Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb Moskvanın Erməni Gəncləri Assosiasiyası,
Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin
birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı"na
həsr olunan fləşmob formatında keçiriləcək
aksiya barədə sosial şəbəkələrdə məlumat yayıb
və gəncləri həmin aksiyaya qoşulmağa dəvət ediblər.


Aksiyanın Moskvadakı Erməni Apostol Kilsəsi ərazisində keçirilməsi planlaşdırılıb və bununla bağlı Moskva hökumətindən razılığın alındığı qeyd olunub.


ZiM.Az Olaylar.az-a istinadən bildirir ki,
Aksiyanın reklam bukletində Qarabağ və
Naxçıvan Ermənistan əraziləri kimi göstərilib.

Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon,
Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları
və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı
altında təqdim edilib.

Aksiya barədə məlumat əldə edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyi, "Moskvanın Azərbaycan İcması" ictimai təşkilatı, Perm Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti, Orenburq Azərbaycanlılarının Milli Konqresi və
digər Azərbaycan diaspor təşkilatları
Rusiya Federasiyası Prezidentinin Administrasiyasına, Daxili İşlər Nazirliyinin
Moskva şəhəri üzrə baş idarəsinə və digər güc strukturlarına
sözügedən təxribatla bağlı müraciət ünvanlayıblar.

Müraciətdən sonra aksiyanın keçiriləcəyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Erməni diasporuna fləşmob keçirmək üçün icazə verilməyib.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: