İlyas Əfəndi VƏFALI:Yurdum Borçalıdır, elim Nəcməddin... Müsabiqə, Borçalı 29 Ağustos Hara gedir görən dünyaHərdən yorur fikir məni,Hara gedir görən dünya.Fikir sökür, didir məni,Hara gedir görən dünya?Hər bir yanda müharibə,İnsanlara vurur zərbə.Son deyən yox qanlı hərbə,Hara gedir görən dünya?Gərdiş dönüb tərsinədi,Kələ-mayaq əksinədi.Düzü nədi, tərsi nədir?Hara gedir görən dünya?Eh, Suriya qan içində,Doymur qandan qan içən də.Adəm oğlu, qan, içində,Hara gedir görən dünya? Çalxalanır dünya yaman,Barı, utan, dünya, dayan.Bəsdi yetər, son qana-qan,Hara gedir görən dünya?06.01.201630 ildən sonra30 ildən sonra gəldik üz-üzə,Lal-dinməz dayanıb baxdıq göz-gözə.Sanki qovuşmuşdu gecə-gündüzə,Əllər qucmaq üçün çox tələsirdi.Dodaqlar titrəyib dillər əsirdi.Körpəcə qız idin 30 il əvvəl,Yox idi dünyada, bil, səndən gözəl.Heyif o illərə çatmaz bir də əl,Sevincdən titrəyib tellər əsirdi,Üzümə dəymək üçün tel tələsirdi.Vağzal “Böyük kəsik” Bakı qatarı,Gözüm səni seçdi – nazlı nigarı.Demək davam edir ömrün baharı,Görüşə can atan əllər əsirdi,Əlimə dəymək üçün əl tələsirdi.Qeybdən səs gəldi, oyan, -dedilər,Cilovla hissini, dayan, -dedilər.Sizi görüşdürdü, zaman, -dedilər,Sinələr qabarıb, bellər əsirdi,Təməsa həsrət tək bel tələsirdi.Qatar şütüyürdü şəhərə doğru,Gecə əriyirdi səhərə doğru,Hisslər də şübhəsiz zəfərə doğru,Beynimdə min fikir –yellər əsirdi,Yellər mənim kimi çox tələsirdi.Nəhayət dil açıb sükutu pozduq,Bu qəza-qədəri min yerə yazdıq.Olub keçənləri min cürə yozduq,Günahkar-günahkar illər əsərdi,İllərə nə var ki, çox tələsirdi.09.09.2009.Adsız şeirBu rəqs gecəsində səndən gözəl yox,Barı, düşündünmü gözə gələrsən.Gözə gəlimlisən sən həddindən çox,Qəfil söz atarlar sözə gələrsən.Heç zaman gəl olma özündən razı,Hər üzə gülənə etməynən nazı.Özünü ələ al, zalımın qızı,Alışıb yanarsan közə gələrsən.Özündən razısan, dəymə düşərsən,Həddindən ziyada gülməkərsən.Bir gün anlayarsan, başa düşərsən,Çətin ki, sən onda üzə gələrsən.Deməynən İlyasın götürmür gözü,Heç vaxt yalan çıxmaz şairin sözü.Sənə nəsihətim, bax, budur düzü,Salmısan çoxunu gözüm çıxdıya.Toxunar bəd nəzər gözə gələrsən.25.11.2015Dünən bir ağsaqqal...Dünən bir ağsaqqal dedi ay oğul,Bilirəm çəkirsən elin dərdini.Ellə nəfəs alan ucalar, oğul,El-oba yaşadar elin mərdini.“El gücü –sel gücü” deyiblər əlbət,Bacar ki, hər zaman el oğul desin.Elinə-obana bəsləynən hörmət, Hər kəs qucaqlasın eloğlu desin.Sağolun, var olun, sizi ağsaqqal,Ağsaqqal sözünə var ehtiyacım.Sizə nəsib olsun hər an xoşcahal,El-obadır, vallah, mənim möhtacım.Babam da, atam da el dərdi çəkib,Onların yoluyla gedirəm mən də.Yurd salıb binalar, körpülər tikib,Ürəklərə körpü çəkirəm mən də.Mən şair olmazdım el olmasaydı,Bu təbii ilhamı el verib mənə.Mən gözəl şeirlər yazmazdım inan,Əsərlər yazmağa əl verib mənə.El üçün döyünür sinəmdə ürək,Yurdum Borçalıdır, elim Nəcməddin.İlyasam mərdlərlə kəsdim duz-çörək,Babam Osman, İlyas, atam Məhəddin.Var mənimGöz açandan şeiriyyətə vuruldum,Laylalardan mayalandım yoruldum.Bulanlıqdım axa-axa duruldum,Ellər bilir sazım-sözüm var mənim.Ulu tanrı bəxş eylədi istedad,Bundan ali de olarmı mükafat,Kök atmışam gövdəmdə var qol-qanad,Mən atayam oğlum qızım var mənim.Düz yoldayam həqiqətdir meyyarım,And içmişəm pozulmazdır ilqarım.Çiçəkləyib ömrüm, günüm – baharım,Dəsti-xəttim, adım imzam var mənim.Çox sevirəm baharı mən, yazı mən,Gözəllərdə çox görmüşəm nazı mən.Beşikdəcə dinləmişəm sazı mən,Şirin ləhcəm, xoş avazım var mənim.Borçalıdır ilham pərim, a dostlar,Borçalıdır yurdum, yerim, a dostlar.Borçalıdır şah əsərim, a dostlar,Öz qismətim, alın yazım var mənim.Azərbaycan - Odlar yurdu pənahım,Odur mənim xoşbəxt günüm sabahım.Duaçıyam dərgahında, Allahın,Bil, sayəndə həyat ruzim var mənim.Dədəmiz DƏDƏ MƏDƏD!..(Tanınmış türkoloq, görkəmli dilçi-alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, hörmətli professor Mədəd Namaz oğlu Çobanova)Sizi Allah qorusun, siz bizə lazımsınız,Siz Dədə Qorqudsunuz, qopuzum-sazımsınız.Siz mənim Ana dilim - əlifbam, yazımsınız,Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!Sayənizdə dilimiz təmizləşir, saflaşır,Şirin-şəkər, bal dadır o daha da paklaşır.Cəmi Turan elində öz taxtı var-şahlaşır,Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!Siz yeni tarix yazıb yaşadırsız tarixi,Yenilik gətirərək ucaldırsız maarifi.Xalqım unutmaz heç vaxt Sizin kimi arifi,Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!Borçalıdan yoğrulub damardakı qanınız,Mənsubsuz ulu nəslə var adınız, sanınız.Ucaldıqca ucalsın şöhrətiniz, şanınız,Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!Dilinizdə laylalar, dilinizdə bayatı,Sevindirdiz hər zaman doğma yurdu, elatı.Müqəddəs bir imzadır Tarixdə Mədəd adı,Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!Yolunuzun yolçusu olub oğlunuz Müşfiq,Olub Vətənə, Xalqa, adınıza o layiq.Onu bizə bəxş edib Yaradan – böyük Xaliq,Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!Bizlərə ziya saçan işıqsınız, nursunuz,Siz elmdə alim kimi ləl-cəvahir-dürsünüz.Siz müqəddəs qibləgah, səcdəgahsız, pirsiniz,Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!İlyas Əfəndi VƏFALI,27.04.2016. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.