Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021) Digər » Unutsaq, unudularıq!.. 9 Eylül ELÇİNİN...Əziz qohumum Elçin Rəşid oğlu Səfərzadənin əziz xatirəsinəİnsanları ürəklərdə yaşadan,Təmiz ürək, düz əməldi, pak addı.Ta qədimdən, təsdiqlənib hamısıİgıd ölsə, ellər yas saxlayardı.Günah gəzmə, zəmanədə, gərdişdə,Təmiz saxla, öz adını hər işdə.İgıdləri qalib edər, döyüşdə...Ad qazandı, adı qaldı ELÇİNİN...Təltif geciksə də, geci-tezi varVətən torpağında, itməz izi var.Neçə könüllərdə adı, sözü varİgïd, cəsarətli, məğrur ELÇİNİN...Bəhruz, dost tanışın, çoxdu dünyada,Dərdinə həmdəmin, yoxdu dünyada,Nə yaxşı, danışan çoxdu dünyada,Hər sözündən, söhbətindən ELÇİNİN !...* * *İnsan bu dünyaya gələndən bəri,Olub hər obanın igidi, əri,Dar gündə ellərə məsləhət yeri,Arxadır köməkdir, yaxşı kişilər!..Həmin yaxşı kişilərdən biri də haqqında söz açdığımız Elçinin babası - Qədim Zəngəzur mahalının tanınmış ağsaqqallarından olan Ismixan Lətif oğlu Səfərzadə olmuşdur. Mehriban baba da övladlarının, nəvələrinin hər bir uğuruna sevinər və fəxr edərdi. Elçin ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Rəşid müəllim DIN-nin müxtəlif Şöbə və idarələrində müxtəlif rəhbər vəzifələrdə işləmiş, DIN-nin rəhbərlərinin etimadını qazanmış, fədakar əməyilə tələbkar, idarəedici polis polkovniki kimi kollektivin dərin hörmətini qazanmışdır.Elçin də qarşısına atasının yolunu davam etdirmək, peşəkar polis olmaq məqsədi qoyaraq xaricdə təhsil aldıqdan sonra polis zabiti kimi fəaliyyətə başlamışdı.Atasının etimadını doğrultmaq üçün və el-oba arasında olan hörmətini qorumaq üçün çalışırdı. DİN-nin müxtəlif şöbə və bölmələrində işlərdiyi vaxtlarda, xidmətdə fərqləndiyinə görə irəli vəzifələrə təyinat alırdı.Nəhayət ki, 27 iyul 2021-ci il də cinayətkar qrupun zərərsizləşdirilməsi zaman, xidməti vəzifəsini yerinə yetirərkən, şərəfli polislərimizdən 4 nəfər qumbaranın cani tərəfindən partladılması nəticəsində yaralanmışdır. Onlardan biri Elçin Səfərzadə olmuşdur.Bir neçə gün DIN-nin Hospitalında müalicə olsa da, 05 avqust 2021-ci il də qəfıl dünyasını dəyişdı.Yaralı olan vaxt heç bir hadisə baş verməmiş kimi Rəşid müəllimi, əmisi İlqar müəllimi narahat olmamağı, gedin evə heç nə yoxdur kimi ifadələrilə əmin edirmiş. Ağrılara sinə gərən Elçin əsl vətənpərvər kimi tərbiyyə almış, Polis andına, Dövlətçiliyə sadiq olduğunu bir daha əməllərilə gələcək nəsilə ərmağan etmişdir... Respublika Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilmişdi ki, İyunun 27-də narkotiklərin qanunsuz dövriyyəsinə görə axtarışda olan, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş 1982-ci il təvəllüdlü Müseyib Ələsgərov polislərin onun idarə etdiyi avtomaşını saxlaması üçün keçirdiyi əməliyyat zamanı Bakının Yasamal rayonu ərazisindəki "Maşın bazarı"nda polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərək üzərində olan qumbaranı partlatması nəticəsində özü öldürmüş və 4 nəfər polis əməkdaşı xəsarət almışdır. Axtarış zamanı həmin avtomobildən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülmüşdür.Həmin 4 nəfər polis əməkdaşından biri - hadisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxlu sayda qəlpə xəsarəti almış Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərzadə 5 avqust 2021-ci ildə həkimlərin tibbi müdaxilələrinə baxmayaraq həyatını itirmişdir.Amansız, vaxtsız ölüm onu aramızdan apardı...Atası Rəşid müəllimin və Anası Cəmilə xanımın ümidləri heç oldu, arzularının qanadları qırıldı...Biz də Polis kapitanın Elçin Rəşid oğlu Səfərzadənin faciəli şəkildə vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə, doğmalarına və bütün yaxınlarına dərin hüznlə bir daha başsağlığı veririk.Allahdan Elçinə Rəhmət diləyirik. Məkanı Cənnət olsun!..Dərin hörmətlə,Bəhruz Bağman oğlu PİRİYEVZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.