Ad GÜNÜN - YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUMUZ HİKMƏT MƏLİKZADƏ!.. Digər » Təbriklər 11 Ocak Bir az öncə istedadlı qələm dostumuz, hamımızın yaxşı tanıdığımız şair-jurnalist və ən əsası, gözəl insan və dəyərli ziyalı Hikmət Məlikadənin Faceebook səhifəsində yazdığı bu sözləri oxudum:"Xətrini dünyalar qədər istədiyim üç insan məni ad günüm münasibətilə təbrik etmədi. Deməzdim, görmədilər, bilmədilər, nə baş verdi, açığı, bilmədim....Neynək, inşallah, mən onları təbrik edəcəyəm!"Cavab yazmaya bilməzdim... Yazdım da... Həmin yazdıqlarımı və eləcə də Hikmət qardaşımızın bir neçə şeirini bir daha ZiM.Az-ın oxucularına da təqdim etməkdən böyük məmnunluq duyuram:GÖZƏL İNSAN, ƏZİZİM HİKMƏT MƏLİKZADƏ!.. ƏGƏR SƏNİ KİMSƏ TƏBRİK ETMƏYİBSƏ, DÜŞÜNMƏ Kİ, BU SƏNİ SEVMƏMƏKDƏN, İSTƏMƏMƏKDƏN İRƏLİ GƏLİB... OLA BİLƏR Kİ, SADƏCƏ VAXT-İMKAN OLMAYIB!..AXI SƏN HAMIMIZIN SEVİMLİSİSƏN!... ONA GÖRƏ DƏ, SƏNİ TƏBRİK ETMƏYƏN BÜTÜN DOSTLAR ADINDAN - SƏNİ AD GÜNÜN - ELƏCƏ DƏ ANADAN OLMAĞININ 45 İLLİK YUBİLEN MÜNASİBƏTİLƏ BİR DAHA ÜRƏKDƏN VƏ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRƏM!.. SƏNƏ UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI, ŞƏXSİ HƏYATINDA VƏ YARADICILIQ İŞLƏRİNDƏ YENİ-YENİ UĞURLAR ARZULAYIRAM!...Böyük hörmət və ehtiramla,Müşfiq BORÇALI,ZiM.AzHikmət Məlikzadə (Hikmət Qəzənfər oğlu Məlikov) 6 yanvar 1972-ci ildə Şamaxı şəhərində doğulub. 1979-189-cu illərdə Şamaxı rayonunun Qaravəlli kənd orta məktəbində 10 illik tam orta təhsil alıb. 1990-1992-ci illərdə sovet ordu sıralarında - Komi Respublikasında həqiqi hərbi ximtəddə olub. Ordudan tərxis olunduqdan sonra müxtəlif mətbuu orqanlarda - "Ədəbiyyat qəzeti"ndə, "Tək səbir", "Zamanın hökmü" və s. qəzetlərdə, "Azərbaycan təbiəti" və "Kainat" elmi jurnallarında çalışıb; ədəbi işçi, məsul katib, şöbə müdiri, redaktor vəzifələrini icra edib. 6 yaşından şeir yazır. İlk şeirləri Şamaxıda dərc olunan "Yeni Şirvan, Şəkidə çıxan "Şəkinin səsi" və "İpəkçi" , paytaxt mətbuatı olan "Azərbaycan pioneri" jurnalında dərc olunub. Daha sonralar "Ədəbiyyat qəzeti"ndə, "Ədalət" və s. kimi qəzetlərdə, həmçinin "Azərbaycan", "Ulduz" və s. jurnallarda şeirləri işıq üzü görüb. 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 4 şeir, 16 elmi-publisistik kitabın müəllifi, bir neçə kitabın tərtibçisidir. Yaradıcılığı müxtəlif mükafatlarla qiymətləndirilib. 2012-ci ildə poetik uğurlarına görə Prezident təqaüdünə layiq görülüb. Ailəlidir, bir oğlu, bir qızı var.***Sevda yuxuları sığal götürmür,Sevda yolçuları nazçəkən olur.Sən eşqə bu qədər inanma, dəli,Tale qız vaxtında yazçəkən olur.Ruhumu lal edib tabut qorxusu...Beş kişi yığışıb gora aparır...Allah da adamı arada sıxır;Hardan gətiribsə, ora aparır...Ömür quyu kimi, can deşik-deşik...Bu bəxt də bəxtimə iri düşmədi.Mənə eşq dəlisi dedilər... ammaYüz qıza tor atdım, biri düşmədi...Quzum, məndən ötrü divanə olma,Kişinin ya qəbri, ya damı olar...Bircə, Allah qalıb əl qaldırası,Qorxuram, onun da adamı olar...***Qor, yanğıdı külüm çəkən...Xəyal imiş gülüm çəkən...Həya altda zülüm çəkənNaşı səninkidi, Allah!Yazbaşı cücər ki, dənim...Buxara çevrilir çənim....Bu uşağın gözü mənim,Qaşı səninkidi, Allah!İşıqla doluymuş camın...İşığı əridi şamın...Mənə daş atan adamınDaşı səninkidi, Allah!2006Bir nəfərəElə bil üçgünlük... divanə aysan,İşığa bulaşmır duvağın hələ...Mənim keçmədiyim qapılar çoxdur,Divarlar salmayıb suvağın hələ...Ürək açdıqların ürəksiz çıxır...Könül vermədiyin mətindi bəlkə?!Bəlkə də unuda bilərdim səni,Bəlkə də unutmaq çətindi... Bəlkə...Səni qaranlıqlar udur arada,Mənə həyat adlı dərs düşür çox vaxt.Bu gecə bəxtimə qurd uladı... Eh...Tale başmaq kimi tərs düşür çox vaxt.Fikir gəmisində söz qızardıram,Bu kökdə xəyala dalmaqmı olar?!Çətin ki, küsəsən, qəlbini alım,Sən küsmə, qəlbini almaqmı olar?!Sabah ömrümüzdə qar havası var,Silib-süpürəydik yalları gərək...Lal aşiq deməz ki, sevdası nədir...Gərək sevməyəsən lalları... Gərək...Axşam ağ görürəm dərdi...1990-cı ilin şeiriMən öldüm, Tanrım, sağ elə...Düzü yox, dağı dağ elə...Min kərə dedim, ağ elə,Zəhər qapqara-qapqara......O qız ya mələk, ya şərdi,Üz-gözü zibadı-zərdi...Axşam ağ görürəm dərdi,Səhər qapqara-qapqara.Eşq nədi - acı bir kəlmə,Sən Allah, gözümü dəlmə...Ruhumun ac vaxtı gəlmə,Şəhər qapqara-qapqara...Ruhum vəcdə gəlir lal sevda kimiRuhum vəcdə gəlir lal sevda kimi,Cismimin altında təpə oynayır.Sən elə süzürsən, elə bil ki, qız,Suların qoynunda ləpə oynayır.Kölgəmin tabutu elə cür durub,Elə bil torpağa düz xətt qoyublar.Sənə vermədiyim vədin altından,İmza əvəzinə yüz xətt qoyublar.Eşqdən kim yorulub, biz də yorulaq,Deyəsən, gün keçir, boynum üşüyür.Sanki xəzan vurmuş quru yarpaqdı,Qızlar bir-bir düşür, qoynum üşüyür.Hicranın saiti, samiti olmur Hicranın saiti, samiti olmur,Əllər cama dönür zikrin sonunda.Hərdən sualların küyünə düşüb,Yüz nöqtə qoyuram fikrin sonunda.Qaradı - kölgədi sevdiyim qadın,Ölür, ürəyimi dağlamaq üçün.O, mənə boylanır, mən yalqızlığa,Bəhanə gəzirik ağlamaq üçün.Mən mürgü vururam hər addımbaşı,Onunçün yanıma beşik qoymuram.Kimsə cırıb atıb yaş təqvimimi,O vaxtdan qapıma deşik qoymuram.Allah, sevmədiyin bəndə ac yolçu...Həsrət yalqızlığa bir qapı açmır...Torpaq neçə vaxtdı dənə təsəlli.Biz ayrı gəlmişik bu yer üzünə,Bəxt sənə gül verib, mənə təsəlli.Yollar ayrı-ayrı, cığırlar oxşar, Gəl, süzək hicranın oxları kimi... Biz heç oxşamadıq bir-birimizə,Biz nədən fərqliyik çoxları kimi?...İndi necə çəkək bu ağır yükü?Sən sevda dəlisi, mən də ac yolçu....Araba səsindən bezir daş-kəsək,Allah, sevmədiyin bəndə ac yolçu...Nədən hər Ay doğcaq…Sultanım, fərz elə bir dəstə gülsənBir yol qoxlamıram, sən də baxırsan.Nədən hər Ay doğcaq duvağa girib,Tək qoyub gəldiyin kəndə baxırsan?Kimdir tora salıb baxışlarını?Yoxsa sən salmısan dərdə kimisə?Mən kiməm eləysə? Sən kimsən onda?Susub gözləyirsən ərdə kimisə...Əcəb kama çatdıq bu xəstə ruhla,Kölgəmi üstünə yıxıb gedirəm.Çətin başa vuraq bu ömrü sənnən,Topla nəyim varsa, çıxıb gedirəm.Şeir sapand daşı deyil"Niyə az şeir yazırsan?" sualının müəllifinəRuhum sərt, baxışım nəm ki...Allah, bu daddığım qəm ki!Mən nanəcib deyiləm ki,Bir gün səndən doyum, atım.Çox cütlədim zərimi də...Tapda xeyir-şərimi də...Günah sarıb dərimi də,Bıçaq verin soyum, atım....Şeytan bicdi, naşı deyil.Gözü qoru, qaşı deyil...Şeir sapand daşı deyil.Gündə birin qoyum, atım.Beşik həvəsinə düşmə ...Torpaq da bir evdir. Sən ev-Esik həvəsinə düşmə.Söyüd bar vermir, əzizim,Beşik həvəsinə düşmə.Çörəyin urvatı da, bil,Torpaqdan dənə qədərdi.Dünya bəzən məndən sənə,Adəmdən mənə qədərdi.Xoş gün də əzab kimidi,Gah olur, gah da olmur ki.Hərə bir səmtə üz tutub,Hamı Allahda olmur ki...Ağıla möhtac dəlylyk,Vaxtdır, sən məni tanı, qız!"Vağzalı" havası gəlir,Duvağın düşüb, hanı, qız?...Eh, həyat da nağıldlr...Ruhum bəzən çay kimi,Coşur, lillənə bilmir.Arada da AllahdanQorxur, dillənə bilmir.Doğulandan quruyam,Dad görmədim mən nəmdə.Vallah, bir bəhanədi,Cənnət də, Cəhənnəm də.Hərdən sapanda baxıbDaş aldadır adamlar....Eh, həyat da nağıldlr,Baş aldadır adamlar.Külək suları qovurUşaq şeiriKülək suları qovur,Sudan ləpə yaranır.Ləpənin bolluğundan,Neçə təpə yaranır.Təpənin başı üstdə,Fırlanır qağayılar,Dəniz çalxanır, sankiKöç edir ağ ayılar...Paxıl adamlarSözə yük, qələmə sədd olmaqdı işiniz......Özgə düşüncələrə daxıl adamlar...Eh, paxıl adamlar...paxıl adamlar...Qalırsan? Ayıq ol, hicran su verir Əcəlin havası beş yüz manatdı,Dərd məni asmağa kəmər yollayıb…Əzrayıl sur çalmaq bacarmır, quzum,Fələk də bu yandan nəmər yollayıb.Biz indi neyləyək, sabah açılır?!Beş-on dar ağacı qurulub gendə.Bəlkə çıxıb gedək yad adamlartək?!Sular sevgi kimi durulub gendə.Qalırsan? Ayıq ol, hicran su verir,Sənə heç kim deməz ölümə sədd çək.Tanrı, bu əzab da turş dadır artıq,İçimi üşüdür, çölümə sədd çək.Alın yazısımı bu? Taleyin işinə bax,Hər dərd bir biçimdədi;Neçəsi başım altda,Neçəsi içimdədi.Alın yazısımı bu?Yoxsa ömür payıdır?!...Pəyənin qapısın aç,Sürü dağdan qayıdır...İtlər də yorğun düşüb,Qalmayıb ki, halları......Gəl, bir yerdə həll edək,Bu çətin misalları.Sən zülmün altından çəkil ki, sağ qallYetib boz buludun hamilə çağı,Bir az ürəkli ol, çaxsın, ağlasın…Dayan, sevmədiyin qızındı bu köç,Barı, bir əl salla, baxsın, ağlasın.Göyün mələkləri qız şəklindədir, Harda bir qız ölür, gur yağış yağır…Sən günah işlətdin bu yerə, göyə,Dur, gedək bu çöldən, dur, yağış yağır.Bu sevda dediyin od kimi şeydir, - İçi yeri yaxır, çölü adamı.Sən zülmün altından çəkil ki, sağ qal,Həyat avam sanır ölü adamı.***...Tək, ruhumdu yaşıdı...Bəlkə dürdü, qayədi;Bəlkə namaz daşıdı,Bəlkə də bir ayədi,Sənə yazdığım şeir?!Üstündədi qızlığı...Əzrayılın ahıdı...Adəmin yalqızlığı,Həvvanın günahıdıSənə yazdığım şeir.Demə, Hikmət naşısa...Bəlkə torpaqdı, gildi...Bir əlcə başdaşısa,Bir əlcə boz şəkildiSənə yazdığım şeir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.