Valeh MİRZƏ: BİR MƏLHƏMDİR- CAN DƏRMANI, HƏKİM, YAZ MƏNƏ O SƏSİ Digər » Təbriklər 6 Şubat (Ruhumun səs fatehi, gözəllik təcəssümü, dünya şöhrətli Zeynəb xanım Xanlarovanın ad gününə gecikən misralarım)O səhnəyə yaraşıqdır?!Səhnə ona yaraşıqdır?!Vallah, lap çaşıb qalmışam,Fikirlərim dolaşıqdır.Dinlədikcə o gur səsi,Düşürəm haldan-hala mən,Sanki göylərdə uçuram,Sığışmıram bir zala mən.Nalə qopur dil-dodaqdan,Tar ağladır, kaman yanır,Sanki bu, ansambl deyil,Bir tonqaldır... alovlanır.Yaranışdan muğamatınSızıltıdır canı, qanı,Bu səs bizə həyat verir,Xatırladır Yaradanı.Leyli, Əsli taleyiniYaşa görüm bir konsertdə-Leylidən də, Əslidən dəGüclü idi cəsarətdə.Haldan-hala düşürdü o,Çəkirdi nalə səhnədə,Bu güc, bu qüdrət, məhəbbətSığır necə bir sinədə?!Dilində vətən andı var,Odur onun şirin canı.Hara getdi, apardı o,Özüylə Azərbaycanı.Bir məlhəmdir-can dərmanı,Həkim, yaz mənə o səsi-Hər dərmandan təsirlidirOnun şaqraq zənguləsi.Bu gün də ovsun doludur,Bu səs Tanrı vergisidir.O, gözəllik təcəssümü,O, ruhumun sevgisidir.Valeh MİRZƏ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.