Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib Latviya Prezidenti Raymonds Veyonis bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib. Görüşdə Mərkəzin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanısının direktoru İsmail Seragəldin və Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Raymonds Veyonisə çatdırıb. Prezident R.Veyonis öz növbəsində Azərbaycan dövlətinin başçısına minnətdarlığını çatdırmağı xahiş edib.

Daha sonra nümayəndə heyətinin üzvləri Latviya Prezidentinə Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi, elmi platformaya çevrildiyi vurğulanıb. V Qlobal Bakı Forumuna hazırlıqla bağlı müəyyən məsələlər – dəvət olunan qonaqlar, mövzular, həmçinin yeni layihələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə edilib. Prezident Raymonds Veyonis 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub. Latviya Prezidenti mərkəzin fəaliyyəti barədə məlumatların böyük maraq doğurduğunu vurğulayıb.

Görüşdə Latviyadakı Azərbaycan diasporuna göstərilən diqqət, qayğı və dəstəyə görə Latviya Prezidentinə və hökumətinə minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərinin Riqaya səfəri davam edir. Bundan öncə nümayəndə heyətinin Latviya Seymində ölkənin sabiq Baş naziri, Seymin deputatı Laymdota Strauyuma ilə görüşü keçirilmişdi. Səfər çərçivəsində İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin Latviya Universitetində Nizami Gəncəvinin yaradıcılığına dair muhazirəsi də planlaşdırılıb.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: