Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib Avropa, Diaspora 22 Aralık Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyəti və regional təşkilat rəhbərlərinin toplantısı keçirilib.Tədbirdə Konqresin gələcək fəaliyyət proqramı müzakirə edilib, yeni inkişaf strategiyası, müasir tələblər nəzərə alınmaqla nizamnamədə edilən bir sıra dəyişikliklər açıqlanıb. Diasporla İş üzrə Dövət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Esmira xanım Xəlilova ZiM.Az-a bildirib ki, Görüşdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanın dövlət strategiyasında milli diasporumuzun inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib. O, Azərbaycan həqiqətlərinin, xüsusilə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun üzərinə düşən tarixi missiyadan bəhs edib. Ukraynada fəaliyyət göstərən Azərbaycan icmalarını birlik və həmrəyliyə çağıran Azər Xudiyev Azərbaycanın milli dövlətçilik məfkurəsi istiqamətində fəaliyyət göstərən hər bir soydaşımıza səfirlik tərəfindən dəstək göstəriləcəyini vurğulayıb. Çıxışının sonunda səfir Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib.Sonra Konqresin yeni nizamnaməsi ilə bağlı müzakirələr aparılıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun qurulması üçün yeni inkişaf proqramının hazırlandığını bildirib. Rövşən Tağıyev Ukraynanın 24 vilayətində fəaliyyət göstərən BUAK-ın regional təşkilatlarının vahid mərkəzdən idarə olunması, gələcəkdə Ukraynanın seçkili orqanlarına, dövlət və hökumət strukturlarına inteqrasiya mexanizminin tətbiq olunması üçün Konqresin nəzdində nüfuzlu şəxslərdən, elm və iş adamlarından ibarət parlamentin yaradılması məqsədilə qurumun nizamnaməsində dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. O, bilidirib ki, nizamnaməyə əsasən, Konqresin parlamenti ildə ən azı iki dəfə toplaşaraq milli diasporun qarşısında duran məsələləri müzakirə edəcək. Ukrayna üzrə parlamentin hər vilayətdən bir nəfər olmaqla 30 nəfər üzvü seçiləcək.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.