Dilarə Süleyman Zahidqızı: "Bağışla, məni VƏTƏNİM!.." Ədəbiyyat » Müsabiqə 11 Temmuz Dilarə Süleyman Zahidqızı - 24 aprel 1982-ci ildəUcar rayonunun Məlikballı kəndində anadan olub.Məlikballı kənd orta məktəbini bitirdikdən sonraAzərbaycan Dövlət Pedoqoji UniversitetininFilologiya fakultəsində ali təhsil alıb.İlk dəfə şeiri 2003-cü ildə "And" və "Sərbəst düşüncə"qəzetlərində çap olunub. Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,5 cildlik "Zirvə" poeziya antologiyasında,"Canım Azərbaycanım" ədəbi məcmuəsində,"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında, "Türk dünyası şeir antologiyası"nda,"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, "Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.Biz də hörmətli Dilarə xanımın bir neçə şeiriniaşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirvə ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Zemfira ASLANQIZI,ZiM.AzVətənimVətənin dərdlərin görüb,Dərd dediyim boş işlərə Deyinməyə utanıram!Ölənləri, itənləri,Küçələrdə yatanları,Yoxsulların varın görübHər məclisə yeni paltar Geyinməyə utanıram.Adı dağdan ağır gələnŞəhidin cəsarətini,Ahı dağı-daşı dələnAnaların həsrətini,Ürəyində bütöv elin Qeyrətini tutanlarıGördükcə kiçik uğuraÖyünməyə utanıram!Bağışla, məni Vətənim!Dərdlərin ruhuma qənim.Bir ovuc torpaq bədənim,Qəlbim həsrətin məzarıDöyünməyə utanıram!Adətmi etdik acına?Kəm baxdıq şərəf tacına?Dilarə, qəflət köçünəQoşulub gedəndən bərikönülsüz getdim yolları,Ya dönməyə utanıram?Əzizimİkimizə bu şəhərin yeri yox,Ya sən çıx get, ya mən gedim, əzizim!Bir bağışla hesabıyla uduzduq,Nə sən dedin, nə mən dedim, əzizim!Çəkə -çəkə bu dünyanın dərdini,Yazanmadıq sevgimizin ardını,Söz vermişdik biləcəydik qədrini,Nə sən bildin, nə mən bildim, əzizim!Bu şəhərin havası nə ağırmış,Günəş sanki əvvəl fərqli doğurmuş,Buludlardan gözlərimə yağırmış,Nə sən sildin, nə mən sildim, əzizim!Bu şəhərin nə günahı var indi?Bu düşdüyüm həsrət elə dərindi!Ürəklərdə boş qalıbdı yer indi,Ya sən öldün, ya mən öldüm, əzizim!Dilarəni sevinci qəm dadında,Bu dünyanı bitirmişəm adında,Çoxu kimi bu şəhərin yadında,Nə sən qaldın,nə mən qaldım, əzizim! GizlənibMən Mövlanə aşiqiyəmHəsrətimdə sirr gizlənibƏməl mələyə bənzəmirNiyyətimdə pir gizlənib. Sev dedi insanı Tanrım,Hacət ipi hanı, Tanrım?Əvvəli, həm sonu TanrımCanda ruhum hürr gizlənib.Xasiyyətim qara torpaqGünah qara, əzabı ağ,İçimdəki körpə uşaqBir dəlisov kür gizlənib.Dərvişə dardı dünya, dar!Vicdanın haqq-hesabı var.Bəyazlatmaz yağış, ya qarPaklığımda kir gizlənib.Üz tuturam göyə niyə?Yerim haradı dönməyə?Göyə gedim deyə-deyəGözlərimdən yer gizlənib.Qəddimi bükdüm yolunaHaqqım təslimdir əlinəYiyə dur gözdə telinəÖz gözündə tir gizlənib. EşqiHər gün salamlaşıb, hər gün görüşübHər gün baxışlarla yormuşuq eşqiBir zaman adına nəğmələr qoşubBir gün kürəyindən vurmuşuq eşqi.Əlləri öyrətdik əldən tutmağa,Çalışdıq vuruşduq gözə batmağa,Qıyıb yuxumuza haram qatmağaElə yuxularda görmüşük eşqi.Həsrətin közündə yanana qədərDik dura bilmədik sınana qədər,Eşqin dəyərini qanana qədərDəyər bilməyənə vermişik eşqi.Həyat məktəbində ən çətin dərsdiMən ona düz idim, o mənə tərsdi,Dilarə, insanda görsən əbəsdi,Yanlış ünvanlara sormuşuq eşqi. ÜşüyürSən mənim yuxuma niyə gəlmirsən?Yuxumda zülmətdi, yuxum üşüyürGüvənsəm dağlara qar düşür, Allah!Ahımı göndərdim,ahım üşüyür.Kimsə yox ruhumun dar qəfəsində,Səslə, səadəti tapım səsində,Qışın ayazıdı can qəfəsindəKörpə uşaq kimi ruhum üşüyür!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.