Həsənqala kəndində Şəhidlər bulağınin açılışı olub

Həsənqala kəndində Şəhidlər bulağınin açılışı olub Həsənqala kəndində Şəhidlər bulağınin açılışı olub Həsənqala kəndində Şəhidlər bulağınin açılışı olub Bu fotolar çox təsirlidir... Şəhid atasının bulaq üzərindəki şəklinə geri çevrilib baxan övladı, bulaq üzərinə gül düzən şəhid atası, anası, həyat yoldaşının bulağından su içən qara örpəkli bacımız.

Bu gün Həsənqala kəndində birinci Qarabağ döyüşlərində şəhid olmuş Vüqar Hacıyev, Firdovsi İsmayılov, Ağamməd Şixməmmədov və sonuncu Vətən müharibəsində Xalqımızın qüruruna çevrilmiş Orxan İsmayılovun adına ərsəyə gələn bulağın açılışı oldu.


Bu bulağın ərsəyə gəlməsində köməklik göstərən hər bir kəsə, xüsusilə xaricdə yaşayan həmkəndçilərimə təşəkkür edirəm.Bu bulaqdan su içdikdə hər birimiz əsl vətənpərvər olmağı, Vətəni sevməyi, düşmənə nifrəti, yurda bağlılığı düşünəcəyik.Bu işi görməklə şəhidləri xatırlamaq, onların ailələri, övladları qarşısında az da olsa mənəvi borcumuzu yerinə yetirdiyimizi hiss etdik.

Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Vətən sağ olsun!

Babacan ZƏKİYEV,
Qusar rayonundakı
Sərvər Abdulkərimov adına
Balaqusar kənd tam orta məktəbin
direktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: