QALİBƏ CƏFƏROVA: "EY TÜRKOĞLU, AYAĞA QALX!.." Ədəbiyyat » Müsabiqə 7 Kasım Qalibə Cəfər qızı Cəfərova - Qax rayonunun qədim İlisu kəndində anadan olub. 2012-ci ildən Stomotologiya ixtisası üzrə Avrasiya Universitetində təhsil alıb. 2013-2015-ci illər arasında Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsini bitirib. 2014-cü ildən "Yurd" jurnalının müxbiridir. 9 kitabın müəllifidir.2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Elə həmin il “Qızıl Qələm” mükafatına layiq görülüb. Bakı şəhərində yaşayır. Ailəlidir. Biz də hörmətli Qalibə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.ZiM.AzBayraqlaşan AzərbaycanNə gözəldir sevgin bu an,Bayraqlaşan Azərbaycan.Canımız canına qurban,Bayraqlaşan Azərbaycan.Başımız üstə ucalan,Yollarında dalğalan.Dalğalansın hər bir zaman,Bayraqlaşan Azərbaycan.Al qırmızındır qanımız,Yaşılın din-imanımız.Ay-ulduzlu canımız,Bayraqlaşan Azərbaycan.İndi sənin şərəfinlə,Zəfərliyik Azərbaycan.Dünya heyran qələbənə,Yaşa-yaşa Azərbaycan.EY TÜRKOĞLU, AYAĞA QALX!..Ey türkoğlu, ayağa qalx,Tarixsən varaq-varaq.Atatürk istiqlalınYolunda yanar ocaq.Ey türkoğlu, ayağa qalx,Düşmanlar olmuş ortaq.Tapdalayıb millətinDağlamış qalaq-qalaq.Ey türkoğlu, ayağa qalxSilaha sarılaraq.Al şəhidlər qanınıYağını parçalayaraq.Ey türkoğlu, ayağa qalx,Müqəddəs vətən torpaq.Müqəddəs qanımızlaBoyadığımız bayraq.Ey türkoğlu, ayağa qalx,Bozqurdsun düşmanına dağ,Aş aş aş aşırımlarıTurana yan duraraq.Ey türkoğlu, ayağa qalx,Bir birlik yumruq olaq,Gəlsin türk ellərimizSoyuna dayanaraq.Oxunsun mars himnimiz,Dünya duysun səsimiz.Ey türkoğlu ayağa qalxDünya bilsin kimik biz.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.