BƏSTİ MÜTƏLLİBOVA: Naşı əllə qaralanmış Kəlbəcər!..

BƏSTİ MÜTƏLLİBOVA: Naşı əllə qaralanmış Kəlbəcər!..BƏSTİ MÜTƏLLİBOVA -
Mütəllibova Bəsti Babaseyid qızı
-

1963-cü ildə Şamaxı rayonunun Dədəgünəş kəndində
anadan olub.
1980-ci ildə Şamaxı rayon Məhəmməd Hadi adına
9 nömrəli məktəbdə orta təhsilini başa vurmuşdur.
1991-ci ildə M.Ə.Sabir adına Mədəni Maarif texnikumunun kitabxanaçılıq fakültəsinə qəbul olunmuş və 1993-cu ildə bitirmişdir.
Peşə fəaliyyətinə 1998-ci ildə Şamaxınnı İkinci Cabanı kənd
orta məktəbində kitabxanaçılıqla başlamışdır.
Kitabxanaçılıq fəaliyyətini sonralar Sumqayıt şəhər
Məmməd Əmin Rəsulzadə adına 2 saylı kitabxanada
davam etdirmişdir.
1999-cu ildən Rusiya Federasiyasının Stovropol vilayətində yaşayıb-yaradır.
2010-cu ildən Stavropol şəhərində fəaliyyət göstərən Ümumrusiya Konqresində “Odlar yurdu” Azərbaycan milli mədəniyyət qadınlar cəmiyyətinin sədri vəzifəsində, vətənizimi qürbət torpaqda ləyaqətlə təmsil edir.
Bəsti xanım həm də gözəl ana və mehriban nənədir.
İki oğlu və 4 nəvəsi var.
Bəsti Mütəllibova gənc yaşlaından şeir yaradıcılığına başlasa da yazdıqlarını çap etdirməkdən çəkinib.
Amma şeirləri oxunaqlı və xoşəgələndir.
Elə buna görə də aşağıda Bəsti xanımın bir neçə şeirini oxucularımıza ərmağan edir və
ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

ZiM.Az


O ZAMAN

Ərşə çəkilib bu gecə yuxum,
Bu gecə nədənsə yuxum gəlmir.
Uzanlı qalıbdı əlim yoluna,
Ona can atıram yaxına gəlmir...

Yatdım ki, yuxuda görüm mən səni
Dərdimi- sərimi bölüm səninlə.
Yoxsa unutmusan, ay eşqim məni,
İstədim yaşayam öləm səninlə.

Sənin əlindədi bu eşqin canı,
Bəlkədə xətrinə dəymişəm... bəlkə.
Çiynimə qoyduqun sevgi haqqını,
Ya sağa ya sola əymişəm bəlkə?!

Mesajda yazmadın, unutdun yaman,
Gözü götürməyən nə çoxdu canım.
Nadana inanıb məni unutsan,
O zaman torpaqdı mənim ünvanım.
Bakı, 15.10.2016.


KƏLBƏCƏR

Səfalıymış, gözəl imiş havası,
Şeir imiş, qəzəl imiş yuvası,
Kəhər atlı dəcəl imiş obası,
Gözəllikdə gülüstanmış Kəlbəcər.

Deyirlər ki, daş üstündə daşı yox,
Qayaların zirvəsi yox, qaşı yox,
Şəhid gördüm gövdəsi var, başı yox,
Necə deyim bir viranmış Kəlbəcər.

Aşıq Şəmşir yoxdu çala sazını,
Fələk yazdı ona qara yazını,
Qovacağıq o torpaqdan tanızı,
Yenilsə də, mərd dayanmış Kəlbəcər.

Həsrət qaldıq torpağına, daşına,
Nələr gəldi igidlərin başına?!.
Bürünmüsən gözümüzün yaşına,
Naşı əllə qaralanmış Kəlbəcər!

Nə qədər ki, yad əllərdə qalmısan,
Sən Bəstini dərdə-qəmə salmısan.
Xain oxla yaralanmış Kəlbəcər!
Dağ-torpağı paralanmış Kəlbəcər!


Yenə o bağ olaydı

Yenə o bağ olaydl,
Müşfiq də sağ olaydı.
İşdən dönəydi evə,
Dilbəri sevə-sevə.
Yenə şeir yazaydı.
İlhamın qanadında,
Səmalara uçaydı.
Ağ örpəkli dilbər də,
Dayanaraq bir yerdə,
Mehriban baxışlarla,
Müşfiqə göz qoyaydı.
Duraydılar göz-gözə,
Calanaydl söz-sözə.
Dilbər süfrə açaydı,
Məhəbbət dolu gözlər.
Günəş tək nur saçaydı,
Müşfiq şeir deyəydi.
Dilbər sevincək bu an,
Çay dəsgahı açaydı.
Arzulara quş kimi,
Qanadlanıb uçaydı.
Yeni həyat verəydi
Çiçəklərə-güllərə.
Barmaqlar toxunaydı,
Şəvə, incə tellərə…
“Yenə o bağ olaydı”,
Bi söyüd kölgəsində,
Yenə verib baş-başa,
Yayı vuraydı başa!
Stavropol, 2014.


Gətirim sənə

Adına əkdiyim güllərim soldu,
Dağlarda qar yağdı, hava soyudu.
Bu soyuq sevgini quşlar da duydu.
Mən hansı gülləri gətirim sənə?

Günəş tək parladın, ay kimi batdın,
Sinəmdə qüssədənnocaq da çatdın.
Günləri doğradın, ayları atdın,
Mən hansı illəri gətirim sənə?

Necə gəlmişdinsə elə yox oldun,
Bəlkə də sevgidən gözü tox oldum?
Sevgi zirvəsindən niyə yıxıldın?
Şahid tək elləri gətirim sənə?

Sən demə dilində yellər var imiş,
Bəlkə də fitnələr, feillər var imiş,
Bilmirdim ki, dillər var imiş,
Mən hansı dilləri gətirim sənə?
Stavropol, 2015


SƏN MƏNİ TAPMAYACAQSAN

Yaz gəlib çəmənlər çiçək açanda,
Ulduzlar ətrafa şəfəq saçanda,
Durnalar geriyə köçüb uçanda,
Sən məni axtarma, tapmayacaqsan.

Elə dəymisən ki, xətrimə mənim,
Daha bürünməzsən ətrimə mənim.
Düşmüsən şeirimin sətrinə mənim,
Sən məni axtarma, tapmayacaqsan.

Yaz gedib qapında qış dayanada,
Yuxuda diksinib çaş oyananda,
Dan yeri qızarıb al boyananda,
Sən məni axtarma, tapmaycaqsan.

Tutub oxşadığın zərif əlimi,
Sərin meh oynadan qara telimi,
Heçnədən sındırdın mələk könlümü,
Sən məni axtarma, tapmayacaqsan.

Yazda laləlikdə gəzib dolaşsan,
Məni sevdiyini çiçəyə açsan,
Şirvan gözəlinin ardınca uçsan,
Sən məni axtarma, tapmayacaqsan.

Daha axtarmağın gecdi, əbəsdi,
Sənin qəlbin eşqsiz quru qəfəsdi,
Bəstini incitdin, bu mənə bəsdi,
Sən məni axtarma, tapmayacaqsan.
Axtarma, axtarma, tapmayacaqsan.
Stavropol, 17.09.2016.


AYRILAN ZAMAN !

Titrədi əllərim yaşardı gözüm,
Səninlə görüşüb ayrılan zaman.
Kədərli baxışlar bağrımı yardı,
Səninlə görüşüb ayrılan zaman.

İstədim çevrilib arxaya baxam,
Qar kimi əriyəm, su kimi axam,
Buluda qarışam, şimşək tək çaxam,
Səninlə görüşüb ayrılan zaman.

Üzünü yenidən görmək istədim,
Səninlə danışıb gülmək istədim,
Qolların üstündə ölmək istədim,
Səninlə görüşüb ayrılan zaman.

Mənsiz otaqına necə qayıtdın?
Gündüzmü qayıtdın, geçə qayıtdın?
Məni yalqız qoyub necə qayıtdın?
Səninlə görüşüb ayrılan zaman.

Dünya gözlərimdə gilə yaş oldu,
Taleyim kədərə,qəmə tuş oldu,
Acı ayrılıqdan ürek daş oldu,
Səninlə görüşüb ayrılan zaman.

Cənnətim elə bil cəhənnəm oldu,
Sənsiz ömrüm - günüm saralıb soldu,
Bəstiyəm taleyim, bəxtim kəm oldu,
Səninlə görüşüb ayrılan zaman.
Stavropol, 2016.10.09.


XƏLİ LRZA ULUTÜRK

Xalqına bağlı idi,
Xəlilrza Ulutürk!
Ona qol-qanad idi,
Bu hərəkat, bu birlik.
Zindana atılsa da,
Əqidədən dönmədi,
Vulkan kimi püskürdü.
İşıq saçdı, sönmədi..
Hər sözü, hər şeiri,
Bir orduya bərabər.
Zərrəcə azalmadı,
Canındakı bu təpər.
Ancaq heyif, sədd-heyif.
Sinəsi dağlı getdi.
Vətənə Təbriz kimi,
Bir oğul verdi getdi.
Dedi azad yaşasın,
Vətənim Azərbaycan!
Bir əsgərtək həmişə,
Ön cərgədə dayandı,
Göyçə, Zəngəzur dedi,
Təbrizi unutmadı.
Vətən birliyi idi,
Hər kəlməsi, hər andı,
Onu sevən xanımın,
Sevgisi ümman, dəniz.
Nigar, Həcər qeyrətli,
Gün yoldaşı Firəngiz!
Stavropol, 2016.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: