Natəvan Dəmirçioğlu: "XXI əsr Türk əsridir" Siyasət, Köşə yazılar 26 Nisan Dünya tarixində super dövlətlər və güclər zaman-zaman dəyişir. Hətta imperiaların mütləq şəkildə sonu çatır və suquta uğrayır. Buna saysız-hesabsız real faktlar gətirə bilərəm. Mən orta məktəbdən siyasətlə maraqlanıram. Universitet illərində ictimai-siyası fəaliyyətim olub. Son 26 ildə siyasi şərhlər, materiallar hazırlamaqla məşğulam və dövlətdən məvacibi bu işimə görə alıram. Yazıçı olsam da, həm də siyasətlə məşğulam. ABŞ prezidenti qoca Bayden "erməni soyqırımı" deyəndən bəri düşünürəm ki, dəfələrlə Amerika prezidentlərinin seçkisini maraqla (hətta həyacanla) izləmişəm, nəticədə təccüb qalmışam. Xatırlayıram: 80-lərdə super dövlətdə zamanın ironiyası baş verdi və məhşur aktyor, qeyri- məhşur siyasətçi Ronald Reyqan Ağ evin sakini (sahibi) oldu. Ondan sonra fövqəl dövlətə oğul Çorc Uoker Buş prezident seçildi. Düşündüm ki, bunun siyasi yetənəyinin genetiq olacağını zənn edir amerikalılar, ona görə bunu seçdilər. Mənim və onların düşündüyü kimi olmadı. Bundan sonra metamarfoza baş verdi, amerikalıların sonuncu adam saydıqları qaradərililərdən biri ABŞ -ın birinci adamı oldu. Birinci və yeganə qaradərili prezident - Barak Obama. Onun olması heç bir anlam ifadə etmirdi, etmədi də. Bunun ardınca "komediya" baş verdi. Başının çölü, yəni saç düzümü,görünüşü anormal təsiri bağışlayan, qeyri-ciddi imici ilə sarkazım doğuran və elə kafasının daxili, yəni düşüncəsi ilə də gülüş doğuran, üç dəfə ayrı-ayrı madellə evlənən, siyasətə aidiyyəti olmayan Donald Con Tramp növbəti dəfə amerika seçicilərinin bərbad zövqünü ortaya qoydu. Trampın gedişi Amerika siyasətinin xilası idi və yeni, səviyyəli seçkilər üçün tramplin ola bilərdi, amma olmadı. Qocadan qoca Cozef Robinet Co Bayden seçkiləri uddu və elə super dövlətin ağlını da "uddu". Siyasi məsuliyyətsizlik edərək "erməni soyqırımı"nı tanıdı. Tanısın. Dünyanın siyasi bəlası da onu və dövlətini tanısın!(Hər halda prezidentlərin sırası, keyfiyyət enişi buna işarədir) P. S. Dövlətlər də insanlar kimidir. Onları öz iradələri ilə bərabər, tale və Tanrı idarə edir. XXI əsr Türk əsri kimi proqnozlaşdırılmışdı. Olur! Tanrım bu işin tamamına "OL" desin!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.