Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib 2016-cı il dekabrın 23-də Bakıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) doqquzuncu qurultayı keçirilib.

ZiM.Az xəbər verir ki,
Qurultay iştirakçıları öncə
Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarınıŞəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Milli QHT Forumunun qurultayını Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev aparıb.

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib Qurultayda QHT Forumunun prezidenti Rauf Zeyni açılış nitqi ilə çıxış edib.
O, ölkəmizdəki QHT-lərin fəaliyyəti, həyata keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verib.

Daha sonra Forumun 4 illik hesabatı təqdim edilib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb, həyata keçirdiyi tədbirlərlə bağlı ətraflı məlumat verib.

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib Rauf Zeyni əlavə edib ki, Azərbaycanda 15-dək nazirlik, dövlət komitəsi, fond və büdcədən maliyyələşən digər qurumlar qeyri-hökumət təşkilatlarına qrantlar ayırırlar.
2014-cü ilin yanvarında qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Qanuna görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasına başlanıb.
Bu qurumlarda QHT-lər, jurnalistlər, fəal vətəndaşlar təmsil olunurlar.

Azərbaycan Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri,
Milli Məclisin deputatı
Azay Quliyev
bildirib ki, Avropanın 25-ə yaxın ölkəsində QHT-lərə dəstək mexanizmlərinin müvafiq qurumları mövcuddur. Azərbaycan Prezidenti yanında yaradılmış Şura ölkəmizdə fəaliyyət göstərən QHT-lərə təkcə maliyyə yardımı etmir, həm də onların bilik və bacarıqlarının artırılmasına, informasiya və texniki təminatına, beynəlxalq əlaqələrinin qurulmasına və digər problemlərinin həllinə köməklik göstərir.

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolu barədə söhbət açıb. Bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir.

QHT-lərin daha çox sosial sahədə fəaliyyət göstərmələrinin önəmini
qeyd edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, Avropa ölkələrində vətəndaş cəmiyyətləri daha çox sosial məsələlərin həllinə diqqət ayırır. Azərbaycanda da QHT-lərin sosial sahəyə daha çox diqqət ayırmaları məqsədəuyğun olardı. Avropada əhali siyasi partiyalarla müqayisədə QHT-lərə daha çox üstünlük verir. Avropalı gənclər öz siyasi ambisiyalarını QHT-lər çərçivəsində reallaşdırmağa çalışırlar. Çünki qeyri-hökumət təşkilatları əhalinin problemlərinin həlli ilə məşğuldur. O vurğulayıb ki, bu gün dünyada gedən proseslər QHT-lərin fəaliyyətinin əlavə olaraq tənzimlənməsi zərurətini ortaya qoyur.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Azərbaycan dövlətinin qeyri-hökumət təşkilatlarının ictimai maraqlara xidmət göstərməsi üçün hərtərəfli şərait yaratdığını deyib. Bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bu qurumların fəaliyyətini tənzimləyən zəruri hüquqi baza formalaşdırılıb. QHT-lərə hərtərəfli dövlət dəstəyinin göstərilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti 2007-ci ilin dekabrında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaradıb. Hazırda gənclərin ictimai birliklərinə də xüsusi diqqət yetirilir. 2011-ci ilin dekabrında təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu vasitəsilə gənclər təşkilatlarının, habelə yaradıcı, istedadlı və ictimai fəal gənclərin layihələrinə mütəmadi olaraq maliyyə dəstəyi göstərilir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən dövlət siyasətindən danışıb. Bu sahədə QHT-lərin müsbət təcrübəsinin yayılmasının zəruri olduğunu bildirib. O, QHT-lərə göstərilən dövlət dəstəyinin əsas istiqamətləri, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Azərbaycanda sosial sahədə əldə edilən uğurlardan danışan İlqar Rəhimov QHT-lərə olan güclü dövlət dəstəyini bunun bariz nümunəsi kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, məhz dövlətimizin dəstəyi sayəsində QHT-lər öz fəaliyyətlərini daha da genişləndirirlər. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir.

Qeyd edək ki, qurultay çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun fəaliyyəti qənaətbəxş hesab edilib və forumun bir sıra orqanlarına seçkilər keçirilib.
Rauf Zeyni yenidən Forumun prezidenti, Qorxmaz İbrahimli isə idarə heyətinin sədri seçilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qurumun idarə heyətinin üzvü seçilib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: