“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq Görkəmli dramaturq Hüseyn Cavidin
“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində
səhnəyə qoyulacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının (ADAMDT) mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, ADAMDT və
Gürcüstanın K.Marcanişvili adına
Akademik Dram Teatrının
birgə layihəsi olan “Şeyx Sənan” faciəsi
hər iki teatrda Azərbaycan və
gürcü dillərində tamaşaya qoyulacaq.

Əvvəlcə Bakıda, sonra isə Tbilisidə
nümayiş olunacaq tamaşanın birinci
hissəsi Azərbaycan dilində, ikinci hissəsi isə
gürcü dilində təqdim ediləcək.

“Şeyx Sənan” faciəsi gürcü dilinə tərcümə edilib və
əsərin gürcü dilində olan nüsxəsi
Gürcüstandan Azərbaycana göndərilib.

"Region-Press", №09 (184) 30.06.2015, səh. 6.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: