YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

Tanınmış alim, şair, publisist, sosioloq,
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycanın Jurnalistlər Birliyinin üzvü,
"Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafatın laueratı,
iqtisad elmləri namizədi (1978),
"Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı,
çox hörmətli Əhməd Qəşəmoğlunun
75 yaşı tamam olur.


Əhməd Qəşəm oğlu Məmmədov - 1950-ci il fevralın 15-də Naxçıvan MR-nin Babək rayonunun Vayxır kəndində anadan olmuşdur.
1972-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlamışdır.
1974-cü ildən 1978-ci ilə qədər Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəl təkmilləşmə kursu keçmiş, sonra əyani aspiranturanı bitirmişdir. 1974-cü il-də Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış etmişdir. İqtisad elmləri namizədidir.
UNESCO-nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. SSRİ Sosioloqlar Assosiasiyasının İdarə Heyətinin üzvü olmuşdur.
Ədəbi yaradıcılıqla geniş şəkildə məşğul olur. 1977-ci ildən Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində onun şerləri müntəzəm olaraq Respublika Mətbuatında çap olunmağa başlamışdır.
"Vurğun külək" adlı ilk şeirlər kitabı 1981-ci ildə "Gənclik" nəşriyyatında çap olunmuşdur.
Ə.Qəşəmoğlu 1980-ci ildə Tuva MSSRin paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nda laureat olmuşdur. Buna görə də onun "Vlyublennıy veter" kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunmuşdur. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
O, eyni zamanda, ardcıl olaraq publisistika ilə də məşğul olur.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın Jurnalistlər Birliyinin üzvüdür.
Şeir və publisistik yazıları 10-dan artıq xarici ölkələrdə müxtəlif dillərdə çap olunmuşdur.
"Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafatın laueratıdır.

Əhməd Qəşəmoğlu SSRİ-də riyaziyyatın sosiologiyaya tədbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən biridir. 1974-cü ildən başlayaraq Azərbaycanda emprik sosiologiyanın əsasını qoymuşdur. 1980-ci ildə Azərbaycan Komsomolu MK-da, 1987-ci ildə Azərbaycan SSR EA-da, 1992–ci ildə Qərb Universitetində sosiologiya sahəsində ciddi Elmi Mərkəzlər yaratmışdır. 1990-cı ildə Azərbaycanda ilk müstəqil "Sosioloji Araşdırmalar Mərkəzi" yaratmışdır. Rəhbərlik etdiyi "El-oba" Sosioloji Araşdırmalar Mərkəzi 1994-cü ilə qədər respublikada olduqca ciddi fəaliyyət göstərmişdir. 1992-ci ilin oktyabrında Azərbaycan Respublikası Parlamenti yanında "Humanitar tədqiqatlar və Proqnozaşdırma Mərkəzi"nin rəhbəri seçilmişdir. Mərkəz 1997-ci ildə ləğv edilmişdir.
ABŞ-da, İrlandiyada, İsveçdə, Misirdə, Türkiyədə və s. ölkələrdə keçirilən 10-dan artıq beynəlxalq toplantıların iştirakçısı olmuşdur.
350-yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik etmişdir. 20-yə qədər fəaliyyət proqramının yaradıcısıdır.
300-ə qədər elmi, publisistik məqalənin, 5 şeir, 5 elmi kitabın müəllifidir.
Əhməd Qəşəmoğlu "Azərbaycan-Hollandiya dostluq cəmiyyəti"nin, "Tərəqqi və Demokratiya" ictimai birliyinin rəhbəridir.
27 mart 2024-cü ildə "Aşıq Ələsgər-200" yubiley medalı ilə təltif olunmuşdur.

Biz də Redaksiya Heyətimiz adından tanınmış alim, şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın Jurnalistlər Birliyinin üzvü, "Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafatın laueratı, iqtisad elmləri namizədi (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, çox hörmətli Əhməd Qəşəmoğlunu anadan olmasının 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir. Ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Nadir Məmmədlinin 65 yaşı tamam olur

Professor Nadir Məmmədlinin 65 yaşı tamam olur

Humanitar elmlər, "XXI əsrin Ziyalıları", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

"Zirvə", Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Salidə Şərifova

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

TDPİ-nin Azərbaycan bölməsi, Humanitar elmlər, Təbriklər
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
Rəy yazın: