HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ Rusiya, Diaspora, Köşə yazılar 22 Nisan Bu günkü növbəti onlayın müsahibimiz həkim-şairə Solmaz xanım Qəribeldir.Solmaz Qəribel (Solmaz Həsənova) 25 yanvar 1973-cü ildə Ağdərə rayonunun Kərəmli kəndində anadan olmuşdur. 1997-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirmişdir. Uzun müddətdir ki, Rusiyanın Həştərxan vilayətində yaşayır və orada 1 saylı Uşaq Poliklinikasında həkim-pediatr-nevroloq işləyir."Məni məndən alan dünya", "Qərib küləklər" adlı 2 kitab müəllifidir. Şeirləri "Həkimlərin söz dünyası" və "Zirvə" poeziya antologiyalarında və dövrü mətbuatda dərc olunmuşdur.- Solmaz xanım, pandemiya və karantin günlərində gününüzü necə keçirirsiz?- Demək olar ki, pandemiya mənim işimi bir az da artırıb. Mən hər gün işə gedirəm. Bununla bağlı evdə uşaqlar darıxır. Məcburam onlarla da dil tapım.- COVİD-19 virusu və mənəviyyatdakı virus. Hansı daha təhlükəli hesab edirsiz?- Bilirsiz, hər zaman viruslar olub və olacaq. Bu da keçəcək. Mənə elə gəlir ki, mənəviyyatdakı virus daha qorxuludur. Virus bir millətin sonuna çıxa bilməz, amma mənəviyyatsızlıq məhv edər.- Həkim olmaqla yanaşı, həm də şairəsiz. İndiki dövrdə ağır həkim həyatı sizin yaradıcılıqla məşğul olmağınıza maneçilik törətmir?-Bilirsiz, mən heç zaman özümə şair deməmişəm. Sadəcə bəzən şeirlərim vasitəsilə özümlə danışıram.Bu mənim işimə elə bir zərər gətirmir.- Yaradıcılığınız daha çox sevgi notları üzərində qurulub. İstərdim bir daha bundan danışaq.- Mən deməzdim ki, sevgi notları üzərində qurulub. Bəlkə də, vəfasız sevgi üzərində qurulub desək, daha düzgün olardı. Bilmirəm, bəlkə də, mənim bu həyatda istədiyim sevgi qarşıma çıxmayıb, o üzdən.- Hər qələm adamının özünə müəllim saydığı bir ədib olur. Sizdə kimdir?- Çox təəssüf ki, mənim bu sahədə müəllimim olmayıb. Amma bir çox sevdiyim qələm əhli var.- Pandemiyadan sonra yaradıcılıqla bağlı planlarınız?- Pandemiyadan, inşallah, sağ-salamat çıxaq. Dünyamız salamat olsun. İlk öncə kitabımın təqdimatını edəcəm.-Solmaz xanım, bir daha təklimizi qəbul edib, Zim.Az saytına onlayn müsahibə verdiyiniz üçün təşəkkür edir və sizə yeni-yeni uğurlar arzulayırıq!..Yunis Qaraxanov,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.