Qasım müəllim, ad gününüz mübarək olsun!.. Digər » Təbriklər 24 Aralık Keçmiş SSRİ-nin şovinist siyasətinin qurbanı olan Ahısha türkləri doğma yurdlarından pərən-pərən düşdü... XX əsrin 1948-1953-cü illərində baş vermiş bu olaylar zamanı, dəqiq söyləsək, 24 dekabr 1950-ci ildə bir oğul dünyaya gəldi. İstedadı, çalışqanlığı ilə çoxundan seçildi.Hazırda bu xeyirxah insan Bakıda, Xırdalan şəhərində uşaq və gənclərə milli musiqimizin sirlərini öyrədir.Və bu gün onun ad günü, şad günüdür.Mən, böyük məmnunluqla bu kişini - dəyərli Qasım Ahıshalını ad günü münasibətilə təbrik edirəm.Arzu edirəm ki, doğma Vətən torpaqlarımız düşmən tapdağından azad edilsin, Qasım müəllim rəhbərlik etdiyi kollektivlə birgə Şuşa, Laçın və Ağdamda maraqlı konsert proqramı ilə çıxış etsin.Hörmətlə,Şamil Sabiroğlu.Bakı, 24.12.2016. REDAKSİYADAN:Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından hörmətli Şamil Sabiroğlunun səmimi təbrikinə və xoş arzularına qoşularaq, dəyərli ziyalımız, elimizin-obamızın fəxri, böyük həvəs və sonsuz bir sevgi ilə gənclərimizə milli musiqimizin sirlərini öyrədənçox hörmətli Qasım müəllimi ad günü münasibətilə ürəkdən təbrik edirik. Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.