YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TANRIVERDİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TANRIVERDİ MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

Bu gün "Bakı-Elektrikşəbəkə"
Açıq Səhmdar Cəmiyyətinin
Mətbuat xidmətinin rəhbəri,
vətənpərvər və yursevər soydaşımız,
cənab Tanrıverdi Mustafayevin
55 yaşı tamam olur.

Bu əlamətdar gün münasibətilə
çox hörmətli qələm dostumuz
Tanrıverdi müəllimi ürəkdən və
səmimi qəlbdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında və gələcək
fəaliyyətində yeni-yeni
uğurlar arzu edirik!..



YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TANRIVERDİ MÜƏLLİM!.. Xatırladaq ki, Tanrıverdi Mustafayev - 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın Gölkənd kəndində kolxozçu ailəsində anadan olub.
1969-ci ildə doğma kəndlərindəki orta məktəbin
birinci sinfinə gedib.
1979-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasına
qəbul oub.
1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.
1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib.
1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub.
1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb.
Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi - “Araz” cəmiyyəti yaradıb.
O zaman SSRİ dağılmaq ərəfəsində idi. Moldovanın 36 faizi qeyri-moldovanlar idi.
O cümlədən, Moldovada 2642 nəfər azərbaycanlı yaşayırdı.
Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub.
Həmin Deportamentdə Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olunub.
O, 1998-ci ildə Modova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü olub.
1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb.
2001-ci ilin noyabrına qədər həmin vəzifədə çalışıb.
2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının
I Qurultayında iştirak edib.

Moldovada yaşamağına baxmayaraq hər zaman ürəyi Azərbaycan həsrəti ilə döyünüb.
Hər zaman çalışıb ki, millətinə, torpağına, adət-ənənələrimizə daha yaxın olsun.
2002-ci ilin əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib.
Fevral ayının 7-də Moldovadakı işini Azərbaycandakı işlə dəyişib:
“Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
təyin olunub.

Hazırda "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəridir.

Tanrıverdi Mustafayev həm də gözəl ailə başçısıdır.
İki oğlu var - biri Qərbi Azərbaycanda, digəri isə Moldovada anadan olub.
Hər ikisi 4 xarici dil bilir.
Arzu edirik ki, onlar da atalarının adına layiq övlad,
vətənimzin adına layiq vətəndaş olsunlar!..


Tanrıverdi müəllimin isə ən böyük arzusu işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad olunmasıdır.
O, arzu edir ki, "Azərbaycanın üç rəngli bayrağı tezliklə Qarabağda, Qərbi Azərbaycanda dalğalansın.
Heç şübhə etmirəm ki, ölkə prezidenti, dünyada böyük nüfuz sahibi olan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Mən buna bir azərbaycanlı olaraq əminəm!.."


Gözəl arzudur!.. Biz də hörmətli Tanrıverdi müəllimin arzusuna qoşulur və ona
"Əziz qardaşımız, arzuların çin olsun!" - deyirik!..

Hörmətlə,
Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və ZiM.Az saytının
baş redaktoru.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: