Doğum günün mübarək, Qəzənfər Həmidoğlu!.. Digər » Təbriklər 4 Aralık TƏBRİK EDİRİK!... Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tanınmış jurnalist Qəzənfər Bayramovun doğum günüdür. Bayramov Qəzənfər Həmid oğlu - 1961-ci il dekabrın 4-də də Quba şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1980-1985) fərqlənmə diplomu ilə bitirib.1985-ci ildən media sahəsində fəaliyyət göstərir, daxili və xarici siyasi məsələlər üzrə şərhlərlə çıxış edir.1990-1993-cü illərdə Kitabi-Dədə Qorqud ensiklopediyasında böyük redaktor;1993-1994-cü illərdə Prezident Aparatının Analitik ekspert xidmətində böyük məsləhətçi;1995-1998-ci illərdə Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində ekspert;1999-2019–cu illərdə “Ekspress” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.Media sahəsindəki fəaliyyətinə görə Qəzənfər Bayramov “Tərəqqi” medalı ilə təltif olunub və “Zərdabi” mükafatı laureatıdır.Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin əmrinə əsasən, Qəzənfər Bayramov 2019-cu ilin sentyabrından AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.Biz də hörmətli həmkarımız Qəzənfər Bayramovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.