"Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb…

"Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… XX əsrin ən dəhşətli
soyqım hadisəsi olan
Xocalı qətliamının
törədilməsinin 25 illiyi
böyük kədər və hüznlə
ölkəmizdə və eləcə də
respublikamızdan kənarda qeyd edilib.

2017-ci il fevralın 26-da
Bakı şəhərinin
Yasamal rayonundakı
"Filiz-Palace" Sarayında
"Qafqaz-Media"
İctimai Birliyi və "Borçalı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" (Just for Khojaly) kompaniyasının davamı olaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.


Tədbiri giriş sözü ilə
"Qafqaz-Media" İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı açıb. O, qeyd edib ki, Xocalı faciısi 25 il əvvəl Xankəndi şəhərindəki 366-cı motaatıcı alayın hərbiçilərin köməkliyi ilə erməni quldurları tərəfindən törədilib. O, bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı ən böyük cinayətdir.
Azadə xanım həmçinin onu da vurğulayıb ki, ermənilərin həyata keçirdiyi qanlı cinayət nəticəsində uşaqlar, qadınlar, qocalar qətlə yetirilib, yaralanıb, əsir düşüb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən tədbirdə ölkəmizin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak edib.

Anım mərasimində çıxış edən "Borçalı" İctimai Birliyinin sədri, tarixçi alim Kərəm Məmmədli Xocalı soyqırımı haqqında danışıb və bildirib ki, biz tarixdən ibrət dərsi götürməliyik. K.Məmmədli vurğulayıb ki, qisas qiyamətə qalmayacaq. O, ədalətin zəfər çalacağına inandığını deyib.

Tədbir iştirakçılarına "Xocalıya ədalət!” sənədli filmi təqdim edilib.
Filmin rejissoru
Elgün Seyidzadə,
ideya müəllifi isə o illərdə Xocalının prokuroru olmuş
Atakişi Atakişiyevdir.
Xocalı həqiqətlərinin dünyaya yayılmasına töhfə olan filmdə şahidlər, ziyalılar çıxış edib.

Gənc müğənni Kamran Dəniz sözləri Azadə Taleh Abbasqızına məxsus olan və bəstəkar Aybənizin musiqi yazdığı "Xocalı” əsərini ifa edib.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Eldost Bayram, tanınmış ziyalı, Əməkdar jurnalist İlyas Adgözəlli, istefada olan pokovnik Ucayət Əliyev, Respublika Qadınlar Cəmiyyətinin sadr müavini Vəfa Abbasova, Aşıq Aidə Gülzar, şairələrdən Cığatel İsaqızı, Səadət Novruzqızı, habelə Xocalı İcra Hakimiyyətinin nümayəndəsi, Xocalı sakinləri, o cümlədən, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı Mehriban Əliyeva və b. çıxış ediblər.

Tədbirdə ZiM.Az-ın Baş redaktoru, "Borçalı" İctimai Birliyinin sədr müavini Müşfiq Borçalı da iştirak edib və o, eləcə də
ZiM.Az-ın redaktor müavini
Sona Abbasəliqızı
tədbirə göstərdikəri informasiya dəstəyinə görə "Qafqaz-Media" İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı tərəfindən
Fəxri FərmanTəşəkkürnamə ilə
təltif olunublar.

Gecədə Xocalı şəhidlərinin ruhuna ehsan da verilib…

Aytac MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: