Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib

Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib Monteneqro Respublikasının Prezidenti Milo Cukanoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.

Qəbul zamanı Prezident M.Cukanoviçə mərkəzin fəaliyyəti, ötən dövr ərzində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
VI Qlobal Bakı Forumunun yekunları, forumda müzakirə olunan məsələlər, dünyada sülhün, təhlükəsizliyin təmin olunması, müxtəlif regionlarda davam edən münaqiəşələrin həlli yolları ilə bağlı irəli sürülən ideya və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

ZiM.Az xəbər verir ki, Monteneqro Prezidenti M.Cukanoviç VI Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həyata keçirdiyi layihələrin mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi, dünyada sabitliyin bərqərar edilməsi kimi vacib məqsədlərə xidmət etdiyini bildirib.

Monteneqro prezidentinə VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə də məlumat verilib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Monteneqroda fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Prezident M.Cukanoviçin himayəsində mərkəzin təşkilatçılığı ilə Monteneqroda birgə tədbirin keçirilməsi təşəbbüsü müzakirə olunub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Monteneqronun sabiq Prezidenti, Mərkəzin üzvü Filip Vuyanoviçlə də görüşüb. Görüşdə mərkəzin fəaliyyəti və perspektiv planları müzakirə edilib.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: