Son nəfəsində atasına “MƏN ÖLÜMSÜZƏM” deyən Şəhid Ruhid İslamlının HƏYAT YOLU

Son nəfəsində atasına  “MƏN ÖLÜMSÜZƏM” deyən  Şəhid Ruhid İslamlının  HƏYAT YOLU Unutsaq,
unudularıq!


27 Sentyabr -
Azərbaycanda
Anım Günüdür.


Bəli, sentyabrın 27-si
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Bu gün Vətən Müharibəsinin şəhidi
Ruhid Uğur oğlu İslamlı da
ehtiramla anılır.


Gənc psixoloq Ruhid İslamlı
1999-cu il aprelin 1-də Lerik rayonunun Çeşman kəndində anadan olub. 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb.
Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib.
Ruhid hələ məktəb dövründə ikən öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilib.
2016-cı ildə Naxçıvan MR-nın Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil almağa başlayıb və 2-ci kursdan universitetdə YAP Gənclər təşkilatının sədri kimi fəaliyyətə başlayıb. Gənclər birliyinə sədrlik edib. Azərbaycan Maarifçilər Assossiysiyasının üzvü olub.
2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilib.

Son nəfəsində atasına  “MƏN ÖLÜMSÜZƏM” deyən  Şəhid Ruhid İslamlının  HƏYAT YOLU 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin məzunu kimi ali təhsilini başa vurandan sonra xidməti borcunu ödəmək üçün hərbi xidmətə yollanıb.

Ruhid İslamlı 2020-ci il oktyabrın 6-da Ağdərə-Tərtər istiqamətində (Çənlibel postunda) gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Suraxanı rayonu Dədə Qorqud qəsəbəsindəki şəhidlər Xiyabanında dəfn edilib.

Silahlı Qüvvələrin hərbi qulluqçusu Ruhid Uğur oğlu İslamlı ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı", "Cəsur döyüşcü" medalları ilə təltif edilib.

Şəhidimizin atası Uğur İslamlı əməkdaşımızla söhbət zamanı deyib ki, “oğlum çox sərbəst və rahat uşaq idi. Yaşına görə çox istedadlı, aktiv və həddindən artıq məlumatlı idi. İstər məktəb, istərsə də universitet illərində iştirak etdiyi tədbirlərdə milli ruhlu şeirləri, vətənpərvərlik mövzusundakı çıxışları ilə yadda qalıb. O, ixtisasca psixoloq idi. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi.

Son nəfəsində atasına  “MƏN ÖLÜMSÜZƏM” deyən  Şəhid Ruhid İslamlının  HƏYAT YOLU Hazırda oğlumun məzarə başındayam. Yad etməyə gəlmişik. Qədə Qorqud qəbirstanlığındakı Şəhidlər Xiyabanında 22 şəhid uyuyur. Bu gün bütün şəhid ailələri üçün ağır gündür. Yaramız təzələndi, sanki o stressli günləri yenidən vərəqlədik. Hər birinin məzarənı ziyarət edib, ruhuna dualar oxuyuruq. Oğlumla son danışığım və mənə dediyi o ifadəni unuda bilmirəm. 2020-ci il oktyabrın 6-da axsam saat 20:00-da ölümündən yarım saat əvvəl danışdıq. “Ata yağış yağır, amma torpaqlarımızın azadlığı uğrunda vuruşuruq. Özündən muğayat ol, qismətimiz nədirsə o da olacaq, mən ölümsüzəm!” - dedi.


Bəli, Ruhid İslamlı necə də gözəl deyib:
"MƏN ÖLÜMSÜZƏM!.."
Həqiqətən də, Şəhidlər ölmürlər!..
Onlar həqiqətən də Olümsüzdürlər!..
Ölümsüzlikləri ilə Sonsuz Əbədiyyət qazanırlar!..


Firəngiz İBADOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: