Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib Bu gün Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayında təşkilatın rəhbər orqanlarına seçkilər keçirilib.

Səsvermə nəticəsində tanınmış ictimai xadim,
tibb elmləri namizədi,
professor Fazil Qurbanov
qurumun yeni prezidenti olub.


Diasporla İş üzrə Dövət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri
Esmira xanım Xəlilova
ZiM.Az
-a bildirib ki,
Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib.
Rəyasət Heyətinə 40,
Mərkəzi Şuraya isə
160 nəfər daxildir.
On nəfər isə qurumun
vitse-prezidenti seçilib.
Bunlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyevİsgəndər Xəlilovdur.

Qurultayda Ümumrusiya Azərbaycan Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub.

Bununla da Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı işini yekunlaşdırıb.

Qeyd edək ki, qurultayın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu,
digər rəsmi şəxslər və
Rusiyanın 78 bölgəsindən
200-dən artıq təmsilçi
iştirak edib.

Biz də ZiM.Az-ın
Yaradıcı Heyəti adından
Ümumrusiya Azərbaycan Konqresinin yeni rəhbərliyini ürəkdən təbrik edir və onlara Azərbaycan-Rusiya dostluq əlaqələrinin daha da inkişafı sahəsində səmərəli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: