Könül İSLAMQIZI: Söylə görüm hardasan? Ədəbiyyat » Müsabiqə 28 Eylül Könül İslamqızı - 22 Fevral 1995-ci ildə Bakı şəhərindəki Mərdəkan qəsəbəsində anadan olub. İlk təhsilini 11 saylı xüsusi təhsil məktəbində alıb. Və ondan sonra heç bir yerdə təhsil almayıb.O, şeir yaradıcılığına 2011-ci ildə başlayıb. İlk yazdığı şeir "Bakım mənim" (2011), ilk kitabı isə "Bir gözəlin tarixçəsi" (2015) adlanıb.Daha sonra isə "Qaytar ömrümü" (2016) adlı ikinci kitabı işıqüzü görüb.Biz də Könül İslamqızına yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini oxucularımıza təqdim edirik!..ZiM.Az Hər səhərYel əsdikcə hər səhərGünəş qalxır yerindən, Quşlar uçur səmada, Cəh-cəh vurur hər səhər.Ağaclar tir-tir əsirQuşların səsi gəlir,Nəğmə deyər hər səhərİnsanlar da seyr edər.Quşların şən nəğməsi,Sevindirir hər kəsi. Nəğmə desin bizlərəBiz də çıxaq seyrinə. Hardasan?Heç bilmirəm hardasan,Yaxındasan uzaqdasan,Bəlkə buralardasanSöylə görüm hardasan?Tənhalıq üzür məniHər gün ağrıdır ürəyimiUnutmaram heç vaxt səniSənin kimi bir gözəli.Haçandır gözləyirəmZamandır gözləyirəmSəni mən çox istəyirəm Söylə görüm hardasan? MənimTənha bir otağda durduğum zaman,Yadıma düşürsən gecələr mənimElə ki, uzanıb yatmaq istərəmGözümə yuxu getməyir mənim.Yadımdan çıxmırsam hər gün hər gecəSənsiz darıxıram bir bilsən necəSəni düşünürəm hər gün hər gecəGözümə yuxu getməyir mənim.Elə ki, yadıma sən düşən zaman Bir anlığ yanında olmaq istədim Kaş sənin yanında olaydım indi Ömürlük səninlə qalmaq istədim. Asta astaGedirsən asta-asta,Maşın yoxsa trasda Xodda maşını bas qaza Biraz sür asta-asta.Maşın yoxdu görürsən Nə üçün xod sürürsənMaşın qalsın bir yanaÖzünü düşünmürsənDüşsə axır bir qəza Polis sənə versə cəzaSalar səni türməyə Onda birlərsən nədir cəza. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.