Ərdoğan xunta dövrünə son qoydu... Dünya » Turan 17 Temmuz O qiyamı Heydər Əliyevin üsuluyla yatırdı... Türkiyədə hakimiyyətin mənbəyi xalqdır!.. Dünyadakı bütün hakimiyyətlərin mənbəyi və dayağı xalqdır. Xalqın iradəsinə söykənən hakimiyyətləri çevirilişlər yoluyla devirmək asan deyil. Türkiyənin Son 40-50 illik tarixində Ərdoğan və onun partiyası qədər seçkilərdə böyük qələbələr qazanan ikinci bir lider və ikinci bir partiya, olmayıb. Türkiyənin 40-50 illik tarixində təkbaşına iqtidar quran Ərdoğan və onun partiyası oldu. Türkiyə Ərdoğan dövründə dünyada söz sahibi oldu!Eyni zamanda hamı qəbul etməlidir ki, Türkiyənin son 40-50 illik tarixində Türkiyə bir dövlət olaraq yalniz Erdoğan zamanında məşhurlaşdı. Tarkiyə söz sahibi olaraq Almaniya, İngiltərə və Fransa kimi dövlətlərlə eyni sıraya və eyni yüksəkliyə yalnız Ərdoğan zamanında yüksəldi. Ərdoğan inflyasiyadan boğulan Türkiyə iqtisadiyyatını xilas etdi! Yalnız Ərdoğan dövründə müasir iqtisadiyyatın səviyyəsinin aşağı düşməsinin, milli valyutaların qiymətdən düşməsinin həm də birja oyunları olduğu başa düşüldü. Yeri gəlmişkən qeyd etməliyəm ki, Türkiyə valyutasının qiymətdən düşməsi haqqında Ərdoğanın təzəcə hakimiyyətə gəlməsi ərəfəsində inflayasiyaların həm də birja oyunları vasitəsilə, süni yollarla yaradılması haqqında Ərdoğana məktub da yazmışdım. Məktubdan bir neçə gün sonra Ərdoğanın mənim cümləmi təkrar edən çıxışını dinlədim. Yalnız Ərdoğan dövründə başa düşüldü ki, Rusiyanın iqtisadi sərvətləri Türkiyənin və istənilən ölkənin qalxınmasında mühüm rol oynaya bilər. Türkiyə Ərdoğan dövründə ABŞ-ın əlaltısı olmaqdan xilas oldu! Türkiyə dövləti yalnız Ərdoğan dövründə heç kimə boyun əyməyən siyasət yürütməyə başladı. Türkiyə ABŞ-ın əlaltısı rolundan xilas oldu. Ərdoğan dövründə Türkiyə ordusu qərbin əlaltısı olmaqdan azad olundu!Ordu üzünü bütün iqtidarlar dövründə bir hakimi mütləq kimi aparırdı. Ordu istədiyi zaman, qanuni yolla seçilmiş hakimiyyətləri deviir və Türkiyəni oyuncaq bir duruma salırdı. Yalnız Ərdoğan dövründə ordunun Türkiyədə hakimiyyətləri devirmək, Türkiyəni oyuncaq halına gətirmək səlahiyyətləri əlindən alındı. Üsyançı qrup başa düşmədi ki, Ərdoğan xunta dövrünə son qoyub! Ordudakı bir qrupun 15.07.2016 tarixində dövlət çevirilişinə cəhd etməsi Osmanlı sultanları düvründə ordunun bir parçası olan yanıçarların Osmanlı imperatorlarını devirmək cəhdləri kimi hadisələrə bənzədi. Lakin bu müasir yanıçarlar başa düşmədilər ki, Ərdoğan xalqın iradəsiylə 15 ilə yaxındı ki, hakimiyyətini möhkəmləndirir. Ordu bir daha hakimiyyəti devirə bilməyəcək. Türkiyə xunta dövrünü arxada qoyub. Qiyamçılar başa düşmədi ki, Ərdoğan xunta dövrünə son qoyub. Ərdoğan qiyamı Heydər Əliyevin üsuluyla yatırdı! Ərdoğan qiyamı türk CNN televiziya kanalına ötürdüyü bir telefon danışığıyla yatırdı. Ərdoğan türk millətini qiyamı yatırmaq üçün meydanılara çağırdı. Ərdoğanı iqtidara gətirən millət Ərdoğanın səsinə səs verdi. Milyonlarla insan meydanlara axışdı. Müxalifət partiyaları da ərdoğanı dəstəklədi. Onlar hökumətin yanında oldularını rəsmən bəyan etdilər. Oxucuların yadına salıram ki, Heydər Əliyev də qiyamı birbaşa televiziya ilə xalqı prezident administrasiyasının qarşısına çağırmaqla aldı. Yarım milyondan çox insan Heydər Əliyevin səsinə səs verdi. Yarım milyondan çox insan Prezident administrasiyasının qarşısına toplaşdı. Qiyam yatırıldı. Prof.Dr. Qüdrət İSAQOV . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.