Dürdanə GÜMÜŞ: "Yaman gileyliyəm Qoca dünyadan" Ədəbiyyat » Müsabiqə 29 Ekim Dürdanə GÜMÜŞ (Dürdanə Zahidqızı Seyidova - Qəribli) 1963-cü il dekabrın 10-da Ucar rayonunun Qazıqumlaq kəndində dünyaya gəlib.İbtidai sinif müəllimidir. O, öz həyatını peşəsinə, yetişdirdiyi şagirdlərinin mənəvi dünyasının zənginləşməsinə həsr etmişdir."Gümüş" təxəllüsü ilə yazdığı şeirlər şagirdləri tərəfindən böyük sevgiylə oxunur.İlk şeirini hələ tələbəykən Əfqanıstan şəhidi Kamalın xatirəsinə yazan Dürdanə xanımın şeirləri sonralar "Ziya", "Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında, "Zirvə" poeziya antologiyasında çap olunub.Biz də hörmətli Dürdanə xanımın bir neçə şeirini bir daha ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..ZiM.AzYaman gileyliyəm Qoca dünyadanBəzən insaflıdır, bəzən insafsız,Yaman gileyliyəm qoca dünyadan.İncidib xar edir o bizi hədsiz, Yaman gileyliyəm qoca dünyadan.Nə yaşa baxmaz o,nə dəki başa ,həyatı çalışar tez vura başa, Bəzən bizi çırpar qayaya, daşa,Yaman gileyliyəm qoca dünyadan.Sızlayıb, göynəyib yalvarsan da bil,Dərdinə bir məlhəm eyləyən deyil. Ağız da açmaram, tökmərəm də dil,Yaman gileyliyəm qoca dünyadan.Sərt üzü üzündən dönəndə görmə,sənin bəxt yolunu kəsəndə görmə.Taleyi tərsinə yazanda görmə, Yaman gileyliyəm qoca dünyadan...Məni qınamayın,ürək daşlanıb, Gözümdən qəlbimə hər an yaş axıb,Bu zalım dünyadan əlim boşalıb,Yaman gileyliyəm qoca dünyadan...Öldürsə ölərəm, öldürmür axı,yaşatsa yaşaram, yaşatmır axı!Dərdimi deyirəm, dinləmir axı! Necə razı qalım belə dünyadan?Yaman gileyliyəm qoca dünyadan.Ay Gümüş, bu tale sənin bəxtinə,Doğulan günündə yazılıb, dinmə! Demək yazan yazıb onu tərsinə,Niyə gileylisən qoca dünyadan?sən nə istəyirsən qoca dünyadan?AnaQəlbimin aynasısan, Gözümün qarasısan.Həmişə yadımdasan,Ay mənim göyçək anam!Həyatıma rəng qatdın,Canını canıma qatdın. özümü özün sandın,Ay mənim göyçək anam!Həyatın nakam oldu,Bir sözün iki oldu, Doğmalar ögey oldu,Ay mənim bəxtsiz anam!Yollara durub baxsam da,ANA deyib çağırsam da,sağdan-soldan axtarsam da,Geri dönməz əziz anam,Mənim gözəl-göyçək anam!Mənə nəğmə söyləMənə nəğmə söylə sətirlərində,Nakam taleyimin acısı olsun.Mənə nəğmə söylə misralarında,Sənsiz günlərimin həsrəti olsun.Mənə nəğmə söylə eşitsin aləm,qəlbimin hayqırtı, şaqraq səsini.Mənə nəğmə söylə sakit dinlərəm,Ruhuma təsəlli verən səsini.Mənə nəğmə söylə mən də dinləyim,Gecələr göylərdən səni dinləyim. Bir xışma xəyal tək qapına gəlim,Nəğmənə qoşulub ulduza dönüm.Mənə nəğmə söylə ürəyimdəki,Nifrət hislərini öldürmək üçün.Gümüşə nəğmə de,elə söylə ki,Sızlayan qəlbini ovutmaq üçün.YAZDAN İNCİDİMNiyə güllərimin ətri daha yox?Niyə çiçəklərin təravəti yox?Niyə gözəlliyə meylim daha yox?Özüm də bilmədən yazdan incidim.Ömrümün mənası olardı bahar,könlümün sevinci olardı bahar.De nədən küsdürdü qəlbimi bahar?özüm də bilmədən yazdan incidim.Fəsillər içində səni sevərdim, səni həyatıma həmdəm bilərdim.Təbiət gözəli səni seçərdim!Bəs niyə görəsən səndən incidim? özüm də bilmədən yazdan incidim.Gör nələr gətirdi mənim başıma, Mənsə vurulmuşdum onun naxşına. Göz yaşım qarışdı yaz yağışına,Elə buna görə yazdan incidim . Özüm də bilmədən yazdan incidim.Gümüşəm ,qəlbimi yaza vermişdim , Gülə,çiçəklərə,naza vermi şdim.Laləni bağlardan sənlə dərmişdim,Sənsiz bu bahardan yaman incidim,özüm də bilmədən yazdan incidim...İllər, ay illərYollar tək uzanıb hey gedirsiniz,Məni məndən alıb gedən ay illər!Ömrümə-günümə rəng qatırsınız,Ömrümdən pay alıb gedən ay illər!Ömrüm bağçasından gülləri dərdin,Dərib güllərimi yellərə verdin. Qara saçlarıma ağ dənlər səpdin, Məndən uzaqlara gedən ay illər!Müşviqi sevginin əsiri etdin,Səmədi təbiət vurğunu etdin.Zəlimxan Yaqubu aparıb getdin,Mən sizə nə deyim, illər, ay illər!Ömrü zərrə -zərrə verən də sizsiz, ömrü zərrə-zərrə alan da sizsiz.Gümüşün qəllbiylə oynayan da siz,Mən sizə nə deyim illər, ay illər!Gənclik hissləriİllər ayrıcında görüşdük ogün,Nə sən o sən idin, nə də mən o mən.Gəncliklə ahıllıq qarşılaşan gün,Niyə yollarıma çıxırdın ki, sən?Sən donub qalmışdın, mənsə çaşmışdım,Çaşqınlıq ömrümün bir parçasıdı. Haçansa mən çaşıb addım atmışdım, indi o çaşqınlıq qəlb yarasıdı.Bu nə təsadüfdür, bu nə əzabdır?Silinməz bir izdir, ağır bəladır. Tale yollarında qara tikandır,Gənclik duyğuları, gənclik hisləri.Ömürdən silinməz, gündən silinməz,Sevən könüllərdən bir an çəkilməz.Sevdası başımdan silinib getməz, Gənclik duyğuları, gənclik hissləri.Mən şair könlümü sənə vermişdim,Oduna alışıb yaman yanmışdım.Mən səni başımın tacı sanmışdım,Gənclik duyğuları, gənclik hissləri.Ömürdən silinməz, gündən silinməz,Sevən könüllərdən bir an çəkilməz.Sevdası başımdan silinib getməz, Gənclik duyğuları, gənclik hissləri..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.