Əməkdaşımız AJB-yə üzv qəbul olunub

TƏBRİK EDİRİK!..

Əməkdaşımız AJB-yə üzv qəbul olunub Dəyərli qələm dostumuz,
"Zirvə" İnformasiya Mərkəzinin,
"ZiM.Az" saytının, "Şərqin səsi" qəzetinin
və "Borçalı" nəşriyyatının Quba bölgəsi üzrə
xüsusi nümayəndəliyinin rəhbəri,
eyni zamanda,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Quba filialının əməkdaşı,
fəal ictimaiyyətçi,
YAP Quba Rayon Təşkilatının
Qadınlar Şurasının sədr müavini,
İnklüziv təhsil üzrə təlimçi,
"Abdulla Şaiq""Qızıl Qələm"
mükafatları laureatı,
çox hörmətli Nəhayət Məhəmməd qızı Şirinova
bu günlərdə AJB-yə -
Azərbaycan Jurnalistlər Birliyinə
üzv qəbul olunub.

Əməkdaşımız AJB-yə üzv qəbul olunubBu münasibətlə
bütün kollektivimiz adından
hörmətli Nəhayət xanımı
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
əmək və ictimai fəaliyyətində,
eləcə də, ədəbi-bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



Əməkdaşımız AJB-yə üzv qəbul olunub Qeyd edək ki,
Nəhayət Məhəmməd qızı Şirinova -

1981-ci il yanvarın 6-da
Quba rayonundakı Tülər kəndində
ziyalı ailəsində dünyaya göz açıb.
ADPU Quba filialının əməkdaşıdır.
Fəal ictimaiyyətçidir.
YAP Quba Rayon Təşkilatının
Qadınlar Şurasının sədr müavinidir.
İnklüziv təhsil üzrə təlimçidir.
Ailəlidir, 3 övladı var.
Nəhayət Məhəmməd qızı həm də poeziya vurğunudur.
Hələ orta məktəb illərindən şeirlər yazır.
Şeirləri və publisistik məqalələri müntəzəm olaraq
"ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında,
"Şərqin səsi", "Elm və təhsil", "Ziya" və s.
müxtəlif mətbuat orqanlarında,
"Buta", "Zirvə", "Vətən", "Canım Azərbaycanım",
"Sazlı-sözlü Borçalı", "Rəvan"
ədəbi məcmuələrində,
"Poeziya çələngi" və s. poeziya antologiyalarında dərc olunub.
"Abdulla Şaiq""Qızıl Qələm" mükafatları laureatıdır.
"XXI Əsrin Ziyalısı" Fəxri diplomuna layiq görülüb.
Bir neçə dəfə Fəxri Fərmanla təltif olunub.

Biz də Nəhayət xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza
təqdim edirik.


ZiM.Az


Əməkdaşımız AJB-yə üzv qəbul olunub Azərbaycan!

Adınla bağlıdır bütün zəfərlər,
Ey odlar diyarım, Azərbaycanım!
İgidlərin yolunda can verərlər,
Ey gözəl diyarım, Azərbaycanım!

Adın sanın bəllidir hər millətə,
Az yaşınla çatmışam bu ülfətə,
Örnək oldun sən minlərlə dövlətə,
Sən ey qalib yurdum, Azərbaycanım!

Ulu Heydər dühasından güc aldın,
Müstəqillik zirvəsinə güc aldın,
Zəfərinlə sən dünyaya səs saldın,
Qalibiyyət yurdu, Azərbaycanım!

Sərhədləri aşdı səsin, sorağın,
Qan tökməyə yoxdur sənin marağın,
İlham Əliyevdır Ali Baş Komandanın!
Qələbə müjdəli, Azərbaycanım!


Axtarıram mən

Əməkdaşımız AJB-yə üzv qəbul olunub Sənsiz keçən günüm, gün deyil ömrüm,
Sənli günlərimi axtarıram mən.
Sənə bir zamanlar dediyim ,gülüm,
Şirin sözlərimi axtarıram mən.

Mən oldum səninçün haqqa əl açan,
Sənin görüşünə quş təki uçan.
Tanrıya səninçün yüz yol əl açan,
Göydə əllərimi axtarıram mən.

Danış bir yalançı söylədiklərim,
Sənlə bir olmağdı yalnız istəyim.
Bil hər an sızlayır, fəqan ürəyim
Sənli illərimi axtarıram mən.

Sanki yox olubdur,o, günlərimiz,
Yetim tək boynunu bükdü sevgimiz,
Üst-üstə düşmədi istəklərimiz
O, nakam qisməti axtarıram mən.

Hara baxıramsa səni görürəm,
Sənin xəyalınla qala görürəm,
Qalada şahzadə səni görürəm,
İtkin xəyalları axtarıram mən.

Əlimi tutmağa əl tapmıyanda,
Qəlbimi odlayan dil tapmıyanda,
Heç kəsin yanında yer tapmıyanda,
Heyy səni gəzirəm, axtarıram mən!
Hey səni gəzirəm, axtarıram mən!


Əməkdaşımız AJB-yə üzv qəbul olunub Ürəyimi açıram

Sirli ürəyimi sənə açıram,
Qəlbimin niskili boşalsın deyə.
Riyadan, yalandan uzaqlaşıram
Qorxuram gün gələr başımı əyər.

Gözümün gülüşü aldadır səni,
Mən kədər yeyirəm çörək yerinə.
Özüm də bilmirəm necə dözürəm,
Sinəmdə daş vurur, ürək yerinə.

Gah dönür həyatım zülmət gecəyə,
Ömür yollarında gah sökülür dan.
Soyuğ ocağımı isitsin deyə
Bir çırağ görünür sanki uzaqdan.

Elə bil həyatım nağıl kimidir,
Bax hər kəs dinləyir mənim dilimdən,
Ay dostlar, bəlkə siz deyəsiz bilim
Mən hara üz tutum fikrin əlindən?

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: