Dilarə Süleyman Zahidqızı: "BİR DƏLİ EŞQ İTİRMİŞƏM..." Ədəbiyyat » Müsabiqə 11 Temmuz Dilarə Süleyman Zahidqızı - 24 aprel 1982-ci ildəUcar rayonunun Məlikballı kəndində anadan olub.Məlikballı kənd orta məktəbini bitirdikdən sonraAzərbaycan Dövlət Pedoqoji UniversitetininFilologiya fakultəsində ali təhsil alıb.İlk dəfə şeiri 2003-cü ildə "And" və "Sərbəst düşüncə"qəzetlərində çap olunub. Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,5 cildlik "Zirvə" poeziya antologiyasında,"Canım Azərbaycanım" ədəbi məcmuəsində,"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında, "Türk dünyası şeir antologiyası"nda,"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, "Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.Biz də hörmətli Dilarə xanımın bir neçə şeiriniaşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirvə ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Zemfira ASLANQIZI,ZiM.AzBir dəli eşq itirmişəmBir dəli eşq itirmişəm,Həsrətin qucağındadı.Özüm günaha batmışam,Daim qəlbim, ağlımdadı.Allahdan məni istəyibMəni məndən alıb beləDeyirlər ki məni deyibMəni gəzir, sevir hələ.Bu eşqə layiq deyiləmAy gözümün nuru adam!Sən sevginlə pir kimisənMən sevgimlə günahkaram.Allah cəzamı bağışla Onu mənə hədiyyə et,Dözənmirəm bu qarğışlaRuhdan düşdüm, sən məni tut.Dözənmirəm tənhalığaSevgim verir məni ələ,Bir dəli eşq itirmişəmMəni deyir gəzir hələ. Həmən qadınamSevgini itirəndən həsrətini qazandımMən səni sevə-sevə sənsiz qalan qadınamSənsizliyi önündə yoxluğunla bəzəndimHalını röyalarda xəbər alan qadınam.Bu sevginin önündə dura bilmədi illər,Həsrəti yaraşdırdı bizə o namərd dillər,Uzaqda o baxışlar, uzaqdadır o əllər,Mən səninlə olmayan, sənin olan qadınam.Getdiyində ağlayar,gəlsən yollar sevinər, Baharda xəzan vuran,gülsən güllər sevinər,Bir bu qərib sevinməz , yanar, küllər sevinər,Qəfil qış günəşində açıb, solan qadınam.Qəlbindəki o kədər, ruhundakı sarı sim,Gəncliklə olan hədər, gözlərində qalan kam,Sevginlə xoşbəxt olan, həsrətinlə bəxti kəm,Ürəyinə, ömrünə yuva salan qadınam. Necədir halımBilirsən necədi halım?Yazda qara bulud kimiİncidilmiş bir körpəninGözündəki sükut kimiBilirsən necədi halım?Sözüm kəsir ayaz kimiDaha məsum deyil duamSən gğrdüyün bəyaz kimi.Halımı soruşan adam,Adamlarda hal qalmayıbÖzümü haldan salmışamAdamlara bel bağlayıbNeynirsən necədir halım?Xəlvət düşən çən kimiyəmBəlkə sən də mən kimisənBəlkə mən də sən kimiyəm!Bilirsən necədir halım?Gah kövrəyəm , gah dəliyəmBacarırsan itirdiyimGüvənimi ver geriyə.Barışmışam bu dünyayla Hökm oxunmuş can kimiyəmBilirsən necədi halım?Elə mən də sən kimiyəm.SığınıramMən qorxuram sənsizlikdən, adına sığınıram,Qəlbimi bunca yaxan oduna sığınıram,Bu tənha qaranlıqda ağlamaq da asandı,Həsrət oxşayır məni, mən ona sığınıram.Kimsənin xəbəri yox daha küsə bilmirəm,Dilimlə danışmıram,qəlblə susa bilmirəm,Qapıları hər kəsə bağlamaq da asandı,O qapının ardından ümid kəsə bilmirəm.Hər kəs gözəl oynadı öz sevgi oyununu,Hər iş düşdü yoluna, hər kəs tapdı tayını,Dərdlərimi ürəkdə saxlamaq da asandı,Onsuz da eşitməyir kimsələr harayını.Doğru danışım desəm , əyriyə dəyişərlər,Yalandan üzə gülsəm mənə nəğmə qoşarlar,İnsanları ,Dilarə, yoxlamaq da asandı,Qorxuram sevdiklərim gözlərimdən düşərlər. HəsrətGözümü yollar yorub hara baxım indi mən,Yoxx sən gələn deyilsən, boşunadı bu həsrət,Mən dondum sənsizliyin ayazından , sevgilim,Ruhum dondu bədəndə, üşümədi bu həsrət.Nolar ətrini qoy get, yellər vursun üzümə,Səni sevdiyim bunca illər dursun üzümə,Məndən alan taleyim səni versin özümə,Bir ömür mənlə boşa yaşamadı bu həsrət.Adın dodaqlarımda bənövşə tək bükülüb,Sevgimizin taleyi gözlərimə çəkilib,Ətəyin çoxdan boşdu, inadlarım tökülüb,Dağ dərdimi boşuna daşımadı bu həsrət.Alıb daha ruhumu çıxıb ömürdən gedim,Nə sən sevmirəm dedin, nə mən sevmirəm dedim,Ömrümdəki ən əziz, özlədiyim tək adam,Dəli ruh təki özübaşınadı bu həsrət.Ey dostDilim susmuş, qəlbim küsmüş,Dünyada itmişəm, ey dost!Ömrümdən tufanlar əsmiş,Cismimdən getmişəm, ey dost!Mərdə bəla qəm deyil ki,Başımdan qal kəm deyil ki,Bu can bitməz şam deyil ki,Yanmışam, bitmişəm, ey dost!Sınaqlar şükrə körükdür,Vicdan necə çətin yükdür,Ruhum bu meydanda təkdir,Yolumu tutmuşam, ey dost!Can canandan əmanətdir,İnsanda yalan adətdir,Gəl əhdini məndən götür,Mənzildir, çatmışam, ey dost!Dilarə daşdı sandılar,Gözləri yaşdı sandılar,Səbrini daşdı sandılar,Külümdən bitmişəm, ey dost! MənəSən əlini çəksən məndən,İt də, qurd da hürər mənə,Dünya malına dəyərdiSən verdiyin dəyər mənə...Kimsə sığışmaz qəlbinə,Xatirəmin qəlibinə,Ensən qəlbinin dibinəMəxsusdu həmin yer mənə.Düşmə gözümdən nə olar?Gözümdə dəli dalğalar,Hara getsən götür apar,Ya da qəlbimi ver mənə!İlahi!!! Pirmi, iblismi? Röyadırmı, ya kabusmu?Eşit duyulmayan səsimi,Qoyma, nadan gülər mənə!GedirəmGəldiyimə peşmanam,Gün görməyə gedirəm,Ruhumu sahibindənDilənməyə gedirəm.Başındayam bu yolun,Nəfs itidir,can yalın.Siz bu dünyada qalın,Mənsə göyə gedirəm.Doğulanda tamahsız,Bu dünyaya maraqsızGedib bir də günahsızGəlim deyə gedirəm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.