XOCALI HARAYI Ədəbiyyat » Müsabiqə 26 Şubat Nizami Zilli oğlu Məmmədzadə, 1957-ci ildə qədim Borçalının Yuxarı Saral kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Gürcüstanda nəşr olunan “ZİYA” və “Günəş” qəzetlərinin baş redaktoru olub. Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına, 2015-ci ildə Azərbaycanın Mətbuat Şurasının Ali Media mükafatına layiq görülüb. 2016-cı il iyunun 1-də Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycanın Əməkdar Jurnalisti" Fəxri adına layiq görülüb. 10 kitab müəllifidir. Hazırda Gürcüstanın Marneuli şəhərində yaşayır və APA-nın (Azəri Press Agentliyinin) Gürcüstan üzrə xüsusi müxbiridir. Xocalı harayıDünyada nə qədər faciə olub,Xocalı onların başında durur.Güllələnib qoca, qadın, uşaqlar, Bax ölüm evini beləcə qurur!Fələyin gərdişi niyə belədir,Qarda, boranda da qocalar öldü.Nəvələrə nağıl danışan nənəm,Bir düzdə almanı onlara böldü.Xirosima, Xatın harayı mənəİndi lap uzaqda, uzaqda qalıb.Cavab vermək üçün azğın düşmənə,Məndə daha güclü nifrət oyanıb.Nifrətim vətəni qorumaq üçün,Nifrətim torpağı qorumaq üçün,Oyanıb qəlbimdə gücüm, qüvvətim,Oyanıb qəlbimdə el məhəbbətim.Gecə qaranlığı kor etdi məni, Nənəm layla çaldı batmış səsiylə.O gün güllələr də alışdı, yandı - Körpələr yatdılar güllə səsiylə.O gün, o gün...nədən, deyə bilmirəm,Qar üstə babamın gözləri qandı.İsidə bilmədim öpüşlərimlə,Qoca babamın da əlləri dondu.Oyada bilmədim körpə Səlmini, Üzundə bir qorxu, səksəkə vardı.Nə ev vardı, nə də bir sığınacaq,Dağların döşündə tənha yatırdı.Güllə sinəsində deşik açmışdı,Arzusu uçmuşdu göyərçin kimi.Tənha, yazıq, qoca babam yaralı,Sən ona kömək ol, Göylər Hakimi!Ürəyim yenə də səksəkədədir,Babam arabayla ot gətirəcək.Bir köhlən üstündə çapan igidi,Qələbə soraqlı at gətirəcək.Erməni od vurub dağa, meşəyə,Yanır çıtır-çıtır ağaclar burda.Bir kibrit çöpünün gücünə bir bax! Alovla rəsm çəkdi tarixi yurda!Soyulub bir kiçik körpənin üzü,Son sözü söyləyə bilməyib yəqin.Dodağında donubdur "ah, ana!" sözü,Qapısı bağlanıb ah, məhəbbətin!Ana ağlar gözün düzlərə dikib,Bir ailə gəzir sərgərdan kimi.Onun dırnaqları torpağı əkib,Dərd əkib düzlərə var-dövlət kimi!O qorxu içində, bir ana kimi,Özünü kol-kosa çırpıb ağlayır.Bir körpə axtarır - güllə yağışı,Bir göz qırpımında sinə dağlayır.Tale öz sözünü deyibdir ona,Yaralı çeyrantək ürkübdür ana!Meşədə tək-tənha qarın içində,Gözünü uzağa dikibdir ana!Körpəsi güllədən deşik-deşikdi,Bir nalə çəkərək göyə yalvardı.Üzünü-gözünü cıranda ana,Bir güllə də onu yerdən qopardı.Bir körpə naminə bir ana öldü,Nəsil şəccərəsi qapandı o gün.Şəhid anası da bu düzdə öldü,Ümidi qırıldı bəşəriyyətin!Fevral ayı mənim matəm günümdür,Bu ayda ürəyim yaman qəmlidir.Çöldə qar yağır, mən evdə donuram,Gözüm dərd əlindən aman, nəmlidir!Xocalı adını eşidəndə mən,Gözlərim önünə qocalar gəlir.Nə idi günahı qoca qarının,Düşmən gülləsi ona dikilir!Təpəyə dırmaşıb fələk əlindən,Kündəsi tərs düşüb yazıq nənəmin.Bir kaman düzəldib qara telindən,Oxuyur hüsnünə kədərin, qəmin.Hayqırir düşmənə yaralı babam,İçində düşmənə nə qədər nifrət!Hayqırır əlçatmaz bir qisas üçün - Yoxdur bu dünyada bizə ədalət!Dövrün, zamanın da ədaləti yox,Qaniçən düşmənlər çoxalıb daha.Hər yerə yazmışam şikayətimi,Sonda yazacağam o tək Allaha!Ümid sənə qalıb, Allahım, boylan,Haqsızlıq dərəni, dağı aşıbdır.Hər yerdə fitnələr, hər yerdə yalan,Hər yerdə güllələr yaman coşubdur.Nənəm mənə bir vaxt nağıl danışdı,İndisə nağıla dönüb bu ömrüm!Əlimdə tüfəng yox, silah yox idi,Fəqət dişim vardı, düşmən gəmirim!Qisasım haqq səsi - mən alacağam,Hər dözüm, hər ümid torpağa bağlı.Ay nənə, indisə daha güclüyəm,Daha neynəyirəm xəyal nağılı.Dünyada nə qədər faciə olub,Xocalı onların başında durur.Güllələnib qoca, qadın, uşaqlar - Bax ölüm evini beləcə qurur!NeyləyimUzaqdan görünən, elim Xocalı,Könlüm şana-şana oldu, neyləyim.Əsdi başım üstə bir xəzan yeli,Bağçamda güllərim soldu, neyləyim.Bu dünya tək mənə namərd olmadı,Üzümə bir dəfə baxıb gülmədi,Gözümün yaşını o heç silmədi,Tənhalıq qəlbimə doldu, neyləyim.Bir meyvə dərmədim saldığım bağdan.Canımı qurtardım vəhşi yağıdan,Dərd məni aşırdı təpədən, dağdan-Yollar ayrıcına saldı, neyləyim.Nadanlar, rəzillər çıxdı qarşıma,İndi gəl, Nizami, söylə-barışma,İnandım namərdə çıxdı başıma,Baxtımı daşlara çaldı, neyləyim...Hər millət oyanır, biz oyanmırıqNələr gəldi başımıza dözdük biz,Nədəndir bu yanan odda yanmırıq.Neçə məclislərdən gəlir səsimiz-Hər millət oyanır, biz oyanmırıq!Qurunun, yaşın da öz istisi var,Hər evin, bacanın öz tüstüsü var,Bilirik millətdə umu-küsü var-Hər millət oyanır, biz oyanmırıq!Düşmənlər qapımın ağzını kəsir,Başımda nə qədər küləklər əsir,Baxın namərdlərə-yaman tələsir,Hər millət oyanır, biz oyanmırıq!Yanvarda güllələr qərənfil oldu,Xocalı dərdimdən güllərim soldu,Talenin gərdişi gəlha-gəl oldu-Hər millət oyanır, biz oyanmırıq!Torpağım yad əldə tapdanır hər gün,Solub yanaqları gülün, çiçəyin,Əsirdir qızların gözəl-göyçəyi-Hər millət oyanır, biz oyanmırıq!Biz Odlar oğluyuq, Odlar övladı,Bax, buna görə də odda yanmırıq,Fəqət, dağlarımız qalıb o üzdə,Hər millət oyanır, biz oyanmırıq!Dədə-baba qəbri qalıb o üzdə,Bir qəm-kədər gəzir sinədə, üzdə, Bir deyin, söyləyin mənə bir siz də,Nə üçün al-qana biz boyanmırıq, Hər millət oyanır, biz oyanmırıq.Nizami Məmmədzadə. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.