamanda erkən nikah problemini də meydana çıxarır. Sadalananları nəzərə alaraq Həsən İsgəndər əminliklə bildirdi ki, məhz bu istiqamətdə fəaliyyətin cəmiyyətimizdə öz bəhrəsini verəcək. Tədbirdə cıxış edən ekspertlər bildirdilər ki, məişət zorakılığının müxtəlif növlərinə qarşı aparılan mübarizəyə dəstək vermək, ölkə qanunvericiliyi, həmçinin suveren respublikamızın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların önə sürdüyü öhdəliklərin icrasını öyrənmək və cəmiyyətdə lazımi təşviqat işini aparılması günümüzün vacib məsələlərindən biridir. Tədbirin yerli icra hakimiyyəti orqanlarının qadın haqlarına dair, qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılması, ailədaxili şiddətin aradan qaldırılması və başqa təşəbbüslərini dəstəkləmək yolunda atdığı çox önəmli addım olduğunu vurğuladılar. Tədbir çərçivəsində ictimaiyyət nümayəndələri ilə fikir mübadiləsi aparıldı və sonda sənədli filmin təqdimatı keçirildi.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.