Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır Dünya » Diaspora 26 Mayıs 2017-ci il mayın 22-dən 27-dək Fransa və İsveçrədə həmyerlimiz Adilə Əliyeva adına pianoçuların 11-ci beynəlxalq festivalı keçiriləcək. DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ESMİRA XANIM XƏLİLOVA ZİM.AZ - a bildirib Fransada yaşayan soydaşımız Adilə Əliyeva adına nüfuzlu beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi ənənə halını alıb və Avropanın, həmçinin ABŞ-ın musiqi ictimaiyyətinin böyük marağına səbəb olub.İndiyədək bu müsabiqənin qalibləri Doyçe qramofon, Soni, Fransa radiosu, Nqyu-York filarmoniyasının orkestri, Karneqi holl və digər bu kimi nüfuzlu yerlərdən, İngiltərə, Almaniya və Avstriyadan dəvətlər alıb, Parisdə ödənişsiz təhsil almaq imkanı qazanıb və yaxşı təaqüdlə təmin olunublar.Hər il daha uğurla keçən müsabiqə Avropa, xüsusilə də Fransa mediasında geniş işıqlandırır. Müsabiqənin yüksək səviyyədə keçirildiyini qeyd edən fransız mətbuatı yazır ki, ifaçı və pedaqoq Adilə Əliyevanın şəxsən iştirakı bu festivalın Fransa və beynəlxalq musiqi aləmində tanınmasına gətirib çıxarıb. Amerikada nəşr olunan "American record guide" jurnalının baş redaktoru isə öz məqaləsində yazır: ”...Adilə Əliyeva adına pianoçuların 10-cu beynəlxalq müsabiqəsi indiyə qədər gördüyüm ən səviyyəli festivallardan biridir”. Artıq 21 ildir Fransada keçirilən müsabiqə öz imkanları çərçivəsində, Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır, onları tanıdır və gənc musiqiçiləri musiqi təhsilini inkaş etdirməyə şərait yaradır.Qeyd edək ki, Adilə Əliyeva adına 10-cu beynəlxalq müsabiqəsi bu ilin martında Fransanın Annemas şəhərində keçirilib. Azərbaycanın əməkdar artisti A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq disk buraxıb.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.