Omrünün 70-ci baharı

Omrünün 70-ci baharı Omrünün 70-ci baharı Ömrünün 70-ci baharını yaşayır Nəbi baba.
Bəli, biz ona nəvələrinin dili ilə müraciət edirik.
Bu onun üçün bir fəxrdir. Cünki babaliq zirvəsinə çatmaq hər bir insana nəsib olmur.
Ancaq Nəbi baba 70 ilə çox seyləri sığışdirib.
Arzu edirik ki, nətiçələri onu baba deyə səsləsinlər.


İnsan dünyaya gəldiyi bir gündən həyata çoxlu ümidlərlə arzularla baxır. Hər bir insan bu arzularını imkanı daxilində həyata keçirir.Nəbi baba da bu arzularının qanadında yüksəklikləri fəth etmiş, demək olar ki çox arzularını reallaşdirmışdır.Onun həyata keçirdiyi ən böyük arzusu :ailə qurmaq ,gözəl evladlar yetişdirmək, onların bəhrəsini görmək olmüşdu. Artıq 50- ildir ki onlar- Nəbi baba və Pəri nənə, öz həyat larının sirinli-acılı günlərini birlikdə dadır. Həyatın bütün çətinliklərinə birlikdə sinə gərirlər.İki oğul övladı böyüdüb yetişdirmiş ,altı nəvə sevinci və qayğısı ilə fərəhlənmişlər. Onları biri-birindən ayrı təsəvvür etmək olmaz. Çünki bu birlik illərin birliyidir. 50 ilin xatırələrlə dolu ailə həyatı onları biri–birinə qırılmaz tellərlə o qədər möhkəm ba ğlamışdir ki, gənc ailələrə bir həyat məktəbi kimi ornək ola bilər.Yeni ailə qurmuş gənclər Nəbi babadan ağsaqqal öyüdü, Pəri nənədən isə ağbircək nəsihəti alırlar.Atalar yaxşı deyib: -Allahsız yerdə otur, ancaq böyüksüz yerdə oturma.Evlərimizin ,oçaqlarımızın dini,bərəkəti ata və analarımızın uca tanrıya göndərdiyi alqışlarda və dualardadır.Valideynlərinə dəyər verən ,onu uca tutan ,hər zaman hörmətini saxlayan övladlara qarşı Rəbbimiz hər zaman mərhəmətlidir.

Allahımız göylərdən ata və analarımızı bir mələk kimi xəlq etmış ,onların boynuna böyük bir yük qoymüşdur.Dünyaya övladlar gətirib onları layiqli böyütmək və gözəl tərbiyə vermək. Bu vəzifənin öhdəsindən gələn insanlar allahın ən xoşbəxt bəndələridir. Aşa ğıda deyilən kəlamlar boşdan yaranmayıb: “Ata-anasına xeyri olmayanın, elə nə xeyri.“ “Ata-ana sözünə baxmayan xoş gün görməz.” Ata–ananın canı övlada bağlıdır.

Nəbi baba da bu cətin. ağır vəzifənin öhdəsindən şərəflə gəlmiş öz ömür–gün yoldaşı ilə gözəl övladlar yetışdirmışlər.Bu gün övladları onların illər lə verdiklərinin borcunu qaytarırlar. Elçin və Seymur Əhmədovlar elinin, xalqının qeyrətli oğulları,Nəbi kişinin layiqli davam çı larıdir. Məqaləmi təsadüfən 70-ilin baharı adlandirmadım, əziz oxucum. Təmtaraqla qeyd edilmiş, uzun müddət yaddaslardan silinməyəcək uzaq və yaxın qohumları birləşdirən, görüşdürən bir yubiley axşamından böyük təəssüratla qayıtdığım gündən bəri fürsət tapib düşüncələrimi ağ vərəqə yazıb sizinlə bölüşmək istədim. Axı biz insanlar bir birimizlə ən gözəl, ən yaddalan məqamları bölüşməliyik. Çünki bütün bu dəqiqələr, anlar bizim həyat lövhələrimizdir. Bunlar – xoş təəssüratlar, bizim ömrümüzü uzadır, xoş xatirələrə cevrilib keçmişlə gələcəyimiz arasında bir körpü yaradır. O körpü ki,insanlar arasında səmimiyyət, doğmaliq, mehribanliq dostluq kimi müqəddəs, qırılmaz telləri daha da möhkəmləndirir.

Yubiley axsamı Nəbi baba doğmalarını başına yığıb, gəncliyinin şirinli-acılı, hər anı ölüm qoxusu gələn amansız müharibənin vurduu yaraları xatırlamağa ,vərəqləməyə başladı. O,mərdlik ,cəsurluq dolu döyüş səhnələrini xatırladıqca həyəcanını gizlədə bilmir, sanki hər birimizin gözü önündə döyüşə atılırdı... Nəbi baba deyirdi:-Müharıbə heç vaxt insanlara xoşbəxtlik gətirə bilməzdi.Bu döyüşdə onlarla el oğullarımızı itirdik. Gədəbəy, Şəmkir, Gəncə və bir-birinin ardınca gələn digər rayon və şəhərlərimiz işğal olunmaq təhlükəsi ilə üz-üzə qalmışdi.Vətən torpa ğı uğrunda mübarızə əsgər və zabitlərdən əzm və rəşadət tələb edirdi. Məqsədimiz hədəfə çatmaq,düşmən silahlılarını məhv etmək idi. Ağır döyüş oldu.Döyüş yoldaşlarımızı itirdik Torpaqlarımızı mənfur düşmənlərdən təmizlədik. Mənə və bir çoxlarına döyüşlərdə göstərdiyimiz şücayətə görə polkovnik leytenant rütbəsi verildi... Döyüşdə qəhrəmancasına həlak olan yoldaşlarımıza isə Azərbaycanın Milli Qəhrəmanı adı verildi.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən inanıram ki, Ali Baş Komandanımızın əvəzolunmaz səyləri nətiçəsində tezliklə Milli ordumz işğal altında qalan torpaqlarımızı azad edəcəkdir... Mən ehtiyatda olsam da Ali Baş Komandanın əmrini gözləyirəm.Vətən torpağı uğrunda hər zaman ölümə getməyə hazıram.

Bəli, əziz oxucum,biz də oz növbəmizdə Nəbi babaya can sağlığı ,könül xoşluğu arzulayaq.Arzu edək ki, hər bir azərbaycanli ailəsində Nəbi kimi oğullar dünyaya göz açsın. Analarımız qəhrəmanlar yetişdirsin və o zaman vətənin hər qarış torpağı əbədi, toxunulmaz qalaraq gələcək nəsillərə öz qonunda yer versin.

Fəridə İBRAHİMOVA,
ZiM.Az-ın xüsusi müxbiri


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: