AY BALACA SƏMƏDİM..

AY BALACA SƏMƏDİM..(Nəvəm Səmədə həsr edirəm)

Üzündə olsun hörmət,
Ayağında bərəkət,
Sən canıma dəyanət,
Qalmışdım yurda həsrət
Sən oldun mənim kəndim,
A balaca Səmədim.

Canım da sənə qurban,
Ay yaraşıqlı dünyam.
Əgər olmasan bir an,
Tapılmaz mənə dərman,
Ürəyimdə bağ-bəndim,
A balaca Səmədim.

Axı, mənim atamsan,
Əlimdəki butamsan.
Elə varlı dünyamsan,
Varlığımla bir coş sən,
Noğul, şəkərim, qəndim,
A balaca Səmədim.

Yoluna güllər sərəm,
Sənsən şəcərəm, pöhrəm,
Səni mərd kişi görəm,
Şükür Allah deyərəm,
Buna deyərəm fəndim,
A balaca Səməndim.


AY BALACA SƏMƏDİM.. YANVARın 22-də
NƏVƏM MİRSƏMƏDİN
İKİ YAŞI TAMAM OLUR.
ONU BABALARI, NƏNƏLƏRİ,
BİBİLƏRİ, XALALARI VƏ
DAYILARI SƏMİMİ QƏLBDƏN
TƏBRİK EDİRLƏR.
BÖYÜK KİŞİ OLSUN!..

İMAM CƏMİLLİ.

REDAKSİYADAN:
Biz - Zim.Az - ın
yaradıcı heyəti də
əziz qələm dostumuz,
tanınmış şair
İMAM CƏMİLLİnin
bu səmimi təbikinə qoşulur,
Səməd balamıza
uzun ömür,
möhkəm cansağlığı,
firavan həyat,
sülh-əminəmanlıq,
bir sözlə, xoşbəxt və
parlaq gələcək arzulayırıq!..

Müşfiq BORÇALI.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: