Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək”

Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək” "Mənə siyasi suallar vermək lazım deyil. Mən sizi həmişə sevirəm və sevəcəyəm. Mənə daha yaxın və istiqanlı xalq azərbaycanlılardır. Bizim tariximizdə heç vaxt nə müharibə, nə də mübahisə, həmçinin pis münasibətlər olmayıb."

Bu sözləri Gürcüstan Yazıçılar Birliyinin həmsədri, şairə Mağvala Qonaşvili ZiM.Az saytının Gürcüstan Bürosunun açıqlamasında bildirib: “Başqa xalqla Gürcüstan arasında problemlər olub, lakin Azərbaycanla bizim heç vaxt problemimiz olmayıb. Mən bir dəfə dedim ki, 90-cı illərdə mənə İmir Məmmədlinin anası zəng eləyib dedi ki, mən çox rahatam, çünki Gürcüstanda sən varsan, orda sənin qardaşın var.”

Mağvala Qonaşvili Bakıda çoxlu dostlarının olduğunu bildirib: “Mənim Bakıda çoxlu mehriban dostlarım yaşayır. Mən hərdən onlarla görüşürəm. İmir Məmmədli, Əjdər ol, Arif, Anar - bu insanlar mənim yaxın dostlarımdır.”

M.Qonaşvili Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Tiflisdə 75 illik yubileyinin keçirildiyini və bu tədbir Anarın çox xoşuna gəldiyini bildirib: “Biz 4 il bundan əvvəl Azərbaycan yazıçısı, AYB-nin sədri Anarın 75 illiyini təşkil etdik. Bu, Anarın öz istəyi ilə baş tutdu. O, mənə zəng edib dedi ki, Mağvala, mənim 75 yaşım tamam olur, mən yubileyimə həsr olunan tədbirimi Tiflisdə keçirmək istəyirəm. İstəyirəm ki, sən bu tədbirə ev sahibliyi edəsən. Biz Anarın tədbirini Qriboyedov teatrında təntənəli şəraitdə, yüksək səviyyədə həyata keçirdik.
Siz də orda iştirak edirdiniz. Mənim üçün bu münasibətlər çox vacibdir.”


GYB-nin həmsədri “Qafqaz festivalı” tədbirinın gələn il keçiriləcəyini bildirib: “Mən istəyirəm ki, bu festival Bakıda keçirilsin. Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək, çünki biz bir-birimizi sevən xalqıq. Müharibəni isə sülhü sevməyən insanlar sevir. Mənim fikirim isə belədir: “Sülhü sevən insanlar sevgi ilə tikilən körpüləri uçurmazlar.”

Mən istərdim ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında barışdırıcı körpü olsun: “Mən məmnuniyyətlə bu təklifi alqışlayıram. Bu, incə bir mövzudur və mənim bir kiçik rıçaqım olsaydı, barış yaratmaq üçün ondan istifadə edərdim. Dünyada pis insanlar yoxdur, amma hərdən pis siyasət olur. Yazıçılar isə xalqlar və ölkələr arasında sülh körpüsü tikən qələm sahibidirlər.“

Nizami Məmmədzadə,
ZiM.Az-ın Gürcüstan Bürosunun rəhbəri,
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti


ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: