Fazil Aydln (1961) "Mən Şirvanın səsiyəm", Müsabiqə 30 Ocak Fazil Aydln (Fazil Cəlil oğlu Aydınov) - 20 may 1961-ci ildə Ağsu rayonun Cəlayir kəndində çoban ailəsində anadan olub.1979-cu ildə Şamaxı şəhərindəki 9 N-li orta məktəbi bitirib.İlk şeiri 1978-ci ildə "Yeni Şirvan" qəzetində çap olunub.1979-1981-cı illərdə Sovet ordusunda hərbi xitmətdə olub.1984-cü ildə Sumqayıt Politexnik Texnikomunu bitirib.Bu illərdə dəfələrlə rayon qazetində "Fazil Padaroğlu" təxəllüsüylə şeirləri işıq üzü görüb.2016-cı ildə AYB-nin üzvü seçilib.Şeirləri "Azərbaycan" jurnalında müntəzəm çap olunub!Ailəlidir, 2 övladı var.Biz də Fazil Aydına yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik. Solmaz ŞİRVANLI,"Zirve.info" saytının Şirvan bölgəsi üzrə nümayəndəsivə "Mən Şirvanın səsiyəm" ədəbi-bədii, elmi-publisistik məcmuəsinin tərtibçisiZiM.AzElin içindən gəlmişəmSözlə hörülübdür yuvamOd- ocağım elim- obamUsdadımdır Sabir babam-Onun gücündən gəlmişəm!Bir az məni közə tutunƏllər üstə təzə tutun.Gecə-gündüz sözə tutun-Vallah acından gəlmişəm!Ömür gedir qazılmağaGünün varmı, yaz olmağa?Şair kimi yazılmağa-Dərviş köçündən gəlmişəm!Uca göyə çatıb qolumHeç bilmirəm, ölüm, qalım?Əcdadımdan keçib yolum-Elin içindən gəlmişəm!16.02.2016.6 xarekter adamlar üçün...Uzun bir gecənin qarasındayamÜmüdlə- qorxunun arasındayamBilmirəm dünyanın harasındayamİşıq tut yoluma ay yol adamı!Torpağın bağrına düşən bir izsənƏməlin ucadır haqdan da dürsən.Sən aydan nurlusan, sudan təmizsənGünəş övladısan, ay çöl adamı!Məqsədin talamaq, ona çatırsanMillətin qanını içib yatırsan.Vicdanı, mənliyi pula satırsan-Ay sərvət sahibi, ay pul adamı!Bar verən ağaca hava gərəkdirHara əl atırsa Tanrı ətəkdir.Yazı da, qışı da açan çiçəkdir-İlin xoşbəxtisən, ay il adamı!Gah xeyir olursan, gah şər olursanGah "Bayatı-Şiraz" gah "Şur" olursan,Gahda kı, şolənən məşəl olursan-Qurursan, yıxırsan, ay dil adamı!Keçər öz canından bülbül gül üçünGecələr yol çəkər ürək gün üçünFazil Aydın yaşa bizim el üçün-Qoy sənə desinlər at el adamı!27.10.2016.Bu zavallı ağac, tək-tənha ağacDindirmə, dindirsən ağlayacağdırSəni əzizi tək, qoxlayacağdır.Qoynunda yer verib saxlayacağdır-Bu zavallı ağac, tək-tənha ağacHəsrətdir dodağı doğma yağışaHəsrətdir gözləri - isti baxışa.Çıxa biləcəkmi, bu gələn qışa-Bu zavallı ağac, tək-tənha ağac!Elə bil, anadan yetim doğulubHıçqırıb ağlayıb səsi boğulubHər şimşək çaxanda saçını yolub-Bu zavallı ağac, tək-tənha ağac!Sankı, bənzəri var, quru heykələBudağı gül açmır, bülbüllər gələDözübdür tufana, dözübdür selə-Bu zavallı ağac, tək-tənha ağac!Yaşayar... Söykənsə neçə ağacaGöz yaşı tökübdür hər ehtiyacaİnsan qayğısına söyləyir acam-Bu zavallı ağac, tək-tənha ağac!..08.09.2014.Yoluma çıxXəyallar tək, ötür zamanÖmür sürmək daşda yalan.Dərə boyu qalın dumanİnsan oğlu, yoluma çıx!Bu ışığa düşən yolamTutur məni əziz balam.Öz sevgimə sadiq qulam-Qolu bağlı, yoluma çıx!Göz ürəyin aynasıdıTəbiətin anasıdı.Dünya şöhrət dünyasıdı-Alır ağlı, yoluma çıx!Göy qəzəbli, vurur doluVaxtsız üzür sağı-solu.Ulu Tanrım göstər yolu-Qurban olum, yoluma çıx!13.09.2014.Baxaq dağlara-dağlaraSərin bulağ göz suyuduDamcısı ulduz sayıdı.Təbiətin qız toyudu-Çıxaq dağlara-dağlara!Gəldik Muğan çöllərindənMəst olmağa güllərindən.Tutub göyün əllərindən-Baxaq dağlara-dağlara!Duman hələ yolda qalıbGözü kordu, dalda qalıb.Dərdimizin döşü dolub-Sağaq dağlara-dağlara!İz saldıqca dar yoxuşaÜrək istəmir yığışaq.Dönüb çisginə, yağışa-Axaq dağlara-dağlara!...29.09.2015.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.