“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start verib Digər » QHT 15 Haziran Bu günlərdə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start verib. Birliyinin Mətbuat xidmətindən ZiM.Az bildiriblər ki, yeni layihəyə start verilməsi ilə əlaqədar olaraq keçirilən toplantıda Birliyin sədri və Layihənin rəhbəri Növrəstə Yusifova çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi iştirakçılarının tibbi və sosial xidmətlərə çıxış imkanlarının monitorinqi” adlı Layihəsi çərçivəsində Qarabağ müharibəsi və ona bərabər eyni statusa malik 2016-cı il aprel döyüşlərinin iştirakçıları üçün təşkil olunmuş təlim və turdan ibarətdir.Bu sahədə mövcud problemlərin real səbəblərinin araşdırılması, tur zamanı regionlarda təbiətin qoynunda onların asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkili yerlərdə mədəniyyətimizin, mənəvi dəyərlərimizi, tarixi abidələrimizlə tanışlıq və s. işlər görüləcəkdir.Qarabağ müharibəsi və 2016-cı il aprel döyüşlərinin iştirakçıları olan əlil-veteranlar üçün nəzərdə tutulan Layihənin növbəti tədbiri 24-25 iyun 2017-ci il tarixdə Oğuz rayonunda keçiriləcəkdir. Tədbir Bakı şəhərindən, avtobusla ofisin qarşısından 10 nəfər müharibə iştirakçısı və 4 əlavə işçi qrupu daxil olmaqla, bir gecə oteldə qalmaqla, iki gün ərzində hər bir gün üçün üç dəfə yemək, çay veriləcəkdir.Bundan əlavə tədbirin 2-ci günü 25 iyun 2017-ci il tarixdə, Dövlətimizin 26 iyun 2017-ci il tarixdə qeyd edəcəyi Azərbaycan Respublikası “Silahlı Qüvvələri Günü” münasibətilə müharibə iştirakçılarına bayram suvenirləri veriləcəkdir.Birliyin sədri və Layihənin rəhbəri Növrəstə Yusifova çıxışının sonunda müharibə iştirakçılarına daima olan diqqət-qayğısına və Layihənin yüksək səviyyədə keçirilməsi üçün ayrılmış maliyyə dəstəyinə görə Dövlət rəhbərinə və Şuranın rəhbərliyinə ehtiram və təşəkkürünü bildirib.Məruf RZAYEV,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.