SOLMAZ QƏRİBEL HƏSƏNOVA: "Qan qoxur dünyanın üzündən yenə..." Ədəbiyyat » Müsabiqə 20 Şubat * * *Solmaz Qəribel Həsənova 25 yanvar 1973-cü ildə Ağdərə rayonunun Kərəmli kəndində anadan olub. 1997-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin pediatiriya fakültəsini bitirib. Hazırda Həştərxan şəhərində həkim-nevroloq işləyir. "Məni məndən alan dünya" və "Qərib küləklər" adlı 2 kitab müəllifidir."Qızıl qələm" mükafatı laureatıdır.Biz də hörmətli Solmaz xanımın bir neçə şeirini bir daha ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Yunis QARAXANOV,ZiM.Az* * *BU YOLUN SONU YOXBu yolun sonu yox, ayrıcı yoxdu,Səninlə yolumuz dolaşıb qalıb.Tutubdur bu yolun ahı könlümü,Sevgim vəfasıza bulaşıb qalıb.Elə hey çırpınır, vurnuxur yenə,Quş tək yuvasından perik düşübdür.Bağı viran olmuş bağbana dönüb,Meyvəsi ağacdan çürük düşübdür.Dil açır, elə bil, daş da, qaya da,Qan qoxur dünyanın üzündən yenə.Barışıb qismətlə qismətsiz biri,Gecələr qan damır gözündən yenə.Yarasın sarıyır gah hicran, gah qəm,Göylər də dərdini yumur yazığın.Xoşbəxtlik üzünü döndərib gedir,Gözünü əcəl tək "yumur" yazığın.09.02.2020.ÜRƏYİMOda salıb, özü də qan gölündə,Çabalayır, hey boğulur ürəyim.Bu həsrətin, bu möhnətin içində,Dərdli-dərdli hey doğulur ürəyim.Köksüm üstə mənə qənim kəsilib,Cığır çəkib, qəm üstündə əkilib.Taqətim də yavaş-yavaş çəkilib,İçin-için hey ovulur ürəyim.Yalan dosta, yalan eşqə tuş gəlib,Əzəl gündən boş dünyaya boş gəlib,Gəlişinə demədilər xoş gəlib,Susub yenə hey qovrulur ürəyim.Yana-yana öz içində qor olub,Arsız gələn sifətlərə ar olub,Gözü görmür, əzəl gündən kor olub,Xəzan olub, hey sovrulur ürəyim.31.01.2020.QARA BULUDBu gözəl dünyanın gözəl üzünü,Gah duman bağlayır, gah qara bulud.Qaranlıq yoluma günəş doğanda,Gah duman bağlayır, gah qara bulud.Göyün xəbəri yox, yerdə yorğunam,Axıb durulmuşam, sudan durğunam.Göyün göz üzünə görmür, vurğunam?Gah duman bağlayır, gah qara bulud.Açılmır aynası qərib sözümdən,Ağlayır, qan damır, yenə gözündən.Gizlədir üzünü, o da gözümdən,Gah duman bağlayır, gah qara bulud.29.01.2020.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.